09:44 / 31-10-2025
50.000 rubl cərimə olunub
Bütün xəbərlər
İkiqat "Oskar" mükafatçısı Robert Redford vəfat edib
Tarix: 16-09-2025 17:35 | Bölmə: Mədəniyyət

İkiqat “Oskar” mükafatı laureatı Robert Redford 89 yaşında vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Onun Yutadakı evində dünyasını dəyişdiyi qeyd edilir. Aktyorluq karyerası ərzində "Butch Cassidy and the Sundance Kid", "The Sting", "Tree Days of the Condor", "Bütün Prezidentin adamları", "Afrikadan kənarda" və digər filmlərdə rol alıb.
Redford rejissor kimi də məşhurlaşdı. Xüsusilə, 1981-ci ildə "Oskar" aldığı "Adi insanlar" filminə rejissorluq edib.Bundan başqa, sənətçi 2002-ci ildə kinematoqrafiyada yüksək nailiyyətlərə görə mükafatlandırılıb.
"Oskar"dan əlavə Redford "Qızıl qlobus", "Emmi" və BAFTA kimi beynəlxalq kino mükafatlarının namizədi və qalibidir.



Baxış sayı: 831


Bölməyə aid digər xəbərlər