19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
VƏTƏN BÜTÖVLÜYÜNƏ İNAM...-RAMİZ QASIMOV
Tarix: 17-06-2021 01:04 | Bölmə: Ədəbiyyat

Xanəli Kərimlinin Vətən bütövlüyü ərz edən poeziyası haqda
I yazı
Naxçıvan ədəbi mühitində öz dəsti-xətti, sənətkarlıq keyfiyyəti və əsərlərinin ideya-məzmun xüsusiyyətləri ilə fərqlənən Xanəli Kərimlinin poemaları da geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanır. Onun bir neçə yüksək ideyalılıq kəsb edən poeması ümumən bu janrın inkişafı və zənginləşməsinə əhəmiyyətli təkan verib. Şairin müxtəlif illərdə yazdığı “İnam”, “Təbil”, “Ağrı”, “Bütövlük” kimi poemaları özünün mövzu, ideya və sənətkarlıq xüsusiyyətləri ilə ədəbiyyatın və ədəbiyyatşünaslığın diqqət mərkəzində olub.
Şairin “İnam” (2000-2001) adlanan poeması ilk baxışdan Memar Əcəmiyə həsr olunduğu görünsə də, əsl mahiyyətdə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi və qazanılan nailiyyətlərə həsr edildiyini qətiyyətlə demək olar. Elə əsərin ilk və son bəndləri də məhz bu ideyanı daha konret şəkildə ehtiva edə və ümumiləşdirə bilir. Poemanın ilk bəndində şair:
28 may – İstiqlal Günüm!
Başlanıb yurdumun toy-büsat dəmi!
Yarıb əsrlərin qaranlığından
Təbrikə gəlmişdi ulu Əcəmi–
deyərək Müstəqillik Gününün təntənəli deyd edilməsi günündə müasirliklə bərabər hələ də ölməz əsərlərilə Vətəninə gözəllik, möhtəşəmlik və mədəniyyət qatan ulu Əcəmi Əbubəkiroğlunu da gətirir, onun nəzərindən doğma ölkəsindəki inkişafı, yeniliyi göstərir və aydın bir təsvir edir. Əsəri oxuduqca onun ruhunda müstəqilliyini bərpa etmiş Azərbaycanın, xüsusilə onun ayrılmaz bir parçası olan, qədim tarix və mədəniyyət diyarı olan, dövlətçiliyin mərkəzi Naxçıvanı göstərməyə, təqdim etməyə çalışır. Müstəqilliyin və uzaqgörən insanların bəxş etdiyi yeni inkişaf və mədəni nailiyyətlər Əcəminin nəzərincə təqdim və təsvir edilir:
...Gəzdikcə Naxçıvan torpağını o,
Əllərin qaldırıb dedi: Min şükür!
Öyündü yaradan, quran əllərə,
Gözlərində sevinc, qəlbində qürur.
...Xalqın varlığıyla səsləşən əsər,
Xalqın özü kimi müqəddəsləşər.
Başından əssə də min boran, tufan,
Nə kərpici düşər, nə sözü düşər...
Bunu da diqqətdən yayındırmaq olmaz ki, geniş və möhtəşəm bir inkişaf yolu keçib misilsiz uğurlara imza atan ölkəni göstərməklə qalmayan şair hər zamankı kimi Azərbaycanın Cənub həsrətini, Şərqə, Şimala, Qərbə bölünən dərdlərini dilə gətirir və Əcəminin dilindən bir dözümsüzlük, hayqırtı ifadə edir:
Biz ki azəriyik - türk oğlu türkük!..
Türkün Vətənini bölmək olarmı?
Ey Cahan Pəhləvan, ay Qızıl Arslan,
Vətəndə vətənsiz ölmək olarmı?!
...Vətən əmanətdir nəsilbənəsil,
Odur hər millətin ən şah əsəri.
Vətənsiz millətin, vətənsiz elin
Bir nimdaş həsirtək yoxdur dəyəri.
Əsərdə Vətənin taleyi məsələsi başlıca məsələdir. İstər Ustad Əcəminin, istər də müəllifin öz dilindən deyilən fikirlər Vətənin taleyi məsələsində birləşir və əsərin ideyasına, başlıca məsələsinə çevrilir. Əslində, poemada Vətənin inkişafı ilə bərabər bütövlüyü ideyası da şairin başlıca təbiridir. Buna görə də müəllif özü əsərin sonuna doğru Ustad Əcəmiyə mürasiətə çıxaraq bu 7 bəndlik şeirlə öz fikirlərini, xüsusilə Vətəni bölünməyə, parçalanmağa məhkum edən səbəbləri ümumiləşdirib ifadə edir:
Bizim içimizdə bütövlük olsa,
Vətən bütövlüyü dünəndən olar.
Quş da səkə bilməz başımız üstdən,
Düşmən də tük salar, bağrı çatlayar.
Şair Xanəli Kərimin “Təbil” poeması boşalmaqda olan kəndlərin giley-güzarını, dərd-kədərini dilə gətirir. Poemada bir böyük, bir ulu nəsihəti özünə yer alır. Yaşayışdan ötrü öz doğma evini tərk edib yurdunu boş qoyanlara sarı ünvanlanmış bu əsər özündə Xalq şairi Məmməd Arazın əsərlərinin ruhunu gizləyib. Həqiqi mənada, böyük sənətkarlıqla yazılan poemada şair güclü metaforalar işlədir, sözün poetik imkanlarından çox ustalıqla istifadə edir. Əsərin adındakı “təbil” də “çağırış, nida“ mənalarını andırır. “İsrafilin suru” kimi şairin “Təbil”i də gün-güzəran qovhaqovunda yatmışları oyatmağa yönəlikdir. Sanki təbiət – dağlar, bulaqlar, boş qalan kəndlər, ev-eşiklər şairlə suallaşır, həmsöhbət olur:
...Sən demə insansız dağ da, dərə də,
Anasın itirən quzu kimidir.
Ağzından dürr töksün çiçək dilində
Dəyəri kasıbın sözü kimidir.
Hər yurdu-yuvanı quran ataların əziyyəti, zəhməti, vətən məhəbbəti, yurd-yuva eşqi poemanın bu bəndlərində ümumiləşdirilib. İndi boş qalan yaşayış yerlərində vaxtilə ata-babaların, ana-bacıların çəkdiyi hər türlü əziyyətə işarə edilir. Köçüb gedən adamlar vaxtilə babalarının bu yurd üçün çəkdiyi zəhməti, bu yurdu qurduğu üçün hiss etdiyi sevinci sanki tərk edib gedir, keçmişindən qopur, keçmişinə peşmanlıq duyğusu gətirir. Buna görə də şair Xanəli Kərimli ustadı Məmməd Araz kimi daş yazılarına müraciət edərək vətəndaş olan hər kəsə bu yazılardakı hikməti, çağırışı yada salır:
...İstəyirik Vətən basılmz olsun,
Qoruyaq kəndi də göz bəbəyitək.
Kəndlər də bu Vətənin əsgərləridir,
Əsgərsiz bir Vətən, de, nəyə gərək?
Bu dağlar həyəcan təbili çalır
Sabahın üzünə dik baxmaq üçün....
Şairin 1998-ci ildə qələmə aldığı bu poema öz mövzusu və sənətkarlığı etibarilə Naxçıvan ədəbi mühitində ən qüvvətli poemaların başında gəlir. İdeyası, təsir gücü, sənətkarlıq cəhəti qüvvətli olan əsərdə hər bir oxucu üçün ideya-mənəvi baxımdan maraq doğruracaq mənəvi dəyərlər əks olunub. Vətənə bağlılıq motivləri poema üçün başlıca xüsusiyyətdir. Bütün çətinliklərlə mübarizə əzmi, hər cür problemi, qayğını aşaraq yurd-yuvaya sahib çıxmaq hissi əsərin başlıca ideyasıdır. Bəndlər şəklində yazılan, abab, cdcd şəklində qafiyələnən və 11-lik heca vəznində yazılan poemada diksiya və diktə güclüdür, təlqin etmə pafosu qüvvətliliyi ilə seçilir. Qeyd edildiyi kimi, poemada özünəməxsus güclü məcazlardan, bədii fiqurlardan istifadə edilmiş, maraq doğuran metaforalar, epitet, təşbeh, antiteza, bədii təkrir və başqalarından uğurla istifadə edilmişdir.
Xanəli Kərimlinin “Ağrı”adlanan poeması Qanlı 20 Yanvar hadisələrinə həsr olunub. Poemanın başlığında yazılan “Vətən bir ocaqsa, şəhidlər oddur” ifadəsi də özünəməxsus olaraq seçilərək böyük bir ideyanə özündə ümumiləşdirib.
Şəhidlər xiyabanı xalqın azadlıq amalına xidmət edən mücahidlərin sığındığı bir ocaq kimi təsvir edilir poemada. Xalq axın-axın bura gələək onları ehtiramla yad edir. Hər kəsin bir kimsəsi var burada, amma burdakı hər kəs bütün xalqın əzizi, doğmasıdır, onun baş tacı, qəhrəmanı, unutmadığı igididir. Şair bu ehtişamamla bərabər saxta dona girib şəhidləri yalnız iş xətrinə, protokol qaydası ziyarət edən “Mersedes”li, “Qaz10”lu, “üzdə gülüş, cibdə bomba” gələn, “şux geyimli, şax yerişli”, “qara niyyət, qara əlcək” geyinənləri də təsvir edir. Bu cür adamların ucbatındann vətənin məğlub düşdüyünü, zəiflədiyini hayqırır:
Yazıq Vətən!
Yazıq Vətən!..
Xətaitək babamızdan
Bizə miras qalan Vətən!
Qeyrətimiz ucbatından
ovuc-ovuc parçalandın,
“Qızıl pultək xırdalandın”.
Bir vaxt dünya boyda olan
Azərbaycan,
İndi papaq boyda qaldın.
Şair ustadı Məmməd Araz kimi millətin geri düşməsində, Vətənin bölünməsində xalqın fərdlərinin, təfəkkürünün bölünməsini, “sənin, mənim” ziddiyyətlərinə məğlub düşməsini səbəb olaraq göstərir və lənətləyir. Əsərin sonu milli birliyə, bütövlüyə çağırışla səciyyələnir. Şairin Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadə ilə başlayan, Məmməd Arazla yeni zirvəsinə çatan azərbaycançılıq konsepsiyasına sədaqət və çağırış nümayiş etdirərək bütün
Vətəni-Azərbaycanı anda səsləyir:
Azərbaycan – hər yerində şəhidistan.
And veririk
səndən ötrü şəhidləşən
mərdlərinin al qanına.
And veririk öz adına, öz şanına,
Allahına,
Bir də aydın sabahına.
...And içilir qanlı şəhid kəfəninə,
And içilir Azərbaycan Vətəninə!
Poema 1994-cü ildə yazılıb və Böyük və Bütöv Azərbaycan ideyası ehtiva olunub.
RAMİZ QASIMOV,
filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri

Baxış sayı: 858
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR