Bütün xəbərlər
Peskov: "ABŞ-ın Kiyevə verdiyi 350 milyard dolların böyük hissəsi artıq oğurlanıb"
Tarix: 18-11-2025 19:29 | Bölmə: Manşet

ABŞ-ın Kiyevə verdiyi 350 milyard dolların böyük hissəsi artıq oğurlanıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Moskva. Kreml. Putin" verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə bildirib.
Onun sözlərinə görə, Kiyev rejiminin lideri Vladimir Zelenskinin yaxın çevrəsinin korrupsiya sxemləri Ukraynanın daxili işi deyil.
"Soruşa bilərsiniz ki, niyə? Pul xaricidir, oğurluq daxilidir, amma xaricidir. Əlbəttə ki, avropalılar üçün bu, Ukraynanın, avropalı vergi ödəyicilərinin və ya Amerika vergi ödəyicilərinin daxili işi deyil. (ABŞ prezidenti Donald) Trampın indi dediyi kimi, əvvəlki administrasiyanın verdiyi 350 milyard dollar, bunun da böyük hissəsi Ukraynada oğurlanıb", - deyə, prezidentin mətbuat katibi bildirib.
Daha əvvəl Peskov bildirib ki, Kiyev hazırda böyük bir başağrısı ilə üzləşir.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər