Bütün xəbərlər
Vodolatski: "Rusiya mayeləşdirilmiş təbii qazına qoyulan qadağadan sonra Avropa etirazlar və tətillərlə üzləşəcək"
Tarix: 27-10-2025 08:39 | Bölmə: Manşet

19-cu raundda təsdiqlənmiş və Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) idxalına tam qadağa qoyulmasını özündə ehtiva edən AB sanksiya paketi, soyuq havaların başlamasından sonra Avropada kütləvi etirazlara və mitinqlərə səbəb olacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsi sədrinin birinci müavini Viktor Vodolatski bildirib.
23 oktyabrda Avropa Birliyi Rusiyaya qarşı 19-cu sanksiya raundunu qəbul etdi. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin sözlərinə görə, məhdudiyyətlər ilk dəfə olaraq Rusiyanın qaz sektoruna təsir etdi.
"(AB rəhbərliyi) Rusiyadan mayeləşdirilmiş təbii qaza qoyulan qadağa və sanksiyalar tətbiq etməklə özünü qaçmağın mümkün olmadığı bir bataqlığa sürükləyir.Və təbii ki, nümayişlər, mitinqlər və tətillər baş verəcək", - Vodolatski TASS-a bildirib.
Parlament üzvünə görə, avropalıların kütləvi mitinqləri nəticədə Aİ liderlərinin siyasi karyeralarına mənfi təsir göstərəcək.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər