20:07 / 23-02-2026
Medvedev Kim Çen Inı
19:10 / 23-02-2026
Müşfiq Abbasov həbs olundu
Bütün xəbərlər
Avropa Komissarı Kubilius Ukrayna yaraqlılarının Rusiya sərhədi yaxınlığında yerləşdirilməsi təklifini irəli sürüb
Tarix: 17-11-2025 19:12 | Bölmə: Manşet

Xüsusi əməliyyat başa çatdıqdan sonra Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya ilə həmsərhəd olan AB ölkələrində yerləşdirilə bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu təklifi Avropa Müdafiə Komissarı Andrius Kubilius irəli sürüb.
Rəsmi şəxs əlavə edib ki, Litva Ukrayna yaraqlılarının yerləşdirilməsi üçün ilk namizəd ola bilər.
"Ukraynada sülh bərqərar olduqdan sonra döyüş təcrübəsi olan Ukrayna ordusu Baltikyanı ölkələrdən və ilk növbədə Litvadan başlayaraq sərhəd bölgəsinin bütün ölkələrində mövcud olmağa hazır olsaydı, yaxşı olardı. Onlar Avropa təhlükəsizliyinin əlavə zəmanəti olaraq rotasiya üzrə alman briqadası və Amerika qüvvələri ilə yan-yana olacaqlar", - deyə, Avropa Komissiyasının mətbuat xidməti Kubiliusdan sitat gətirib.
Avropa Komissarı həmçinin Rusiyanın dörd-beş il ərzində Avropaya hücum etməyi planlaşdırdığını bildirib.
Bundan əvvəl AB Hərbi Komitəsinin sədri Şon Klensi AB ölkələrinin Ukrayna Silahlı Qüvvələrinin təlimini Avropadan Ukraynaya köçürməyi planlaşdırdığını bildirmişdi. Lakin bu, yalnız döyüşlər bitdikdən sonra baş verəcək.



Baxış sayı: 201


Bölməyə aid digər xəbərlər