Bütün xəbərlər
Qazmanova qarşı dələduzluq işinin təfərrüatları məlum olub
Tarix: 14-09-2025 15:21 | Bölmə: Mədəniyyət

Rusiyanın xalq artisti Oleq Qazmanov və onun həyat yoldaşı Marina Muravyova-Qazmanovaya qarşı dələduzluq maddəsi ilə cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar sahibkarlıq fəaliyyəti ilə bağlıdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Müttəhimə qarşı başlanmış xüsusilə böyük miqyasda dələduzluq cinayəti (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə) Qazmanovlara qarşı dələduzluq da daxil olmaqla bir neçə cinayət fəaliyyəti epizodunu ehtiva edir. Mənbə əlavə edib ki, ittiham olunan əməllər sahibkarlıq fəaliyyəti xarakteri daşıyır.
Əvvəllər məhkum olunmamış Rusiya Federasiyası vətəndaşı olan şübhəli sentyabrın 14-də saxlanılıb. Həmin şəxs ev dustaqlığına buraxılıb və ona müəyyən hərəkətlərin qadağan edilməsi barədə göstəriş verilib. Sənədlərə görə, müttəhim ürək xəstəliyindən əziyyət çəkir və himayəsində olan şəxslər var.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər
11-08-2025, 17:40 Yazıçı vəfat edib