23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
20:04 / 16-09-2026
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
20:00 / 16-09-2026
Tikinti bazarı yanır
19:58 / 16-09-2026
Beynəlxalq Cinayət Məhkəməsi (BCC) Filippinin keçmiş prezidentini həbsdə saxlamaq qərarına gəlib
19:53 / 16-09-2026
Medvedev: "Rusiya ya böyük bir güc ola bilər, ya da ümumiyyətlə mövcud olmayacaq"
19:50 / 16-09-2026
Medvedev: "Rusiyanın müxalifləri çaşqınlıq və qorxu toxumu səpmək üçün heç nədən əl çəkmirlər"
19:47 / 16-09-2026
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
19:44 / 16-09-2026
Ermənistan İrəvanın Azərbaycan və Türkiyədən qaz ala biləcəyini bəyan edib
19:39 / 16-09-2026
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
19:35 / 16-09-2026
"Qazel" markalı yük maşını Lenin abidəsinə çırpılaraq onu çatladıb
19:32 / 16-09-2026
Prokuror sui-qəsd cəhdində üçüncü təqsirləndirilən şəxsə 22 il həbs cəzası istəyib
19:28 / 16-09-2026
Jurnalist və xarici agent qiyabi olaraq həbs edilib
19:24 / 16-09-2026
İntim fotolar göndərdiyinə görə iki qadın məhkəmə qarşısına çıxacaq
19:21 / 16-09-2026
Putin bildirib ki, heç kim Rusiyanı qorxutmaqda və bölməkdə uğur qazana bilməyəcək
19:18 / 16-09-2026
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
19:14 / 16-09-2026
Putin: "Seçkilərdə iştirak Rusiyanı zəiflətmək istəyənlərə ortaq bir cavab olacaq"
18:58 / 15-09-2026
Lantratova Ukrayna ilə yeni məhbus mübadiləsi üçün fəal hazırlıqların aparıldığını bildirib
18:39 / 15-09-2026
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
18:37 / 15-09-2026
Kreml Kiyevin Rusiya enerji obyektinə hücum cəhdi barədə gecə məlumat verdi
18:33 / 15-09-2026
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
18:29 / 15-09-2026
Lukaşenko: "Belarusda siyasi məhbus yoxdur, çünki belə bir maddə yoxdur"
18:25 / 15-09-2026
Taylanddan Rusiyaya narkotik qaçaqmalçılığına görə 16 il həbs cəzası alıb
18:22 / 15-09-2026
İtkin düşən 12 yaşlı oğlan sağ tapılıb
18:19 / 15-09-2026
Keçmiş meri öldürən nəvə qonşularına yalan danışdı
18:16 / 15-09-2026
Polşa Prezidenti sutenyorluqla bağlı qalmaqallı bir nəşrə görə "Onet"i
18:10 / 15-09-2026
ABŞ İranla müharibənin Vaşinqtona nə qədərə başa gəldiyini açıqladı
18:07 / 15-09-2026
Britaniya mediası Patruşevin Polşanın taleyi ilə bağlı açıqlamalarını "qorxulu" adlandırdı
Qənirə Paşayeva Hatayda keçirilən konfransda Şuşa ilə bağlı çıxış edib
Tarix: 12-08-2022 21:05 | Bölmə: Mədəniyyət

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin Hatay şəhərindəki Mustafa Kamal Universitetində keçiirlən 2023-cü il Türk dünyasının Mədəniyyət paytaxtı Şuşa ilə bağlı konfransda çıxış edib.
Geniş məruzə ilə çıxış edən Q.Paşayeva deyib: “Əziz hataylılar, Qardaş Türkiyəmizin, Türk dünyasının ayrı-ayrı bölgələrindən gəlmiş dəyərli aydınlar! Şuşa ilə bağlı danışarkən, sözlərimə Şuşa uğrunda canlarını fəda etmiş qardaşlarımızı və bütün şəhidlərimizi dərin ehtiramla anmaqla başlamaq istəyirəm. Şəhidlərimizin əziz ruhu qarşısında baş əyir, qəhrəman qazilərimizə möhkəm can sağlığı diləyirəm! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan, vandallıqlar törədən yağı düşmən Ermənistan və havadarları üzərində tarixi zəfər qazanılıb. Bu gün Şuşada Azərbaycan və Türkiyə bayraqları qoşa dalğalanır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək, “Bu bizim Türkiyə ilə ortaq zəfərimizdir”. Bu tribunadan bir daha, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə dövlətinə, türk xalqına könül dolusu minnətdarlığımızı yetiririk: 44 günlük Azərbaycan Vətən müharibəsinin ilk günlərindən sonunadək Türkiyənin bizə göstərmiş olduğu mənəvi, siyasi, diplomatik və informasiya dəstəyi əvəzsizdir. Çox şadıq ki, ötən il dövlət başçılarımız dostluq, qardaşlıq və qonşuluğumuzu müttəfiqlik münasibətləri haqqında strateji “Şuşa Bəyannaməsi” ilə taclandırdı. “Şuşa Bəyannaməsi” iki qardaş ölkənin tarixinə, əziz Şuşamıza, 44 günlük müharibədəki tarixi Zəfərimizə çox yaraşan hadisə idi. Əslində, o hadisə haqqında keçmişdə deyil, gələcək zamanda danışmaq daha münasibdir. 270 yaşlı Şuşa şəhərimiz yalnız ağrılı və xoş günlərlə dolu keçmişi ilə deyil, qürurlu bu günü və xoşbəxt gələcək vəd etməsi ilə seçilir. Şuşanın düşmən işğalından azad olunması özü bir dastandır; Şuşa ötən ildən rəsmən, Prezidentin təşəbbüsü ilə Milli Məclisdə qəbul edilmiş Qanunla Azərbaycanın Mədəniyyət paytaxtıdır; Şuşanın əziz adı 2022-ci təqvim ilinə verilib – bu il Azərbaycan Respublikasında “Şuşa İli”dir; 2023-cü il Türk dünyasının paytaxtı da Şuşadan başqası deyil və nəhayət 2024-cü il İslam dünyasının Mədəniyyət paytaxtının Şuşa olacağı gözlənilir. Mədəniyyət paytaxtımız, mədəniyyət beşiyimiz Şuşanın əsl sahibləri bu gün Şuşanı dirçəldir, tikir-qurur, şəhərin əsl simasını bərpa edir, əcdadın ruhunu şad edir. İşğaldan öncəki illərdə - Şuşanın o gözəl günlərində olduğu kimi, festival, simpozium, konfrans və b. tədbirlərdə Şuşa Azərbaycanı, Türk dünyasının və bütün tərəqqipərvər dünyanın təmsilçilərini qucaqlayır. Artıq iki ildir ki, Xarı bülbül festivalı və Vaqif Poeziya günləri bərpa edilib. Dünya azərbaycanlılarının Zəfər Qurultayı bu il Şuşada keçirildi. İki il içində onlarla başqa tədbir keçirildi. Torpaqlarımızın işğaldan azad edilməsindən çox qısa zaman keçib. Şuşaya Zəfər yolunun çəkilməsini, Şuşada möhtəşəm quruculuq, abadlıq işlərini görmək insana başqa bir güc verir. Eyni zamanda, bütün dünyaya göstəririk ki, böyük mədəniyyət abidələrini, tarixi abidələri dağıtmaq, məhv etmək ermənilərin xislətidir; Azərbaycan xalqının məqsədi isə hər zaman qurmaq, yaratmaq, inkişaf etdirməkdir. Qısa müddət içində bərpa edilmiş Vaqif məqbərəsi öncəki əzəməti ilə ucalır. Eləcə də, Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün güllələnmiş abidələri öz yerinə qaytarılıb. Qısa zamanda digər tarix mədəniyyət abidələri də bərpa olunacaq. Şuşa şəhəri mədəniyyət paytaxtı kimi bütün dünyaya öz şöhrətini daha yüksək səviyyədə təqdim edəcək. Burada bir haşiyə çıxmaq istəyirəm: Bilirsiz, əziz dostlar, mən Hataya, Türkiyəmizin başqa şəhərlərinə daha öncəki səfərlərimdə müxtəlif tədbirlərdəki çıxışlarımın sonunda həmişə eyni sözü deyirdim. Deyirdim ki, “İnşallah növbəti belə tədbirləri Şuşada, düşmən işğalından azad edəcəyimiz şəhərlərimizdə keçirək. Doğrusu, məndən çox soruşardılar ki, “Sayın vəkilim, gerçəkdən siz özünüz buna inanırsızmı”? Mən “kəsinliklə, əvət!” deyirdim. Çünki, doğrudan da, sözlərimi inanaraq söyləyirdim. Və bu mənim Şuşa, Qarabağ azad olunduqdan sonra Hataya ilk səfərimdir. Bu gün Sizə Şuşadan, Qarabağdan salam gətirmənin fərəhi, qüruru içində olmaqdan çox xoşbəxtəm! Bəli, Şuşa simvol şəhərdir. Şuşada bayrağı dalğalanan ölkə Qarabağın həqiqi söz sahibidir. Şuşanın, Qarabağın tarixi başdan-başa Azərbaycan, türk mədəni mirası ilə doludur, Azərbaycan, türk ruhu hakimdir o gözəlim yurd yerlərimizə. Vandallar uzun illər nə qədər çalışsa da, bizim öz torpaqlarımızdan izimizi, ruhumuzu qopara bilmədilər. Şuşa Azərbaycana, Türk dünyasına, dünya mədəniyyətinə dahilər bəxş etmiş dağlar incisidir. Qurucusu azərbaycanlı, dirçəldənlər azərbaycanlı, dünyada tanıdanı azərbaycanlılar olan bir şəhər 28 illik işğal dönəmində də öz şəhər qürurunu saxlaya bildi. Əziz Şuşa Azərbaycan ədəbiyyatına, musiqisinə, sənətinə böyük töhfələr bəxş edən tanınmış şair, yazıçı, musiqiçi və sənətkarların doğma yurdudur. Şair Qasım bəy Zakir, şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas Mir Möhsün Nəvvab, dramaturq Nəcəf bəy Vəzirov, maarifçi, pedaqoq Firidun bəy Köçərli, xanəndə Cabbar Qaryağdıoğlu, yazıçı Əbdürrəhim bəy Haqverdiyev, bəstəkar Üzeyir bəy Hacıbəyli, şair, təzkirəçi Məhəmməd ağa Müctəhidzadə, yazıçı Süleyman Sani Axundov, şair, aşıq Fatma xanım Kəminə, şair, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşudbanu Natəvan, Azərbaycan və Türkiyə ictimai xadimi, siyasətçisi, jurnalisti, pedaqoqu, yazıçısı, türkoloqu və liberal Kamalizmin banisi Əhməd bəy Ağaoğlu və başqaları... Bu görkəmli şəxsiyyətlərin tam əksəriyyətinin əsərləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 2019-cu il tarixli, 211 saylı Qərarı ilə dövlət varidatı elan edilib. Mən yalnız bir şəxsiyyətin – Əhməd bəy Ağaoğlunun timsalında Şuşa aydınlarının dünyabaxışını, düşüncə və fəaliyyət miqyasını yığcam şəkildə sizinlə bölüşmək istərdim. O, yalnız Azərbaycanın deyil, Türk dünyasının görkəmli ictimai-siyasi xadimi idi. Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyəti, apardığı milli mücadilə onun bir alim, hüquqşünas, millət fədaisi olaraq nə qədər irəligörüşlü olduğunu göstərir. O, Türk birliyini və milli müstəqilliyi qələmi ilə, bütün varlığı ilə müdafiə edirdi. Əhməd bəy Ağaoğlu milli oyanış, maarifçilik, Türk birliyi hərəkatının daim ön sıralarında dayanan vətəncanlı şəxsiyyət, böyük aydın, eyni zamanda, müsəlman Şərqində çağdaşlaşma politikasının ardıcıl tərəfdarı kimi tanınmışdır. Əhməd bəy Ağaoğlu Azərbaycanın yetişdirdiyi böyük şəxsiyyətlərdən biri