Bütün xəbərlər
ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi Avropanı Rusiyaya qarşı aqressiv mövqe tutmağa çağırdı
Tarix: 18-11-2025 15:54 | Bölmə: Dünya

Bloomberg-in məlumatına görə, ABŞ-ın Şimali Atlantika Alyansındakı Daimi Nümayəndəsi Metyu Uitaker Avropa ölkələrini Rusiyaya qarşı daha sərt mövqe tutmağa çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xüsusilə, Uitaker Ukraynanın hərbi ehtiyaclarını maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə planlarının həyata keçirilməsinin vacibliyini bildirib və bunu Kiyevin qarşıdakı illərdə maliyyələşdirilməsini təmin etməkdə "əhəmiyyətli addım" adlandırıb.
"Düşünürəm ki, bu, həm də yeni bir mərhələnin - daha aqressiv Avropanın əlaməti olacaq. Onların cəsarətlə hərəkət etmələrinin vaxtıdır", - deyə, o bildirib.
Oktyabrın sonunda Uitaker bildirib ki, Kiyev NATO-nun Ukraynaya kömək etmək öhdəliyinin bir hissəsi olaraq qarşıdakı aylarda 2 milyard dollar dəyərində silah ala bilər.
Daha əvvəl Vesti FM-in hərbi müşahidəçisi Mixail Xodarenok Avropa təcavüzünün yeganə çarəsi Rusiyanın iqtisadi və hərbi qüdrəti olduğunu bildirib.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər