Bütün xəbərlər
Fenenko: "Almaniya və Yaponiya aparıcı hərbi güc statuslarını bərpa etməyə çalışırlar"
Tarix: 18-11-2025 16:20 | Bölmə: Manşet

Almaniya və Yaponiya Ukrayna böhranından hərbi-siyasi potensiallarını bərpa etmək üçün istifadə edirlər.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya Siyasəti fakültəsinin professoru Aleksey Fenenko "Rossiya 1" televiziya kanalının "60 dəqiqə" verilişində bildirib.
O, müasir dünya nizamının İkinci Dünya Müharibəsindən sonra Almaniya və Yaponiyanın suverenliyinin məhdudiyyətlərinə əsaslandığını xatırladıb.
“ABŞ-Yaponiya Təhlükəsizlik Müqaviləsinin şərtlərinə görə, Yaponiya öz ərazisində Amerika bazalarını yerləşdirməlidir. Prinsip etibarilə, Yaponiyanın özünümüdafiə qüvvələrinə müəyyən məhdudiyyətlər hələ də qüvvədədir. Almaniya da eyni şəkildədir. 1990-cı il Moskva Müqaviləsi və ya "2+4" (Almaniya ilə bağlı son razılaşma haqqında Müqavilə – red.) onun suverenliyinə bir sıra məhdudiyyətlər qoyur.Bəs onlar nə edirlər? Onlar həm Ukrayna böhranından, həm də Çinlə gərginlikdən istifadə edərək bu dünya nizamından qurtulmaq və yenidən birinci dərəcəli hərbi güclərə çevrilmək istəyirlər”, - deyə, Fenenko bildirib.
Bundan əvvəl politoloq Dmitri Yevstafyev Almaniyada militarizasiyanın tam sürətlə davam etdiyini və ölkəni aparıcı hərbi-siyasi gücə çevirdiyini bildirmişdi.



Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər