Bütün xəbərlər
Şəhidimizin xanımı da universitetə qəbul oldu
Tarix: 04-09-2021 23:59 | Bölmə: Sosial

Şəhidimizin xanımı da universitetə qəbul oldu


Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova da tələbə adını qazanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhidin xanımı feysbuk hesabında paylaşım edib.
O bildirib ki, “Odlar Yurdu” Universitetinin “Mühasibat” fakültəsinə daxil olub: “Oxumaq heç zaman gec deyil. Tələbə adını qazandım. Qəbul olan hər kəsi təbrik edirəm. Ruhun şad olsun, Farizim. Mənə olan dəstəyin, köməyin nəticəsində bu uğurlara imza atıram. Şəhidin dünyaya təsiri bu olsa, gərək…”
Qeyd edək ki, Fariz Həsənov Füzuli rayonunun və onun 8 kəndinin alınması əməliyyatında iştirak edib. Oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 16-da doğulduğu kənddə torpağa tapşırılıb. Vətən müharibəsində “Füzulinin azad olunmasına görə”,  “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.


 







Baxış sayı: 313


Bölməyə aid digər xəbərlər