olaraq, Türk dünyasının aydınları, görkəmli şəxsiyyətləri arasında özəl yerə sahib fikir adamı olub. Azərbaycanla yanaşı, Türkiyə və ümumən Türk dünyası üçün böyük fədakarlıqlar edən Əhməd bəy Ağaoğlunun həyat və mübarizəsi türk gəncliyi üçün əsl örnək təşkil edir. Onu anmaqdan başqa anlamağımız, bunun üçün isə Əhməd bəy Ağaoğlunun yetişdiyi mühiti, tariximizi, türk dünyasına könül vermiş, ömür vermiş böyük tarixi şəxsiyyətlərimizi dərindən öyrənməyimiz gərəkdir. Bəli, Əhməd bəy Ağaoğlunun fikirləri Türk dünyasının birliyi və inkişafına çağırır və çağdaş türk gəncliyi üçün ən gözəl örnəklərdən biridir. İctimai fikri tariximizdə dərin iz qoymuş mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2019-cu il tarixli Sərəncamını burada minnətdarlıqla xatırlatmaq istərdim. Həmin Sərəncamda da vurğulandığı kimi, Əhməd bəy Ağaoğlu ötən yüzilliyin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından qıraqda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etmiş və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətəncanlı şəxsiyyət kimi ün qazanmışdır. “Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində o, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaratmış, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərmişdir. Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.” – Sərəncamda vurğulanır. Əhməd bəy Ağaoğlu Azərbaycanın və Türkiyənin parlament üzvü olmuş yeganə tarixi şəxsiyyətdir. Beləliklə, Əhməd bəy Ağaoğlunun irsinin öyrənilməsi, daha geniş tanıdılması ümumi işin xeyrinə olardı. İnanıram ki, Azərbaycan, Türkiyə və Türk dünyası aydınları Əhməd Ağaoğlunun gənc nəsillərimizə daha yaxından tanıdılmasında fəal olacaq”. Həmmüəllifi olduğu, Xurşudbanu Natəvan və Fatma xanım Kəminə haqqında yeni kitabların bugünlərdə Türkiyədə nəfis şəkildə gün üzü gördüyünü vurğulayan Q.Paşayeva tarixi şəxsiyyətlərin timsalında Şuşanın ictimai, mədəni və sənət mühitinin incəliklərinə toxunub, Şuşada, Qarabağda, Zəngəzurda Azərbaycan milli mədəni irsinin tarixi ənənələrindən söz açıb, iştirakçıları maraqlandıran suallara cavab verib. Qeyd edək ki, tədbirdə Hatay Böyükşəhər Bələdiyyəsinin başqanı Dos.dr. Lütfü Savaş, Hatay Mustafa Kamal Universitetinin rektoru Prof. Dr. Hasan Kaya, Niğde Ömer Halisdemir Universitetinin rektoru Prof.Dr. Hasan Uslu, Qafqaz Universitetləri Birliyinin başqanı Prof.Dr. Ramazan Korkmaz, “Unity Company” şirkətinin direktoru Fikrət Əliyev və b. iştirak edib. Azərbaycan nümayəndə heyətinin üzvü, “Unity Company” şirkətinin direktoru Fikrət Əliyev öz çıxışında Şuşa mövzusunun, ümumiyyətlə Azərbaycanla bağlı mövzuların qardaş ölkə Türkiyənin gündəmində daimi yer tutmasından dərin məmnunluğunu ifadə edib. Məhz “Şuşa Bəyannaməsi” ilə daha yüksək səviyyəyə çatmış Azərbaycan-Türkiyə qardaşlığının bütün Türk dünyası üçün yüksək örnək təşkil etdiyini bildirib.
Q.Paşayeva və Azərbaycan nümayəndə heyəti üzvləri Türk dünyasının fərqli bölgələrini təmsil edən aydınlara da Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
Sabaha-inamla.az
Baxış sayı: 453
Bölməyə aid digər xəbərlər

15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb