09:44 / 31-10-2025
50.000 rubl cərimə olunub
Bütün xəbərlər
İtkin düşən altı məktəbli tapılıb
Tarix: 31-10-2025 16:56 | Bölmə: Sosial

Nijni Novqorodda bölgənin sosial reabilitasiya mərkəzlərindən birini təkbaşına tərk edən altı azyaşlının yeri müəyyən edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə regional İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.
Uşaqların dünən, 30 oktyabrda itkin düşdüyü bildirilib. Saat 17:00 radələrində onlar dövlət müəssisəsindən çıxıblar və bir daha geri qayıtmayıblar. İtkin düşənlər arasında 2011-2012-ci il təvəllüdlü üç qız və 2015, 2016 və 2017-ci il təvəllüdlü üç oğlan var.
Yetkinlik yaşına çatmayanların itkin düşməsi ilə bağlı cinayət işi açılıb.
"Yetkinlik yaşına çatmayanların Nijni Novqorodda gəzdiyi aşkar edilib. Yeniyetmələrə qarşı heç bir qanunsuz hərəkət törədilməyib", - agentliyin Telegram kanalında bildirilib.
Uşaqlar Rusiyanın regional İstintaq Komitəsinin müstəntiqləri və məhkəmə ekspertlərinin, eləcə də Daxili İşlər Nazirliyinin regional qərargahının əməkdaşlarının səmərəli əməkdaşlığı sayəsində tapılıb.
Uşaqların müəssisədən getmə səbəbləri araşdırılır.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər