09:43 / 18-04-2025
10 yaşlı qız yoxa çıxıb
Bütün xəbərlər
Vəkil Gürol: "Türkiyə fövqəladə vəziyyətdən sonra "Azimut"dan xərclər üçün təzminat tələb edə bilər
Tarix: 19-04-2025 09:22 | Bölmə: Karusel

Türkiyəli hüquqşünaslar 2024-cü ilin noyabrında Antalyada "Azimut" təyyarəsinin sərt enişindən sonra baş verən yanğınla bağlı araşdırma aparılmasını tələb edirlər.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə aviaşirkətlərə qarşı iddia qaldıran, onları dələduzluqda və qəsdən qəza törətməkdə ittiham edən bir neçə sərnişinin maraqlarını təmsil edən vəkil Candaş Gürol bildirib.
Gürol qeyd edib ki, qara qutulardan stenoqramların dərci hadisənin səbəblərini aydınlaşdırmağa kömək edəcək.
"Deyirlər ki, bu fövqəladə haldır, lakin mənim iddiaçılarım bunun təsadüf olmadığını iddia edirlər. İstintaqın nə göstərdiyini görəcəyik", - o, RİA Novosti-yə müsahibəsində deyib.
Gürol əlavə edib ki, vəkillər aviasiya qəzaları və ya texnogen fəlakətlər üzrə mütəxəssis olmadıqları üçün araşdırma tələb edirlər.
Vəkillər "Azimut"un İstanbul nümayəndəliyinə, Rusiya Federasiyasındakı mərkəzi ofisinə, kapitan və təyyarənin ikinci pilotuna qarşı iddia qaldırıblar.Onlar Türkiyə Cinayət Məcəlləsinin ictimai təhlükəsizliyə təhlükə yaratma və nəqliyyatın istismarı qaydalarını pozma maddələri ilə cinayət işinin açılmasını tələb edirlər.
2024-cü il noyabrın 24-də axşam saatlarında Soçi-Antalya reysini həyata keçirən "Sukhoi Superjet 100-95LR" təyyarəsinin enişindən sonra yanğın baş verib. Türkiyə Nəqliyyat Nazirliyinin məlumatına görə, təyyarədə 89 sərnişin və 6 ekipaj üzvü olub. Hava limanının sözçüsü yanğının təyyarənin mühərrikində baş verdiyini bildirib. Rosaviasiyanın məlumatına görə, insident nəticəsində xəsarət alan olmayıb.
Daha sonra təyyarə eniş etdikdən sonra füzelajda baş verən yanğınla bağlı "Azimut" Hava Yolları və 4 hava limanında plandankənar yoxlamalar aparılıb.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər