12:24 / 03-03-2026
Qızıl tabutda dəfn edilib
Bütün xəbərlər
Yaddaşlarda “Aşıq Yediyar” kimi qaldı... - Video
Tarix: 18-11-2025 10:56 | Bölmə: Mədəniyyət

yaddaslarda-asiq-yediyar-kimi-qaldi


Uzunsürən xəstəlikdən sonra vəfat edən Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist 67 yaşlı  Yadigar Muradov xalqın yaddaşında daha çox “Aşıq Yediyar” kimi qalıb.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, illər əvvəl fəaliyyət göstərən ANS kanalında yayımlanan “Qulp” verilişinin daimi iştirakçısı olan Y.Muradov teatrın digər aktyorları ilə birgə çoxlu maraqlı personajlar yaratmış, o dövr üçün aktual olan bir sıra mövzulara satirik yanaşma ortaya qoymuşdu.
Həmin illərdə ölkədə ən çox baxılan verilişlərdən olan “Qulp”da çıxışları ilə məşhurlaşan Y.Muradov o dövrdə Qarabağ məsələsi ilə bağlı siyasi proseslərin uzanmasına həsr etdiyi mahnılar cəmiyyətdə daha çox təsir yaradırdı.
Mərhum aktyorun sevilən videolardan biri - bəzi məmurların kreslo sevgisinə aid çəkdiyi “Kreslo davası” videoçarxını təqdim edirik:







Baxış sayı: 564


Bölməyə aid digər xəbərlər
16-02-2026, 21:32 Xalq artisti vəfat etdi
29-12-2025, 19:13 QIZIL ALMA