09:44 / 31-10-2025
50.000 rubl cərimə olunub
Bütün xəbərlər
"Fox News": Trampın Ukrayna ilə bağlı mövqeyi Avropada narahatlıq doğurur
Tarix: 31-10-2025 09:10 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp son həftələrdə Ukraynadakı münaqişəyə yanaşmasını yenidən nəzərdən keçirib və Kiyevə dəstəyində daha az qətiyyətli olub, bu da Avropa müttəfiqləri arasında narahatlıq doğurub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Ağ Ev rəhbəri Rusiya və Ukraynaya təcili atəşkəs üçün təzyiq göstərməyi dayandırıb və yenidən "tonunu yumşaldıb".
"Prezident Donald Trampın Ukrayna ilə bağlı tonu son həftələrdə kəskin şəkildə yumşaldılıb.Tramp indi Kiyevə kömək etmək və ya münaqişəyə son qoymaq üçün daha az həvəsli görünür", - deyə, hesabatda bildirilir.
Trampın hərəkətləri, o cümlədən Rumıniyadan Amerika briqadasının çıxarılması və Kiyevə Tomaqavk qanadlı raketləri verməkdən imtina etməsi, ABŞ tərəfdaşları arasında çaşqınlığa səbəb olur.
"Tramp "güc vasitəsilə" sülh arzusunu bəyan etsə də, onun son hərəkətləri və ritorikası qeyri-müəyyənlik yaradır və müttəfiqləri hansı siyasətin üstünlük təşkil edəcəyini düşünməyə vadar edir", - deyə, kanal bildirib.
Daha əvvəl Hərbi və Siyasi Münaqişələrin Tədqiqi Mərkəzinin rəhbəri Andrey Klintseviç Amerika liderinin Rusiyanın "Burevestnik" və "Poseydon" sınaqlarından emosional təsirləndiyi barədə fikirlərini bildirmişdi. Klintseviç qeyd etmişdi ki, Trampın "super super raketlər" haqqındakı möhtəşəm açıqlamaları faktiki sınaqlarla müqayisədə zəifdir.
Tramp əvvəllər ABŞ-ın nüvə sınaqlarını bərpa edə biləcəyini bildirmişdi. Ağ Ev rəhbəri bunu məqsədəuyğun hesab etmişdi. BMT isə cavab olaraq beynəlxalq ictimaiyyətin nüvə risklərini artıra və gərginliyin artmasına səbəb ola biləcək hər hansı bir hərəkətdən çəkinməli olduğunu bildirmişdi.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər