23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Sumqayıtda şəhidin doğum günü qeyd olunub-VİDEO
Tarix: 18-09-2021 17:24 | Bölmə: Sosial


16 sentyabr şəhid Cavad Cavid oğlu Hüseynovun doğum günüdür. Bu münasibətlə Sumqayt şəhərində tədbir keçirilib. Əvvəlcə şəhid ailələri, ictimayyət nümayəndləri, jurnalistlər, "Mübarizlər, Fəridlər, Səbuhilər" qrupu, Sumqayıt icra hakimiyyətinin məsul şəxsləri, Sumqayıt Cümə Məscidinin axundu və müavinləri şəhidin Sumqayt Şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər.Orda şəhidin qəhrəmanlıqlarından danışılıb. Sonra şəhərdəki şadlıq evlərindən birində ehsan verilib. Məclis azərbaycanın himni ilə başlanıb. Orda şəhidimizin şərəfinə vətənpərvər mahnılar oxunub. 


Cavad Cavid oğlu Hüseynov 1998-ci il 16 sentyabrda Lerik rayonunun Çayrud kəndində anadan olub. 2016–2019-cu illərdə Lənkəran Dövlət Universitetində "Biznesin idarə edilməsi" fakültəsində oxuyub. Subay idi.
Cavad Hüseynov 2019-cu ildə Lerik rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə yola salınıb. Orada 3 ay müddətində xidmət etdikdən sonra Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.
                       
Azərbaycan Ordusunun əsgəri olan Cavad Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsində savaşıb. Cavad Hüseynov oktyabrın 17-də Suqovuşan ərazisində gedən döyüşlərdə şəhid olub. 18 noyabrda Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavad Hüseynov "Vətən uğrunda" medalı ilə təltif edilib.


Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az

























Baxış sayı: 461


Bölməyə aid digər xəbərlər