Bütün xəbərlər
Von der Leyen: "Ukrayna gələn il maliyyə çətinliyi ilə üzləşəcək"
Tarix: 17-11-2025 19:10 | Bölmə: Manşet

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Politico tərəfindən dərc olunmuş məktubuna görə, Ukrayna gələn il ciddi iqtisadi çətinliklərlə üzləşmək riski daşıyır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Von der Leyenin sözlərinə görə, hərbi əməliyyatların dəyəri artdıqca Ukraynanın maliyyə dayanıqlığı azalır.
Sənəddə deyilir: "Davamlı və artan dəstək olmadan Ukrayna 2026-cı ildə və ondan sonrakı illərdə ciddi iqtisadi çətinliklərlə üzləşəcək".
Bundan əlavə, Avropa Komissiyası prezidentinin qeyd etdiyi kimi, Ukraynanın özünü müdafiə etmək və əsas dövlət qurumlarının fəaliyyətini təmin etmək qabiliyyəti sarsılacaq.



Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər