Bütün xəbərlər
Primorski diyarında "Nalivkin"ə qızıl abidə ucaldılıb
Tarix: 10-11-2025 20:42 | Bölmə: Mədəniyyət

Deputat Vitali Nalivkin rolu ilə tanınan aktyor Andrey Neretinə Primorski diyarında qızıl abidə ucaldılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Telegram kanalı "Amur Maş" məlumat verib.
Nalivkinin əlində bazuka tutduğunu təsvir edən qızılı rəngli beton abidə Ussuriysk yaxınlığındakı Vozdvijenka kəndindəki bir məzar üzərində ucaldılıb.
"İndi məzarın üstündə böyük bir qızılı rəngli beton lövhə ucalır. Orada Nalivkinin əlində bazuka tutması təsvir olunub", - deyə, "Amur Maş" qeyd edir.
Abidə pərəstişkarlarının ianələri və Neretinin həmkarlarının şəxsi vəsaiti ilə yaradılıb.
Andrey Neretin bir il əvvəl 49 yaşında vəfat edib. Dəfn yeri seçimi əvvəllər mübahisələrə səbəb olmuşdu, lakin qərar aktyorun qanuni həyat yoldaşı tərəfindən verilib.



Baxış sayı: 285


Bölməyə aid digər xəbərlər