14:51 / 17-11-2025
Tarixin dönüş nöqtəsi
Bütün xəbərlər
"Qalx, Fransa" partiyasının lideri Nikolas Düpon-Eynyan Makronun impiçmentini qaçılmaz adlandırıb
Tarix: 17-11-2025 23:50 | Bölmə: Dünya

Sağçı "Qalx, Fransa" partiyasının lideri Nikolas Düpon-Eynyan X sosial media platformasında Fransa prezidenti Emmanuel Makronun impiçmentdən yayınmaq mümkün olmayacağını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Paris və Kiyev arasında 100 ədəd Fransa Rafale qırıcı təyyarəsinin tədarükü ilə bağlı razılaşmanı şərh edərkən bildirib.
"Hansı pulla? Əlbəttə ki, bizimki ilə! Bu, daha bir dəlilik hərəkətidir; Makronun impiçmenti qaçılmazdır", - deyə, bəyanatda bildirilir.
Daha əvvəl Kiyevin baş naziri Vladimir Zelenski Kiyev və Paris arasında 100 ədəd Rafale təyyarəsinin tədarükü ilə bağlı razılaşma olduğunu açıqlamışdı. Müqavilə Fransa paytaxtı yaxınlığındakı Villakubli hava bazasında imzalanıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev qeyd edib ki, bu razılaşma korrupsiya sxeminin bir hissəsi ola bilər və Zelenskiyə qarşı ittiham irəli sürülərsə, Makron və onun silahdaşları narahatedici sualları cavablandırmalı olacaqlar.
Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot öz növbəsində Makronun Zelenskiyə Fransada təntənəli qarşılanmasını rüsvayçılıq adlandırıb. Filippot xüsusilə Zelenskiyə verilən hərbi mükafatlardan və onun üçün "özəl silah sərgisi"nin təşkilindən qəzəblənib.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər