09:43 / 18-04-2025
10 yaşlı qız yoxa çıxıb
Bütün xəbərlər
Kabulov: "KazanForum çərçivəsində böyük Rusiya-Əfqanıstan biznes forumu keçiriləcək"
Tarix: 18-04-2025 09:46 | Bölmə: Siyasət

KazanForum sammiti çərçivəsində Kazanda genişmiqyaslı Rusiya-Əfqanıstan forumu keçiriləcək, bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müşaviri, Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, tədbirin bu ilin may ayının ortalarında baş tutacağını qeyd edib.
"Bizim tərəfimizdən işə baş nazirin müavini Aleksey Loqvinoviç Overçuk rəhbərlik edir, Əfqanıstan tərəfi yüksək hökumət və biznes səviyyəsində təmsil olunacaq", - Kabulov "Soloviev Live"də efirdə deyib.
“Rusiya - İslam Dünyası: KazanForum” ticarət əlaqələrinin inkişafı, birbaşa xarici investisiyalar, İslam maliyyə sistemi məsələlərinin müzakirəsi, habelə Rusiya Federasiyası ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün platformadır.Sammit ilk dəfə 2009-cu ildə Tatarıstanın paytaxtında təşkil olunub.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər