09:43 / 18-04-2025
10 yaşlı qız yoxa çıxıb
Bütün xəbərlər
İranın xarici işlər naziri Lavrovu ABŞ ilə dialoq prosesi barədə məlumatlandırıb
Tarix: 18-04-2025 21:03 | Bölmə: Siyasət

İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya xarici işlər naziri ilə danışıqlar zamanı nüvə məsələlərində Tehran və Vaşinqton arasında dialoqun gedişindən danışıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Əraqçi Rusiyanın Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) həyata keçirilməsində fəal iştirak etdiyini xatırladıb və Moskvanın danışıqlar prosesini dəstəkləməkdə davam edəcəyinə və gələcək mümkün razılaşmalara töhfə verəcəyinə əminliyini ifadə edib.
“Biz nüvə məsələsini çox ətraflı müzakirə etdik, İran və ABŞ arasında gedən danışıqlar barədə danışdıq, mən cənab Lavrova onların gedişatı və məzmunu barədə məlumat verdim”, - deyə, RİA Novosti Araqçi bildirib.
Diplomatın sözlərinə görə, Lavrov birgə işin davam etdiriləcəyini təsdiqləyib.
Bundan əvvəl Əraqçi ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında Lavrov Rusiyanın İran və ABŞ arasında hər iki tərəf üçün məqbul olan nüvə razılaşmalarının əldə olunmasına kömək etməyə hazır olduğunu qeyd edib.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər