19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
AŞIQ ƏLƏSGƏRİN SƏNƏTKARLIĞI-RAMİZ QASIMOV
Tarix: 08-06-2021 01:50 | Bölmə: Ədəbiyyat

Azərbaycan və ümumən türk dünyasının ən görkəmli saz-söz sənətinin görkəmli nümayəndələrindən biri Aşıq Ələsgərdir. Aşıq Ələsgər (1821-1926) aşıqlıq sənətinə yeni forma və məzmun gözəllikləri qazandıran çox gökəmli, ustad bir sənətkardır. Ona nəinki Azərbaycanda, bütün türk dünyasında Dədə Ələsgər deyə müraciət etmişlər. Qeyri-adi istedad sahibi olan Dədə Ələsgər aşıq sənətinin sirlərini dərindən bilərək ona həm də öz yaradıcılığı ilə yeniliklər qatmış, forma və məzmun etibarilə zənginləşdirmişdir.
Onun zəngin yaradıcılığı böyük ustalıq və dərin istedadla yaradılmış lirikadan ibarətdir. Aşıq Ələsgər həm də Göyçə aşıq mühitinə mənsub bir şəxsiyyət, nadir istedad sahibidir. Ələsgər sazın və sözün zirvəsində qərar tutan bir sənətkardır. Bu ustad sənətkarın qoşma, qəraylı, təcnis və başqa digər nümunələrində böyük bir sənətkarlıq təzahürünü tapır. Ustad sənətkar təkcə özüənədərki ustadanə qəlibləşdirilmiş obrazlılıq nümunələri və məcazları məharətlə istifadə etmir, həm də öz məcazların ən mükəmməl örnəklərini nümunə yaradır və yüksək obrazlılıq nümayiş etdirir. Sənətkarın yaradıcılıq dili, şeirlərinin leksik tərkibi, sözlərdən istifadə məharəti, mükəmməl, tam qafiyə sistemi, şeirlərinin vəzni, bölgü sistemi və sair Azərbaycan poeziyasına böyük bir sənətkarlıq qazandırmış, poetik cəhətdən zənginləşdirmişdir.
Ustad Aşıq Ələsgərin sənətində böyük təb, istedad ehtiva edən nadir bir poetika ucalmaqdadır. Ustad Ələsgərin yaradıcılığında zəngin və mükəmməl poetik ustalığa malik olan məcazlar yer alır. Ümumiyyətlə, Aşıq Ələsgərin mükəmməl məcazlar sistemi vardır. Ustad sənətkar həm qəlibləşmiş məcazlardan məharətlə istifadə etmiş, həm də özü məcazların ən kamil örnəklərini ortaya qoymuşdur. Bu mənada ustad sənətkarın yaradıcılığında mükəmməl epitetlər, təşbehlər, metaforalar, üslubi bədii fiqurlar istifadə edilmişdir. Ən əsası, ustadın savadsız olması haqda fikirlər səsləndirilsə də, onun təkcə əsərlərini bədii dili Ələsgərin nə qədər dərin bilik və dildən istifadə ustalığına malik olduğunu təsbit etməkdədir. Əgər nəzərə alsaq ki, məcazların yaranması, üslubi fiqurların reallaşdırılması dil faktları üzərində reallaşır, o zaman Aşıq Ələcgərin belə mükəmməl məcazlar sistemi və üslubi fiqurlar ortaya qoymasının sirrini onun ana dilimizin imkanlarına nə qədər yaxından, dərindən bələd olmasında görməliyik.
Aşıq Ələsgərin irsində “dodağın qönçə”, “dişlərin sədəf”, “sərv boylu”, “lalə yanaqlı”, “bal dodaqlı” və sair kimi qəlib məcaz nümunələrinə rast gəlinməklə bərabər böyük ustadın məharətlə ərsəyə gətirdiyi kamil məcaz nümunələri də yer almaqdadır. Aşıq Ələsgər yaradıcılığının sənətkarlığı da məhz bu özünəməxsus, fərdi yaradıcılıq işinin məhsulu olan məcazlar sistemi, üslubi fiqurlarındadır. Aşıq Ələsgərin yaradıcılığında, poetexnikasında çox mükəmməl yaradılmış təsirli, canlı mübaliğələrə, metaforalara, təşbeh və epitetlərə, bədii təzadlara və s. rast gəlinməkdədir.
Sənətkarın fikri təsirli ifadə etmə imkanlarından biri mübaliğədir. Şişirtmə və hiperbola da adlanan bu bədii fiqur mətləbin olduğundan daha təsirli formada bədii əks etdirilməsi yolu ilə ortaya qoyulur. Bu da həmin keyfiyyətin daha təsirli alınmasına səbəb olur. Xüsusilə lirik şeirlərdə aşiqin çəkdiyi hiss və duyğuların, kədər və üzüntülərin, o cümlədən gözəlliklərin, həsrətin, sevginin təsirli ifadə olunmasında mübaliğələr böyük rol oynayaraq sənətkarlara ustalıq göstərmək baxımından əl verir. Məsələn, Aşıq Ələsgərin yaradıcılığında aşağıdakı kimi mübaliğələrə rast gələ bilirik:
Ələsgərin qəddi Sinaya yetər.
***
Mardan şirə çəkib, daşdan keçərdin,
Dəryalardan ləlü-gövhər seçərdin.
Pərvazlanıb Qafdan Qafa uçardın,
Gəlmir tənbəkiynən bal, qoca baxtım və s.
Aşıq Ələsgərin yaradıcılığında rast gəldiyimiz və çox tez-tez istifadə edilən üslubi fiqurlardan biri də bədii təkrirdir. Məlumdur ki, təkrirlər bədii predmetin diqqətə çatdırılması məqsədilə həyata keçirilən uğurlu fiqurlardandır. Ələsgər də öz yaradıcılığında məhz müəyyən məsələləri daha çox diqqətdə saxlamaq və nəzərləri cəlb etmək məqsədilə təkrirlərdən faydalanmışdır. Onun yaradıcılığında təkrirlərin müxtəlif formalarına – həm anafora, həm də epiforalara rast gəlirik. Bəzi hallarda epiforalar ayrı-ayrı misralarda işlənməklə rədif kimi çıxış edir:
Bu dünyada üç şey başa bəladır:
Yaman oğul, yaman arvad, yaman at.
***
Günahkar, günahkar, günahkar mənəm!
***
Hər yetən gözələ gözəl demənəm,
Gözəldə gərəkdi işvə-naz ola və b.
Biz Aşıq Ələsgərin ustalığı və ustadlığını həm də bədii-üslubi fiqurların ən incəliklərinin istifadə məharətində də müşahidə edirik. Ələsgər təkrirlərdən təkcə leksik səviyyədə olanlardan deyil, həm də misraya özünəməxsus tələffüz və qulaq zövqü verən təkrirlərin fonetik səviyyədə təzahürü olan assonans və alliterasiyalardan da uğurla istifadə edir.
Qənd əzilib dilə, dişə, dəhana,
Qaymaq dodaqlara bal bələnibdi –
misrasının birinci sətrində “d” samitinin, ikinci sətrində “q” və “b” samitlərinin təkrarını müahidə edirik. Xüsusilə birinci misranın üç sözündə ard-arda sözün başında “d” samitinin işlənməsi fonetik təkrir sayəsində qulaq zövqünü artırır, misraya poetik təravət, ifadəlilik və estetik zövq gətirir. Ələsgərin poetexnikasında daha fərqli təkrir örnəyinə də rast gəlirik. Buna müəyyən mənada elliptik təkrir demək daha doğru olar. Burada həm də üslubi sinonimlik baş verdiyini də qeyd edə bilərik ki, belə orijinal nümunələrdən də Aşıq Ələsgər yaradıcılığında məharətlə istifadə etmişdir. Məsələn:
Bülbülü gülə yaz, gülü bülbülə.
Bundan başqa ustad aşığın:
İqbalına bax, bax, baxtına bax, bax
Və ya:
Tarixinə bax, bax, vaxtına bax, bax –
kimi misralarında uğurlu alliterasiya nümunələri yaratmışdır. Samit səslərin təkrarından məharətlə istifadə edən ustad sənətkar yüksək estetik təsirə və qulağa yatımlı ifadəliliyə malik olan fonetik təkrir - alliterasiya nümunəsi ortaya qoymuş, həm də leksik səviyyədə müşahidə olunan təkririn dərin mənalılıq kəsb edən örnəyini yaratmışdır.
Ustad sənətkarın poetikasında fikrin qüvvətli, özünəməxsus və mənalı ifadə olunmasında mühüm funksionallıq daşıyan üslubi fiqurlardan digəri bədii təzaddır. Ustad sənətkarın yaradıcılığında biz təzadların da çox məharətlə yaradılmış örnəklərini görürük. Məsələn:
Yaxşı günün olurmuşsa yamanı,
Yaman günün yaxşı halı varıymış;
***
Kimi atlaz geyir, tirmə qurşayır,
Kimi üryan gəzir qarın içində və s.
Əgər diqqətlə təhlil edəsi olsaq, aydın müşahidə edərik ki, böyük ustad sənətkarın təzadla bağlı örnəklərində üslubi antitezalardan da məharətlə istifadə edilmişdir. Bu maraqlı və ustadanə örnəkləri öz sənətkarlığı ilə yaradan Aşıq Ələsgər onun ən orijinal nümunələrini ortaya qoymağa müvəffəq olmuşdur. Belə ki, yuxarıda göstərilən nümunələr arasında çoxsaylı üslubi, kontekstual təzadlar da yer almışdır: “şah – gəday”, “tülkü – aslan”, “can demək – çor demək”, “atlaz geyinmək – üryan gəzmək” və s. Bu örnəkləri maraqlı və orijinallaşdıran digər bir səciyyəvi xüsusiyyət, Aşıq Ələsgəri bir daha ustad olaraq tamamlayan bədii məharət həm də bu təzad örnəklərinin daxilən bədii təkrirlə birgə ortaya qoyulmasıdır.
Ümumiyyətlə, aşıq Ələsgər ana dilimizin imkanları üzərində mükəmməl poetik ifadələr ortaya çıxaran qüdrətli və təbli saz-söz ustadıdıdr. Ustad sənətkar ana dilimizin şirinliyini, qulağayatımlığını, qəlbi, könlü riqqətə gətirən tərvətini, bütün dərin və məcazi mənaları ifadə etmək qabiliyyətini özünün kamil poetik örnəklərilə təsdiq etmişdir.
RAMİZ QASIMOV,
filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri
Baxış sayı: 1 108
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR