Bütün xəbərlər
ŞƏKİ POLİSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
Tarix: 22-05-2018 21:19 | Bölmə: Sosial

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 05 dekabr 2014-cü il tarixli, 023 nömrəli əmri ilə elan edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti” haqqında KQ-5/1 nömrəli Kollegiya Qərarının 8-ci bəndinin icrası ilə bağlı ”Gənclər narkomaniyaya yox deyir” hüquqi mövzuda azyaşlı və yeniyetmələrin milli vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və baxımsızlığının qarşısının alınması, maarifləndirilməsi istiqamətində Şəki Şəhər-Rayon Polis Şöbəsi, rayonun digər aidiyyatı qurumları ilə birlikdə tədbirlər həyata keçirir. 2017/2018-ci tədris ilində Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Əbülfət Rzayevin göstərişi və nəzarəti altında rayonun ümumtəhsil məktəblərində eləcə də, universitet  və kolleclərdə "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında həmin tədbirlərin tərtib edilmiş cədvəl üzrə həftədə iki dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulmuşdur.
Növbəti tədbirlərdən biri də, 22 may 2018-ci il tarixdə Şəki rayonu, Baş Göynük kənd 2 saylı tam orta məktəbində keçirilmişdir.
Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Vüqar Xəlilov, Şəki Rayon Prokurorunun müavini, kiçik ədliyyə müşaviri Vüqar Hacıyev, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev və digərləri çıxış edərək qeyd olunan mövzularla bağlı məktəblilərə ətraflı məlumatlar vermişdirlər. Yekunda, tədbir iştirakçıları məktəbliləri maraqlandıran sualları ətraflı cavablandırmışdır.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Vüqar Xəlilov bu cür maarifləndirici tədbirlərin rayonun bütün təhsil müəssisələrində keçirildiyini qeyd etmişdir.
Tədbirdə, Baş Göynük kənd İcra Nümayəndəliyinin və Bələdiyyəsinin rəhbərləri də iştirak etmişdirlər.
Tədbirin sonunda, Şəki rayonu Baş Göynük kənd 2 saylı tam orta məktəbin direktoru, Möhlüd Hüseynəliyev hüquq mühafizə orqanlarının əməkdaşlarına bu cür maarifləndirici tədbirin keçirilməsinə görə minnətdarlığını bildirmişdir.
Şəlalə Omarova







Baxış sayı: 1 259


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu