18:28 / 16-11-2026
AB təxminən 50 Rusiya bankına sanksiya tətbiq edib
18:24 / 16-11-2026
Merzin şəxsi təyyarə pilot lisenziyası dayandırılıb
18:16 / 16-11-2026
Üç yeniyetmə məktəbli oğlanı döyüb
18:10 / 16-11-2026
Ayı ovçunu yaralayıb
18:04 / 16-11-2026
Terrorçunun cəsədini tibb universitetinə köçürmək qərarına gəlib
18:00 / 16-11-2026
Maduro həbsxanadan Rusiyaya salam göndərdi
17:57 / 16-11-2026
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
17:53 / 16-11-2026
Səfir Viktorov Rusiyanın İsrail həyatının bütün sahələrinə verdiyi töhfəni qeyd etdi
17:50 / 16-11-2026
Gənc qadının qətli ilə bağlı yeni cinayət işi açılıb
17:47 / 16-11-2026
Böyük bir ailəni öldürməyə cəhddə ittiham olunan bir kişi həbs edilib
17:42 / 16-11-2026
Məktəbli oğlan 22-ci mərtəbədən lift şaxtasından yıxılaraq sağ qalıb
12:12 / 16-11-2026
Yeniyetmənin rabitə şkafını yandırması ilə bağlı iş açılıb
12:06 / 16-11-2026
Gürcüstan Aİ Genişlənmə Forumunda iştirak etmək üçün dəvət almayıb
12:02 / 16-11-2026
Avstriya Xarici İşlər Nazirliyi qeyd edib ki, AB özünü Əbu-Dabidə "uşaq masasında" tapıb
11:58 / 16-11-2026
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
11:55 / 16-11-2026
Tayland məhkəməsi ölüm cəzasını ömürlük həbs cəzası ilə əvəz etdi
11:50 / 16-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanla birbaşa dialoqun bərpa olunduğunu elan etdi
11:47 / 16-11-2026
Manyak 15 illik həbsdən sonra qayıtdı
00:13 / 16-11-2026
Serbiya Yuqoslaviyanın Baş Qərargah ərazisindəki "Tramp Qüllələri" layihəsini ləğv etdi
00:09 / 16-11-2026
Viza imtinalarına görə bir türk müğənnisi Belçikada orkestrsiz konsert verdi
00:04 / 16-11-2026
Dağıstanlı təqibçi keçmiş sevgilisinin boğazını kəsib
23:59 / 15-11-2026
Ağ Ev keçmiş Pentaqon strateqinə qarşı cinayət işi başlada bilər
19:33 / 15-11-2026
İranlı rejissor Məcid Məcidi "Brilyant kəpənək" mükafatını tərifləyir
19:30 / 15-11-2026
Polşada ukraynalılara qarşı rekord səviyyədə fiziki təcavüz qeydə alınıb
19:25 / 15-11-2026
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
19:23 / 15-11-2026
Təyyarə qaçırmaqla hədələmə ilə bağlı cinayət işi açılıb
19:20 / 15-11-2026
Ulyanov: "ABŞ nüvə sınaqlarını bərpa edərsə, Rusiya cavab verəcək"
19:17 / 15-11-2026
Macarıstan Baş naziri arxiv qalmaqalına görə parlamentdə üzr istəməyə məcbur edilib
19:13 / 15-11-2026
Yanan evdə iki kişi və bir qadın həlak olub
19:09 / 15-11-2026
Finlandiya sərhədçi təyyarəsi Rusiya dəniz sərhədi yaxınlığında uçub
18:59 / 15-11-2026
Deputat qeyd edib ki, “Aydar” və “Azov” Ukraynada xüsusi mövqedədir
18:54 / 15-11-2026
Kamikadze pilotsuz təyyarələr düşüb, 4 nəfər yaralanıb
18:50 / 15-11-2026
Zəlzələ baş verib
18:46 / 15-11-2026
Tramp Baydeni ABŞ aviasiya tənzimləyicisi ilə bağlı problemlərə görə günahlandırıb
18:29 / 15-11-2026
ABŞ-da onlar Nvidia qalmaqalına görə nazirin istefasını tələb ediblər
18:24 / 15-11-2026
Yaşayış binasını vuran PUA işə düşmədi
18:20 / 15-11-2026
Politoloq Makronun hansı karyera inkişafı haqqında düşündüyünü açıqlayıb
18:08 / 15-11-2026
"Mən bir az utancaqam": Lerçek sosial şəbəkələrdə pariksiz necə göründüyünü göstərdi
Günəşə dönmüş balaca cücə haqqında-Elina ZARJITSKAYA
Tarix: 07-02-2019 23:58 | Bölmə: Ədəbiyyat

Biri var idi, biri yox idi, Yer ana ilə Göy ata bir-birinə çox yaxın idi, qədimliyi isə ananı tünd uzun və buruq saçları ilə fərəhləndirirdi, göydə nə Günəş vardı, nə Ay, nə də ulduzlar. Güllər-çiçəklər də yox idi, çünki o zaman insanlar əbədi boz alatoranlıqda yaşayırdı. Ağaclar da, kollar da alatoranlıqda yaşayırdı, otlar da, güllər də. Çaylar alaqaranlıqda axırdı, dağlar da alaqaranlıqda göyə qalxırdı, qar da Yer üzünü qalın boz yorğana bürüyürdü. Bu cansıxıcı həyat o qədər uzun çəkirdi ki, insanlar xəstələnməyə başlamışdı.
O zaman quşlarla heyvanlar bir yerə toplaşıb nə edəcəkləri barədə fikirləşməyə başladılar. Sənə bunu da deyim ki, əziz dostum, o zamanlarda heyvanlarla quşlar kəndlərdə yaşayırdılar, danışmağı bacarırdılar və eynən insanlar kimi yaşayırdılar. Beləcə məsləhət, məsləhət, müdrik tülkü dedi:
- Məxluqatın hamısının işığa, istiyə ehtiyacı var. Atəşin yanına gedib ondan bir yanar ləçək istəmək, sonra da həmin ləçəyi göyə qaldırmaq lazımdır. Qoy hər gün orda yansın, insanları sevindirsin, hamımızın canını qızdırsın.
- Alovun sevən biri yoxdu ki, qonaq getsin? – Ayı əsnəyərək dedi. – Mən gedə bilməyəcəm, çünki bir neçə gündən sonra qış gəlir, mənim yatmaq vaxtım başlayır.
Kirpi də, ilan da, qurbağa da, kərtənkələ də qış yuxusunu bəhanə gətirib bu təhlükəli tapşırıqdan boyun qaçırdılar.
- Mən gedərəm, - tülkü dedi.
O, Atəşin yanına gedib ondan bir ləçək istədi və geri qayıtdı. Ancaq burnu və pəncərələri yandı. O vaxtdan tülkünün xəzi parlaq və kürəni, pəncələri isə qaradır.
- Mən yanar ləçəyi gətirdim. Bəs kimi onu göyə aparacaq? – deyə tülkü soruşdu.
- Mən çox astagələm, - tısbağa dedi. – Mən o ləçəyi aparıb göyə çatdıranacan o sönər.
- Mənsə insanlara süd verirəm, - inək dilləndi. – Mənə odla oynamaq olmaz.
- Mənim də vaxtım yoxdur, - qaranquş cikkildədi. – Mən bütün günü həşəratların arxasınca qaçıb onları insanların məskənindən qovuram.
- Heç mənim də vaxtım yoxdur, - it hürdü. – Mən insanların evinin-eşiyinin qarovulunu çəkirəm.
Yalnız balaca yumruca civ-civ cücə razılıq verdi:
- Mən apararam.
O, yanar ləçəyi alıb göyə qalxmağa başladı: tappır-tuppır, tappır-tuppır! Gəlib Göyə çatdı, ədəblə salam verib ədəblə xahiş etdi ki, ona bir yer göstərsinlər, Yerə işıq vermək, quşların, heyvanların, insanların canını qızdırmaq üçün yanar ləçəyi əlində tutub orda dayansın. Göy ata təəccüblə soruşdu:
- Məgər insanlar yer üzündə çətinlik çəkir?
- Əlbəttə, - cücə cavab verdi. – Biz hamımız əbədi boz alatoranlıqda yaşayırıq. Ağaclar da, kollar da alatoranlıqda yaşayır, otlar da, güllər də. Çaylar alaqaranlıqda axır, dağlar da alaqaranlıqda göyə qalxır, qar da Yer üzünü qalın boz yorğana bürüyür. Bu cansıxıcı həyatdan insanlar xəstələnməyə başlayıb, çox çəkməz, heyvanlar da, quşlar da soyuqlayar.
Göy ata lap təəccübləndi.
- Niyə bəs sən gəlmisən, sən ki, lap cılızsan? Məgər səndən böyük, canlı heç kəs yox idi?
- Onların hamısının işi var, - cücə cavab verdi. – Mən isə balacayam, üstəlik də zəif və axsağam. Mənim bu yanar ləçəyi saxlamaqdan başqa nə faydam ola bilər ki?!
Göy ata mərhəmətlə gülümsədi, cücəni götürüb Yerin düz üstünə qoydu, hələ onun üçün cığır da saldı ki, göydəki çəmənlikdə gəzəndə azıb eləməsin.
Cücə sevinclə yanar ləçəyi yuxarı qaldırdı, daha gur işıq verməsi üçün üflədi və sevinə-sevinə oxudu da: “Quq-qulu-quu!”. Bu anda yanar ləçəy bərq vurub Yer üzünü öz işığı ilə nura qərq elədi.
Beləcə, möcüzə baş verdi. Otlar, ağacların yarpaqları, kollar, güllər-çiçəklər rəngarəng dona büründü, heyvanların və quşların da xəzi, dərisi və tükü rəngbərəng oldu. Çaylar və göllər təəccübdən aydın gözlərini geniş açıb mavi rəng aldılar, dağlar isə ağappaq şuba geyindi. Yalnız parlaq işıq şüaları qayaların və dərələrin dibinə gedib çatmadı, onlar da pis adamların qəlbi kimi qapqara zülmət rəngində qaldılar.
Cücə bunu görüb öz-özünə dedi:
- Bir az yerə yaxınlaşım ki, uçurumlar və dərələr də işıqlansın.
Yanar ləçəyi götürüb hoppana-hoppana getməyə başladı: tappır-tuppır, tappır-tuppır! Ancaq axsaq olduğunu unutmuşdu, bir addımının böyük, bir addımının kiçik olduğu yadından çıxmışdı. Eləcə yerin başına dövrə vurub əvvəlki yerinə də qayıtdı.
O vaxtdan da bala cücə Yerin başına dolanır: tappır-tuppır, tappır-tuppır! – bir addımı böyük, o biri addımı balaca. Hər dəfə də dönüb dolanıb əvvəlki yerinə qayıdır. Acmasın deyə Göy ata ona böyük bir çörək də verib. Ay o cücənin çörəyidir, dimdikləyib yeyir, Ay da azalır, azalır, amma birdən yenə də qaydıb bütöv olur. Ay kiçiləndə insanlar deyir ki, cücə nahar edir.
O vaxtdan göydə cücə çörəyi dimdikləyərkən dimdiyindən düşən qırıntılardan ulduzlar əmələ gəlib.
Yer ana isə yumşaq, mehriban istinin altında isinə-isinə axsaq cücənin bütün nəslinə təşəkkür etməyi qərara aldı. O zamandan toyuq nəslinə xüsusi məqam verildi – birinci onlar Günəşi qarşılayır.
İnsanlar da həmin cücələrə xoruz adı verdi, çünki onlar hər səhər öz qohumlarını qarşılayır, ucadan oxuyaraq təbiəti oyadır, insanları işləməyə çağırır: “Quq-qulu-quu!”
Bu əhvalatı, gözəl dostum, mən babamdan eşitmişəm, indi də sənə danışıram. Bu, yalan-palan da deyil, aaa, and olsun Göyə və Yerə, Oda və Suya. Ümumiyyətlə, mənim yalanla aram yoxdu, nə danışsam, düz danışıram, əsasən də arvadımın xəmiri qıcqıranda. Hərçəndi hamı bilir ki, yalan danışan asan danışır, doğruçu isə doğrunu axtarıb tapmalıdır.
Elina ZARJITSKAYA, Ukrayna, Dnepr şəhəri
Tərcümə edəni: ƏMİR PƏHLƏVAN
Baxış sayı: 1 539
Bölməyə aid digər xəbərlər

22-10-2026, 15:12
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20-10-2026, 17:55
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib