19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
Zemfira Qafarova : "O boyda dahi dirijor mənə zəng edib deyirdi ki, qızım, şələ-şüləni yığ gedirik Qarabağa"
Tarix: 03-05-2021 11:08 | Bölmə: Mədəniyyət
Cıdır düzündə mən konsertlər haqda danışıdrım

Azərbaycan musiqi elminin görkəmli nümayəndəsi, musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarovanın Sabaha-inamla.az-a müsahibəsi
Musiqişünaslarımız olmasaydı bəstəkarların yaradıcılığı təhlil olunmazdı
-Zemfira xanım, sərt karantin dövründə uzun müddət evdə qaldınız, pandemiyadan necə qorundunuz, bu müddət ərzində hansı işləri gördünüz?
-Bəstəkarlar İttifaqına bir müddət getdik, gəldik sonra karantin oldu. Bu müddət ərzində də biz işlər gördük. Bizim layihəmiz var idi. Azərbaycan bəstəkarları və musiqiçiləri haqqında broşurlar çıxarmaq. Elə bəstəkarlar var ki, onların haqqında yazılar var, elələri var ki, onların haqqında yoxdu. Bu da bizim tələbələr üçün bir dərslik ola bilər. Biz onlar haqda 34 broşur Mədəniyyət Nazirliyi ilə bərabər çıxara bildik. Bir neçə il bundan qabaq növbəti nüsxəni göndərdik nazirliyə. Vəsait olmadığı üçün çap eləmədilər. Sədrimiz Firəngiz xanım sağ olsun, dedi ki, öz gücümüzə çap edək. Beləliklə, biz bəstəkarlar, musiqişünaslar haqqında 19 broşur çıxardıq. Biz yeganə yaradıcılıq təşkilatıyıq ki,orda musiqişünaslara yer vermişik. Biz bunu ilk dəfə olaraq elədik. Düz də elədik. Çünki bizim musiqişünaslarımız olmasaydı Azərbaycan bəstəkarlarının yaradıcılığı təhlil olunmazdı.
Sərt karantin dövründə mənim kimi insan üçün evdə qalmaq çox çətin idi. Çünki həm Konservatoriyada dərs deyirdim, həm də Bəstəkarlar İttifaqında bizim gündəlik işimiz, konsertlər, tədbirlər olurdu.Birdən-birə evdə oturmaq bir az çətin oldu. Ancaq hər bir işdə xeyir də var. O zaman ki, mən evdə oturdum, bir xanım kimi ev işləri, hansıki bəzi arxiv materiallarım var, gərək onları qaydaya salaydım. Özüm eləməsəm kim eləyəcək? Artıq bir kitabım çıxmışdı, məqalələr toplusu. Mənim fəaliyyətimin başlanğıcından 2009-cu ilə qədər. Evdə olan zaman mən məqalələrimi yığmağa başladım. 2009-cu ildən bu yana məqalələr, konfranslardakı çıxışlar.
Vaxtım olduğu üçün mən bunları eliyə bildim.
Pandemiya dövründə də mən boş oturmadım. Konservatoriyada dərslərimiz onlayn keçirilir. Onlayn dərslər verdim. Çətin idi. Çünki internet bəzən zəif idi, bəzən işləyir, bəzən yox. Tələbələrin marağı güclü idi. İstəyirdilər əyani görüşsünlər. Amma bu mümkün olmur. Neçə saat kompüterin qabağında oturmağın gözə böyük zərəli var. Başqa çarə yoxdu, nə etmək olardı?
Baxmayaraq ki, pandemiya dövründə evdə oturmuşuq. Bizim bir çox yubliyarlarımız var idi. Əfsuslar olsun ki, onlara normal olaraq yaxşı tədbir keçirə bilmədik. Lakin mən çalışdım ki, onlar haqqında məqalələr çıxsın heç olmasa. Ruhəngiz Qasımovanın 80 yaşı olmuşdu. Qocaman musiqişünasımız İmruz Əfəndiyevanın 85 yaşı tamam olub.Onun haqqında məqalələr yazıldı. Bəstəkarımız Nazim Quliyevin 70 yaşı var. Onun da haqqında məqalə təşkil elədik. Bizim Kiprdə işləyən soydaşımız Cavanşir Quliyev var. 70 yaşı tamam oldu. Onun haqqında da çalışdıq ki, məqalə çıxsın. İndi də istəyirik broşur çıxaraq. Tofiq Bakıxanovun 90 yaşı oldu. Onun da kitabını çıxardıq. Davamını indi edrirk. Gəncləri də ora salırıq. Məsələn Allahverdiyev Vasif, Bikə Axundova gənc bəstəkardır. Bikə Opera yazır. İstəyirik bir az gəncləri ruhlandıraq.
Səhhətimi heç soruşmayın. Səhhətimlə əlaqədar evdə oturmaq çox pis təsir elədi. Təzyiqim düşürdü, qalxırdı. Bir az başgicəllənmə oldu. Mən düşünürəm ki, bu qripdi də. Biz qripdən necə qorunurduq? Soyuq dəyən kimi dərman içirdik, limopla çay içirdik. Mən daha çox bitkilərə üstünlük verirəm. Məsələn, bir az boğazırm ağrıyırdı, öskürək var idi "Bronxoçay" var. Onlardan istifadə edirdim. Zoğallı çay içirdim. Mən özümdə yaşlı adamam. Mənim ürəyimdə problemlər var. Aspirin içirəm. Düşünürəm ki, asprin insanlara 40 yaşından sonra mütləq lazımdır. Həftədə 2-3 dəfə. Dərmanla çox aram yoxdu. Fikirləşirəm ki, dərmanlar zəhərdir. Mənə elə gəlir ki, qorxmamaq lazımdı. Bu insanların çoxu panikaya düşmüş, qorxudan da xəstələnmişlər. Bir çox tanıdığım adamlar var ki, işlədiyi yerdə kimsə koronadan xəstələnib rəhmətə gedib, o da qorxub.
Azərbaycanın200 illik tarixində belə qələbə olmayıb
-Siz qələbə sevincini necə yaşadınız?
-Müharibə başlayanda bizim hamımızın fikri orda idi... Əslində mən düşünürdüm ki, haçansa bu qələbə olmalıdı. Amma bu tezliklə, 44 gün ərzində qələbəyə çatmaq mənim üçün möcüzə kimi oldu. Mən onu böyük bir bayram kimi qəbul elədim. Və hesab edirəm ki, bizim Azərbaycanın 200 illik tarixində belə bir qələbə olmayıb. Sağ olsunlar bizim əsgərlərimiz, hansıki canlarını qoydular torpaq uğrunda.Əlbəhəl Şuşanı götürdülər. Sağ olsun bizim Ali Baş Komandanımız. Onlar doğrudan da düzgün yolla bunu elədilər. Onu da mütləq təsdiqləməliyəm ki, hər bir işdə adamın gərək dostu olsun. Bu səpkidə mən çox şadam ki, Türkiyə bizə dəstək oldu, bizim arxamızda dayandı. Bu dostluğu yüksək səviyyədə hesab edirəm və düşünürəm ki, 90-cı illərdə Türkiyə bizimlə belə dostluq etsəydi bu torpaqlar getməzdi.
Çox sevindim.Sevincimdən yıxıldım, qolumu sındırdım. Sol əlim idi. Sol əl mənim işləyən əlimdi. Mən bütün işləri sol əllə görürəm. Bu mənə çox əziyyət verdi, ona da dözdük. Hər şey normaldı.
Müharibə olmasa qələbədə ola bilməz
-Prezidentimiz çox çalışdı, sülh yolu ilə torpaqlarımızı alsın. Amma bu alımadığı üçün dəmir yumruq göstərdi.
-Buna yaxşı baxdım, düşünürdüm ki, müharibə olmasa qələbədə ola bilməz. Danışıqlar hamısı boş-boş şeylərdi.Heçə il ildi ki, müharibə gedirdi. Ən düzgün yol bu idi. Xalqımız böyük birlik, qəhrəmanlıq göstərdi. Mən Qarabağlı deyiləm, amma mənim yoldaşımın bir tərəfi, qayınanam Laçın, Qubadlıdandı. Mən o yerləri, Laçını, Qubadlını görmüşəm. Şuşada olmuşam. Bizim Bəstəkarlar İttifaqının tədbilərində. Üzeyir Hacıbəyovun 90-100 illiyi həm Bakıda, həm də Qarabağda keçirilib. Şuşada, Stepanakertdə. Mən orda olmuşam. Orda mənim çıxışlarım olub. Hətta o boyda dahi dirijor mənə zəng edirb deyirdi ki, qızım, şələ-şüləni yığ gedirik Qarabağa. Qarabağda biz konsertlər verirdik. Cıdır düzündə mən konsertlər haqda danışıdrım. Niyazi dirijorluq edirdi. Mən o yerləri nə yaxşı ki, görmüşəm. Rəhmətlik yoldaşım Əmir Qafarov o zaman-80-ci illərdə maşın aldı. Uşaqları aparıb o yerləri göstərdi. Mədəniyyət işçisi idi. Çox vətənpərvər insan idi. Qohumcanlı idi. Komandirovkası olanda mütləq Qarabağa gedərdi, qohumlara baş çəkərdi. Sağ olsun ki, bizi aparmışdı oralara. Çox maraqlıdı ki, Şuşanın alınması 8 noyabrda oldu. 8 noyabrda mənim yoldaşımın ölən günüdü.
Biz Şuşaya xalq Konservatoriyası kimi baxırdıq
-Biz sizinlə bir neçə il bundan qabaq müsahibə zamanı Şuşa barədə söhbət etmişdik. Yaxın vaxtlarda torpaqlarımızın alınması barədə danışmışdınız.
-Məni ən çox sevindirən Şuşa oldu. Şuşa mərkəzdi. Mədəni Konservatoriyadı. Burda böyük şəxsiyyətlər yaşayıb, iz qoyub gediblər. Üzeyir Hacıbəyov, Xan Şuşinski, Niyazi, Bülbül. Bu şəxsiyyətləri bu torpaq yaradıb. Biz həmişə Şuşaya xalq Konservatoriyası kimi baxırdıq. İndi də çox sevinirik ki, bizim Ali Baş Komandanımız Şuşanı mədəniyyət mərkəzi elan edib. Bu da çox düzgündü. Düşünürəm ki, fikrimiz ən çox Şuşada olmalıdı. Biz gərək qısa bir zamanda Şuşanı elə bir vəziyyətə çatdıraq ki, qısa bir zamnda orda tədbirlər, festivallar keçsin. Amma Şuşanı alanda mən fikirləşdim ki, görəsən Laçın, Qubadlı nə olacaq? Mən istəyirdim ki, oralarda alınsın. Şükür Allaha ki, biz o sevinci də yaşadıq.
Şuşada Üzeyir Hacıbəyovun "Sənsiz"ini oxuyardım
-Yəqin ki, Şuşaya getmək fikriniz var. Orda olsanız nədən başlayardınız, nə iş görədiniz ilk olaraq?
-Təbii ki, mən bir musiqişünas kimi gedərdim Bülbülün, Üzeyir Hacıbəyovun ev muzeyinə, ora müqəddəs yerlərdi. Elə bilərdim ki. məbəd bir yerə gəlmişəm. Olmuşam orda. Amma bir daha istiyərdim ora getməyi. İstiyərdim ki, mənim bir köməyim olsun onların bu muzeyi təkmilləşdirməsində. Düşünürdüm ki, orda yəqin konsertlər, festivallar olacaq. Mən istiyərdim orda iştirak edim, çıxış edim. Onlar haqqında yazım.
Bu dəqiqə Şuşaya həsr olunmuş mahnılar hit kimi səsləndirilir. Mən Şuşada Üzeyir Hacıbəyovun "Sənsiz"ini oxuyardım. Düşünürəm ki, Üzeyir Hacıbəyov heç bir şey yazmasaydı, sadəcə bu iki dənə Nizaminin qəzəlinə yazılmış musiqiyə görə ona heykəl qoya bilərdilər.
Belə bir vəhşi xalq dünyada yoxdur
-Sizə necə təsir etdi abidələrin dağıdılması?
-Bunlar barbarlardı,düşməndilər. Mən xoşlamıram bir xalq haqqında pis danışım. Hər bir xalqın, yaxşısı da var, pisi də. Amma bunlarelə bir işlər görüblər ki, mən inana bilmirəm heç birisinə. Fikirləşirəm ki, biz kiminlə dost olmuşuq, kiminlə bərabər yaşamışıq. Əgər bunlar bu torpaqları alıblarsa, yaşayıblarsa burda, onda bu torpaqları, abidələri nəyə görə bu günə salıblar? Xurşudbanu Natavanın abidəsini dağıdıblar. Bəs onun qəbrini qazıb sümüklərini nə üçün çıxarıblar? Nə edəcəklər onları? Bax bu vəhşilikdi. Mənə elə gəlir ki, belə bir vəhşi xalq dünyada yoxdur. Çünki çıxasan ordan, dağıdasan bütün müqəddəs yerləri, minaları qoyasan. Niyə dağıdırsan? Bunu axı sən almışdın ki, yaşayasan, sevirsən oranı. Ya bunlar dəlidilər, ya bunların millətləri bəlli deyil.
Prezident düzgün islahatlar aparır
-Prezidentin Şuşa ilə bağlı məmurları sərt tənqid etməsinə necə baxırsınız?
-Məmurlar hansı bir yeri görürüsə bir hasar çəkir, villa tikir. Ona görə Prezident düzgün dedi ki, biz bunu mədəniyyət mərkəzi eləyirik, abadlaşdırırıq. Prezident tamamilə məmurlar haqda doğru deyib, onları sərt tənqid edib. Prezident düzgün islahatlar aparır. Mən onu dəstəkləyirəm.
Bu məmurlar illərlə işləyirlər, getmək bilmirlər. Hər bir işin sonu olmalıdı, elə işləməlidi ki, o gedəndə hamı onu yad eləsin. Bizim elə məmurlarımız, deputatlarımız var ki, deyirlər ki, ömrümün axırına qədər mən işimdə, vəzifəmdə qalmalıyam. Prezidentin belə adamları çıxarması düzgündü. Düşünürəm ki, hər bir vəzifədə belə adamları çox saxlamaq olmaz. İstər rektor, istər nazir olsun. Müəyyən zaman işləyəndən sonra dəyişmək lazımdı. Bəzən də belə bir şey olur ki, birini korrupsiya faktına görə çıxarırlar, sonra onu başqa bir yerə vəzifəyə qoyurlar. Başa düşmürsən ki, bu nədi? Elə yerə elə adamları qoyurlar ki, peşəsini bilmir. Peşəkaralrı qoymaq lazımdı. Hər bir sahədə peşəkar olmalıdı.
Şuşa əvvəlkindən də yaxşı olacaq
-Prezidentimiz dedi ki, dağıdılmış ərazilərdə abadlıq və quruculuq işləri aparılacaq.
-O qədər dağıntılar var ki, bunu bir, iki ilə düzəltmək çətindi. Buna illər lazımdı. Biz müəyyən bir müddətə Şuşanı düzəldə bilərik. Şuşa əvvəlkindən də yaxşı olacaq. Ölkələrlə anlaşma olsa. Əlaqələrin nəticəsində hər şey yaxşı olacaq.
Mən istəyirəm ki, müharibə bitmiş olsun. Bu qələbə var. Amma biz yenə narahatıq. Sistematik olaraq şəhidlərimiz var, minaya düşürlər, sistematik olaraq nəsə bizə sataşırlar. Çox istərdim ki, bu son olsun. Doğrudan da Qarabağ Azərbaycandır.Biz buna sevinək. Yanımızda olan düşmənlərin çoxlarını yenə ora qaytarıblar. Onlar bizim qanunlara riayıt etsinlər. Bizimlə qabaq necə normal yaşayırdılar, biz ehtiraz etmirik.Bizdə kin yoxdur, biz çox tez hər bir şeyi yaddan çıxarırıq. Bəlkədə bu bizim ən böyük nöqsanımızdı.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az
Baxış sayı: 1 043
Bölməyə aid digər xəbərlər

17-09-2026, 23:50
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb