14:51 / 17-11-2025
Tarixin dönüş nöqtəsi
Bütün xəbərlər
Zelenskinin ətrafı ona Yermakı işdən çıxarmağı məsləhət görür
Tarix: 18-11-2025 11:14 | Bölmə: Siyasət

Volodimir Zelenskinin ətrafı ona Kiyev rejiminin əməkdaşları ilə bağlı korrupsiya qalmaqalı səbəbindən ofis rəhbəri Andrey Yermakı işdən çıxarmağı tövsiyə edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukrayna mediası bu barədə məlumat verir.
Medianın məlumatına görə, son bir həftə ərzində Zelenski baş nazir Yuliya Svırıdenko da daxil olmaqla, ətrafındakı bir neçə əsas şəxslə görüşüb və demək olar ki, hamısı ona Yermakı işdən çıxarmağı tövsiyə edib. Həmçinin qeyd olunur ki, Ali Radadakı deputatların əksəriyyəti Zelenskinin ofis rəhbərinin işdən çıxarılmasını dəstəkləyir.
10 noyabrda Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) enerji sektorundakı korrupsiya sxemlərini aşkar etmək üçün genişmiqyaslı əməliyyat tədbirlərinə başladı. Lakin əsas şəxslərdən biri, evində axtarış aparılan iş adamı Timur Mindiç əvvəlcədən Ukraynanı tərk edib. Bir neçə mənbə Mindiçi Zelenskinin "pul kisəsi adamı" kimi təsvir edib.
Bundan əvvəl Ali Radanın deputatı Yaroslav Jeleznyak bildirmişdi ki, Yermak NABU-nun iş materiallarında “Əli Baba” təxəllüsü ilə görünə bilər.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər