09:44 / 31-10-2025
50.000 rubl cərimə olunub
Bütün xəbərlər
ABŞ və Hindistan yeni hərbi əməkdaşlıq müqaviləsi imzalayıblar
Tarix: 31-10-2025 10:15 | Bölmə: Dünya

Hindistanın müdafiə naziri Rajnath Singh və Pentaqon katibi Pete Hegseth 10 illik ikitərəfli hərbi əməkdaşlıq müqaviləsi imzalayıblar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ müdafiə naziri bunu açıqlayıb.
Hegseth-in sözlərinə görə, ölkələr "koordinasiya, məlumat mübadiləsi və texniki əməkdaşlığı" inkişaf etdirirlər. Pentaqon rəhbəri Yeni Dehli ilə Vaşinqton arasındakı hərbi əlaqələrin "heç vaxt bu qədər güclü olmadığını" vurğulayıb.
Hegseth sosial mediada yazıb: "Mən indicə Sinqh ilə 10 illik ABŞ-Hindistan Müdafiə Sazişini imzalamaq üçün görüşdüm. Bu, regional sabitliyin və çəkindirmənin təməl daşı olan müdafiə tərəfdaşlığımızı gücləndirir".
"Reuters"in xəbər verdiyi kimi, ASEAN Müdafiə Nazirləri Görüşü çərçivəsində ABŞ və Hindistan müdafiə rəislərinin görüşü "müsbət nəticələr verə və Sinqhin Vaşinqtona və ya Hegseth-in Yeni Dehliyə səfəri üçün qapı aça bilər".



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər