Bütün xəbərlər
Rəfiqə Axundovaya “Şöhrət” ordeni belə təqdim edildi - Foto
Tarix: 11-09-2021 01:42 | Bölmə: Sosial

                      Rəfiqə Axundovaya “Şöhrət” ordeni belə təqdim edildi



Xəbər verdiyimiz kimi, görkəmli baletmeyster, Xalq artisti Rəfiqə Axundova Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub. 
"Qafqazinfo" xəbər verir ki, bu gün mədəniyyət naziri Anar Kərimov sənətkarı evində ziyarət edərək ordeni ona təqdim edib. Nazir Rəfiqə Axundovaya xoş arzularını bildirib, cansağlığı, uzun ömür arzulayıb.
Qeyd edək ki, Rəfiqə Axundova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, baş baletmeysteri olub. Rəfiqə Axundovanın həyat yoldaşı, Xalq artisti Maqsud Məmmədov ilə birgə quruluş verdiyi dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri ən nüfuzlu teatr səhnələrini bəzəyən gözəl sənət əsərlərinə çevrilib.

                 


Baxış sayı: 246


Bölməyə aid digər xəbərlər