Bütün xəbərlər
25 yaşlı Vətən Müharibəsi Qəhrəmanı... - Video
Tarix: 10-09-2021 09:59 | Bölmə: Sosial

                   25 yaşlı Vətən Müharibəsi Qəhrəmanı...


Vətən Müharibəsi Qəhrəmanlarından biri də Xüsusi Təyinatlı kəşfiyyat bölüyünün komandiri, baş leytenant Qəzənfər Ağayevdir.
"Qafqazinfo" xəbər verir ki, 25 yaşlı zabitimiz 13 oktyabr 1996-cı ildə Cəlilabadın Təklə kəndində doğulub.
Heydər Əliyev adına Ali Hərbi Məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirən Qəzənfər, 2017-ci ildən etibarən xidmətdədir.
Ailəlidir, Vətən Müharibəsindən 2 gün öncə 1 qız övladı doğulub.
44 günlük döyüşlərin örnək hərbçilərindən olan komandir Ağayev xidməti ilə nümunəvi olmağı bacarıb.
O, Suqovuşanın, Ağdamın, Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif olunub.
Vətən Müharibəsi Qəhrəmanı Ağdərə istiqamətində gedən döyüşlərdə aldığı xəsarət görə yaranan xəstəlik səbəbindən hazırda ordu sıralarında tərxis olunma müddətindədir. 
Real TV-nin Qəzənfər Ağayevlə bağlı hazırladığı süjeti təqdim edirik:

                


Baxış sayı: 212


Bölməyə aid digər xəbərlər