18:28 / 16-11-2026
AB təxminən 50 Rusiya bankına sanksiya tətbiq edib
18:24 / 16-11-2026
Merzin şəxsi təyyarə pilot lisenziyası dayandırılıb
18:16 / 16-11-2026
Üç yeniyetmə məktəbli oğlanı döyüb
18:10 / 16-11-2026
Ayı ovçunu yaralayıb
18:04 / 16-11-2026
Terrorçunun cəsədini tibb universitetinə köçürmək qərarına gəlib
18:00 / 16-11-2026
Maduro həbsxanadan Rusiyaya salam göndərdi
17:57 / 16-11-2026
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
17:53 / 16-11-2026
Səfir Viktorov Rusiyanın İsrail həyatının bütün sahələrinə verdiyi töhfəni qeyd etdi
17:50 / 16-11-2026
Gənc qadının qətli ilə bağlı yeni cinayət işi açılıb
17:47 / 16-11-2026
Böyük bir ailəni öldürməyə cəhddə ittiham olunan bir kişi həbs edilib
17:42 / 16-11-2026
Məktəbli oğlan 22-ci mərtəbədən lift şaxtasından yıxılaraq sağ qalıb
12:12 / 16-11-2026
Yeniyetmənin rabitə şkafını yandırması ilə bağlı iş açılıb
12:06 / 16-11-2026
Gürcüstan Aİ Genişlənmə Forumunda iştirak etmək üçün dəvət almayıb
12:02 / 16-11-2026
Avstriya Xarici İşlər Nazirliyi qeyd edib ki, AB özünü Əbu-Dabidə "uşaq masasında" tapıb
11:58 / 16-11-2026
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
11:55 / 16-11-2026
Tayland məhkəməsi ölüm cəzasını ömürlük həbs cəzası ilə əvəz etdi
11:50 / 16-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanla birbaşa dialoqun bərpa olunduğunu elan etdi
11:47 / 16-11-2026
Manyak 15 illik həbsdən sonra qayıtdı
00:13 / 16-11-2026
Serbiya Yuqoslaviyanın Baş Qərargah ərazisindəki "Tramp Qüllələri" layihəsini ləğv etdi
00:09 / 16-11-2026
Viza imtinalarına görə bir türk müğənnisi Belçikada orkestrsiz konsert verdi
00:04 / 16-11-2026
Dağıstanlı təqibçi keçmiş sevgilisinin boğazını kəsib
23:59 / 15-11-2026
Ağ Ev keçmiş Pentaqon strateqinə qarşı cinayət işi başlada bilər
19:33 / 15-11-2026
İranlı rejissor Məcid Məcidi "Brilyant kəpənək" mükafatını tərifləyir
19:30 / 15-11-2026
Polşada ukraynalılara qarşı rekord səviyyədə fiziki təcavüz qeydə alınıb
19:25 / 15-11-2026
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
19:23 / 15-11-2026
Təyyarə qaçırmaqla hədələmə ilə bağlı cinayət işi açılıb
19:20 / 15-11-2026
Ulyanov: "ABŞ nüvə sınaqlarını bərpa edərsə, Rusiya cavab verəcək"
19:17 / 15-11-2026
Macarıstan Baş naziri arxiv qalmaqalına görə parlamentdə üzr istəməyə məcbur edilib
19:13 / 15-11-2026
Yanan evdə iki kişi və bir qadın həlak olub
19:09 / 15-11-2026
Finlandiya sərhədçi təyyarəsi Rusiya dəniz sərhədi yaxınlığında uçub
18:59 / 15-11-2026
Deputat qeyd edib ki, “Aydar” və “Azov” Ukraynada xüsusi mövqedədir
18:54 / 15-11-2026
Kamikadze pilotsuz təyyarələr düşüb, 4 nəfər yaralanıb
18:50 / 15-11-2026
Zəlzələ baş verib
18:46 / 15-11-2026
Tramp Baydeni ABŞ aviasiya tənzimləyicisi ilə bağlı problemlərə görə günahlandırıb
18:29 / 15-11-2026
ABŞ-da onlar Nvidia qalmaqalına görə nazirin istefasını tələb ediblər
18:24 / 15-11-2026
Yaşayış binasını vuran PUA işə düşmədi
18:20 / 15-11-2026
Politoloq Makronun hansı karyera inkişafı haqqında düşündüyünü açıqlayıb
18:08 / 15-11-2026
"Mən bir az utancaqam": Lerçek sosial şəbəkələrdə pariksiz necə göründüyünü göstərdi
Ədəbiyyatşünas alimin 70 illik yubileyi qeyd olunub
Tarix: 30-03-2022 23:58 | Bölmə: Ədəbiyyat

АMЕА-nın Nахçıvаn Bölməsində Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərman Xəlilovun 70 illik yubileyi ilə əlaqədar tədbir olub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Alim çıxışı zamanı yubilyarın həyat və fəaliyyətinə nəzər salıb, onu tədqiqatçı və pedaqoq kimi xarakterizə edib, mühüm insani keyfiyyətlərindən söz açıb. Vurğulanıb ki, daşıdığı məsul vəzifələrin öhdəsindən uğurla gələn, təşəbbüskarlığı, elmi yaradıcılığa sevgisi, yenilikçi fikirləri ilə hər zaman seçilən arxivşünas alim Fərman Xəlilov 20-ə yaxın kitab və monoqrafiyanın, 200-ə yaxın elmi məqalənin müəllifidir. O, sahib olduğu məziyyətlərə, eləcə də müəllifi olduğu əsərlərin elmi əhəmiyyətinə, əhatəlilik səviyyəsinə, tərtib keyfiyyətlərinə görə gənc nəsil tədqiqatçılar üçün nümunədir.
Bölmə rəhbəri Fərman Xəlilovu 70 illik yubileyi münasibətilə təbrik edib, yubilyarı AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edib.
Tədbirə onlayn qoşulan AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı-direktoru, filologiya elmləri doktoru Paşa Kərimov Fərman Xəlilovu əlyazmaçı alim, zəhmətkeş və ömrünü elmə həsr edən tədqiqatçı kimi səciyyələndirib. Alimin elmi yaradıcılığı haqqında fikirlərini bölüşüb, ona öz xoş diləklərini çatdırıb.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli yubiley tədbirində “Filologiya elmləri doktoru Fərman Xəlilovun həyatı, elmi və pedaqoji fəaliyyəti” mövzusunda məruzə edərək alimin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, görkəmli alim, filologiya elmləri doktoru Fərman Yunis oğlu Xəlilov 31 mart 1952-ci ildə Naxçıvan şəhərində müəllim ailəsində dünyaya göz açmışdır. Hələ məktəb yaşlarından ictimai fəallıq nümayiş etdirmiş, orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının Azərbaycan dili və ədəbiyyat ixtisasına qəbul olunmuşdur. Tələbəlik illərində də eyni fəallığı davam etdirmiş, müxtəlif konfranslarda Naxçıvan teatrı və maarif tarixi ilə bağlı məruzələr etmiş, kiçikhəcmli təmsillər yazmış, “Şərq qapısı” və başqa qəzetlərdə məqalələr dərc etdirmişdir.
Fərman Xəlilov “Mirzə Əli Möcüzün yaradıcılıq yolu” adlı namizədlik, “Mirzə Əli Möcüz: mühiti, müasirləri və ədəbi irsi” adlı doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir. O, apardığı uzunmüddətli tədqiqatlar, arxiv və kitabxanalardan topladığı materiallar, araşdırdığı ən incə məsələlər nəticəsində möcüzşünas alim kimi püxtələşmişdir. Fəaliyyətinin 40 ilini şərəfli müəllimlik peşəsinə həsr edən Fərman Xəlilov pedaqoji fəaliyyətlə yanaşı, elmi axtarışlarını da davam etdirmişdir.
Onun çap olunmuş kitabları və məqalələri özünün mövzu-problematika aktuallığı, elmi təhlillərin dərinliyi və dolğunluğu ilə səciyyələnir. Araşdırmaları daha çox Cənubi Azərbaycan ədəbiyyatı və Naxçıvanla bağlı tədqiqatları əhatə edən Fərman Xəlilovun elmi yaradıcılığında Naxçıvan teatrı, maarifçilik hərəkatı, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əliqulu Qəmküsar, Əziz Şərif və digərləri ilə bağlı dəqiqləşdirdiyi mətləblər xüsusilə diqqət çəkir.
Elmi yaradıcılığının son 10 ilini AMEA Naxçıvan Bölməsi ilə bağlayan alim 2013-cü ilin noyabr ayından İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Ədəbiyyatşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışmış, 2016-cı ildən günümüzədək AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru kimi məsul vəzifəni uğurla icra etməkdədir.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Zülfiyyə İsmayıl, Elmi Kitabxananın direktoru Sahab Əliyeva, Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli, Əlyazmalar Fondunun şöbə müdiri Fəxrəddin Eylazov və yubilyarın oğlu Yunis Xəlilov tədbirdə çıxış edərək Fərman Xəlilovun həyat və yaradıcılığının müxtəlif məqamlarına diqqət çəkib, onun bir dost, ata, alim, rəhbər kimi kefiyyətlərindən söz açıblar.
Sonda çıxış edən səbəbkar Fərman Xəlilov ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüb. Naxçıvanda elmin inkişafına, elm adamlarına göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərliyinə minnətdarlığını bildirib.
Sabaha-inamla.az

Baxış sayı: 939
Bölməyə aid digər xəbərlər

22-10-2026, 15:12
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20-10-2026, 17:55
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib