Bütün xəbərlər
"The Times": Britaniya kəşfiyyat xidmətləri təhdidlərin öhdəsindən gələ bilmir
Tarix: 27-10-2025 08:43 | Bölmə: Dünya

Böyük Britaniyanın kəşfiyyat xidmətləri hərəkətlərini əlaqələndirməkdə və buna görə də milli təhlükəsizliyə təhdidləri aradan qaldırmaqda çətinlik çəkirlər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "The Times" qəzeti Daxili İşlər Nazirliyinin daxili hesabatına istinadən məlumat verib.
Hesabatda qeyd olunur ki, Böyük Britaniyanın xarici kəşfiyyat xidməti olan MI6, eləcə də əks-kəşfiyyatdan məsul olan MI5 tənqid olunub.
"MI5 və MI6 əməkdaşlıq etmir.Hökumət Kommunikasiya Qərargahı (GCHQ) və xidmətlər təhdidləri aradan qaldırmaqda uğursuzluqlar yaşayır", - deyə, hesabatda bildirilir.
Nəşr sənədin iki il əvvəl hazırlandığını izah edib. Lakin, bir mənbənin nəşrə verdiyi məlumata görə, xidmətlər arasında fikir ayrılıqları tez-tez dalana dirənir.
Oktyabrın əvvəlində MI6-ya ilk qadın lider, 48 yaşlı Bleyz Metreveli təyin edilib. The Daily Mail iddia edir ki, onun babası Qırmızı Ordudan fərarilik edərək nasistlərin tərəfinə keçmiş Konstantin Dobrovolski olub.
Bundan əvvəl Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Britaniya kəşfiyyat agentliyi MI6 və Ukrayna xüsusi xidmət orqanlarına qarşı sərt ittihamlar irəli sürmüşdü. Onun fikrincə, bu xidmətlər Rusiya vətəndaşlarına qarşı açıq şəkildə zorakılığa təhrik edir.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər