22:23 / 21-06-2026
Cenevrədə İran nümayəndə heyəti Amerikalı danışıqçılarla əl sıxmaqdan imtina etdi
22:20 / 21-06-2026
İran nümayəndə heyəti Trampın təhdidləri ilə bağlı ABŞ-a etiraz etdi
22:17 / 21-06-2026
İran Trampa qarşı etiraz olaraq İsveçrədəki texniki danışıqları dayandırdı
22:14 / 21-06-2026
Dmitriyev yadplanetlilərdən Merzi vəzifədən azad etmələrini istədi
22:12 / 21-06-2026
Uşaqlara hücum etməkdə ittiham olunacaq
22:07 / 21-06-2026
Qismən məhdudiyyətlərlə üzləşən üçüncü Moskva hava limanı oldu
22:04 / 21-06-2026
Ukrayna Silahlı Qüvvələrinə səfərbər edilmiş ukraynalı bloqçu Dençik sətəlcəmdən vəfat etdi
20:09 / 21-06-2026
Diesen: "London və NATO ölkələri vətəndaşlarını hədəfə çeviriblər"
20:06 / 21-06-2026
Rumıniya Ukrayna sərhədində dronlar səbəbindən qırıcı təyyarələrini havaya qaldırdı
20:03 / 21-06-2026
4,3 bal gücündə yeni zəlzələ qeydə alınıb
20:00 / 21-06-2026
Tramp İranı daha güclü zərbələrlə hədələyir
19:56 / 21-06-2026
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
19:52 / 21-06-2026
Yaşlı bir qadın ölüb
19:50 / 21-06-2026
Simonyan Rusiyanın Qərbə ultimatum verə biləcəyini etiraf etdi
19:47 / 21-06-2026
Simonyan Avropanın bir vaxtlar özünü demokratik adlandırdığını xatırlatdı
19:44 / 21-06-2026
Simonyan Rusiyaya daxil olan ermənilərin sosial media hesablarının yoxlanılmasını təklif etdi
19:41 / 21-06-2026
Ağac kanat yolunun üzərinə aşıb yeddi nəfəri ilişib qalıb
19:37 / 21-06-2026
"Makron devrildi" deyə, qışqıran fransız təqaüdçü jandarmlara atəş açdı
19:35 / 21-06-2026
Tramp ABŞ-ın Hörmüz boğazından keçən tankerlər üçün neft rüsumu ala biləcəyini irəli sürdü
19:32 / 21-06-2026
Azərbaycan yaxınlığında Xəzər dənizində neft dağılması
19:28 / 21-06-2026
Tramp Starmerin istefa verəcəyini söylədi
19:26 / 21-06-2026
İki balıqçı həlak olub
21:04 / 18-06-2026
Sürücü yol polisi əməkdaşının həyatı və sağlamlığını təhdid etməkdə təqsirli bilinib
21:01 / 18-06-2026
ABŞ İrana neft güzəştlərini əhəmiyyətsiz hesab edirdi
20:56 / 18-06-2026
Zaxarova Ermənistandakı hərbi təlimləri təhlükə adlandırdı
20:51 / 18-06-2026
İran suverenliyini müdafiə edərək qalib gəldi, amma ABŞ-dan gələn 300 milyard dollar sual altındadır
20:48 / 18-06-2026
Qonşusunu öldürdüyünə görə 8 il müddətinə koloniyasında cəza çəkəcək
20:45 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni AB sanksiyalarına sərt reaksiya ilə bağlı xəbərdarlıq etdi
20:43 / 18-06-2026
Heqset Polşada daimi hərbi baza yaratmaq planlarını dəstəklədi
20:36 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi: Heç bir hava hücumundan müdafiə sistemləri NATO ölkələrini cavab zərbələrindən xilas edə bilməz
20:34 / 18-06-2026
2 kq narkotik daşıyan kuryer saxlanılıb
20:30 / 18-06-2026
İsrailin keçmiş kəşfiyyat rəisi Netanyahunun həbs olunacağını etiraf etdi
20:27 / 18-06-2026
Beynəxalq Beynəxalq Beynəxalq Federasiyasının Prezidenti Rusiya müxalifətinə görə istefa verir
20:24 / 18-06-2026
Məhkəmə bir qadını anasının ölümündə günahkar bilib
20:22 / 18-06-2026
Bir qadın uşaqlarını götürüb Suriyada terrorçular tərəfində döyüşməyə gedib
20:19 / 18-06-2026
ABŞ-da polis əməliyyatında uşağın ölümündən sonra etirazlar başlayıb
20:17 / 18-06-2026
Zaxarova avropalı diplomat Kaja Kallasın yalan danışdığını iddia etdi
20:13 / 18-06-2026
Ögey atasını döyməkdə təqsirli bilinib; o, aldığı xəsarətlərdən ölüb
20:11 / 18-06-2026
Çayda batmış oğlanı təxminən 4000 nəfər axtarır
20:09 / 18-06-2026
Netanyahu bildirib ki, İsrail bütün təhdidlər aradan qaldırılana qədər Livanı tərk etməyəcək
KAMAL CAMALOV DƏYƏRLİ TƏDQİQAT ƏSƏRLƏRİ İLƏ MÜASİR PEDAQOGİKA ELMİNİN APARICI SİMALARINDAN BİRİNƏ ÇEVRİLƏN TƏDQİATÇI ALİMDİR-FƏRAHİM SADIQOV
Tarix: 18-03-2021 01:54 | Bölmə: Ədəbiyyat

Gənc tədqiqatçı, pedaqogika elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Respublikası Təhsil Şurasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü və siyasi xadim Kamal Camalovun “Mollanəsrəddinçilər və ailə – məktəb problemi” adlı dərs vəsaiti haqqında bir oxucu kimi qısa qeydlərimi demək istəyirəm. Niyə? Birincisi, ona görə ki, tədqiqatçılıq qabiliyyətinə və uğurlu gələcəyinə inandığım Kamal Camalovun mollanəsrəddinçilərin ailə və övlad tərbiyəsinə, yeni dərs üsuluna (dərsi-üsuli cədidə), təhsillənmədə cinsi münasibətlərin tənzimlənməsinə, bir sözlə mollanəsrəddinçi maarifçilərin pedaqoji görüşlərinə dair doktorluq dissertasiyası yazmasını və müdafiəyə hazırlaşmasını yaxşı bilirdim. Onu da bilirdim ki, Kamal Camalov bu vaxta qədər maarifçi mollanəsrəddinçilərlə bağlı heç kəsin toxunmadığı, bəlkə də toxuna bilmədiyi məsələləri layiqli şəkildə araşdırmış, çox dəyərli fundamental elmi-tədqiqat əsəri yazmışdır. İkincisi, həmin məsələlərin şərhində mollanəsrəddinçilərin bir çox problemləri əhatə etməsi, xüsusilə Azərbaycan xalq pedaqogikası materiallarına uşaqların təlimi, təhsili və milli tərbiyəsi baxımından yanaşmaları faktlarının Kamal Camalov tərəfindən ilk olaraq aşkara çıxarması məni çox maraqlandırırdı. Üçüncüsü, dəyərli tədqiqat əsərlərinin təqdir olunmasını şərəfli iş hesab etdiyim üçün əsər haqqında fikirlərimi aşağıdakı kimi ipə-sapa düzməyə başladım.
Bu dəyərli əsər haqqında danışarkən öncə onu qeyd etmək lazımdır ki, Azərbaycan xalqının çoxəsrlik tarixi boyunca gənc nəslin tərbiyəsi ilə bağlı zəngin pedaqoji fikirlər toplanmışdır.Bu mənəvi-əxlaqi və pedaqoji sərvətləri öyrənmək, onları pedaqoji təfəkkürün süzgəcindən keçirib müasir gəncliyin tərbiyəsində istifadə etmək, məktəb təcrübəsinə gətirmək tədqiqatçı alimlərimizi həmişə düşündürmüşdür.Bu baxımdan, Azərbaycan Respublikasının əməkdar müəllimi, pedaqogika elmləri doktoru Kamal Camalovun “Mollanəsrəddinçilər və ailə – məktəb problemi” adlı dərs vəsaiti xüsusi maraq doğurur. Dərs vəsaiti mollanəsrəddinçilər kimi (Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əbdürrəhimbəy Haqverdiyev, Salman Mümtaz, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Qurbanəli Şərifzadə, Mirzə Məhəmməd (Hatif) Axundov, Əli Razi Şəmsizadə, Üzeyir Hacıbəyov, Mirzə Əli Möcüz və b.) görkəmli şəxsiyyətlərin pedaqoji ideyalarının və ya görüşlərinin araşdırılmasına həsr olunmaqla yanaşı, həm də pedaqoji fikir tariximizin indiyə qədər boş qalan bir hissəsini doldurmağa və beləliklə zənginləşdirməyə xidmət edir. Mollanəsrəddinçilərin ümumi təhsil, məktəb, təlim məsələləri, ana dilinin tədrisi, müəllim-tərbiyəçi şəxsiyyəti ilə bağlı fikirləri təhlil predmetinə çevrilir.Mollanəsrəddinçilərin nəzəri irsindəki ideyalar elmi pedaqoji aspektdən təhlil olunur.Bu zaman alimin elmə gətirdiyi yeniliklər diqqəti cəlb edir.Kitabda Kamal Camalovun birinci yeniliyi maarifçi mollanəsrəddinçilərin ana dilinin tədrisi uğrunda apardıqları mübarizə modelini yaratması və onun pedaqoji fikir tariximizi zənginləşdirən dəyərli faktlar sistemi kimi işləməsidir. Kitabda ikinci yenilik nadanlıq, avamlıq, dindarlıq mühitində maarifçi mollanəsrəddinçilərin mütərəqqi məktəb təhsilinin qurulması uğrunda apardıqları mübarizənin fonunda onların səmərəli fəaliyyətlərinin elmi-pedaqoji kontekstdə işlənməsi və sistem halında verilməsidir. Üçüncü yenilik mollanəsrəddinçi maarifçilərin yeni insan tərbiyəsinə, müasir təhsil quruculuğuna xidmət edəcək mütərəqqi ruhlu, milli və ümumbəşəri dəyərlərə əsaslanan bilik, bacarıq və vərdişlər sistemini yetişən nəslə çatdırmağa qadir olan müəllim korpusunun yaradılması uğrunda fəaliyyətlərin elmi, pedaqoji məzmunu ilə bağlı dəyərli fikirlərinin toplanaraq ümumiləşdirilməsindən ibarətdir.
Tədqiqatın dördüncü yeniliyi Azərbaycan xalq pedaqogikası materialları ilə bağlı bu vaxta qədər deyilməyənlərin mollanəsrəddinçilərin timsalında qruplaşdırılaraq sistem halında kitabda verilməsidir.
Yeri gəlmişkən demək lazımdır ki, Azərbaycan xalq pedaqogikası ilə bağlı ölkəmizdə ilk tədqiqatları professor Əliheydər Həşimov aparmış və ilk milli etnopedaqogikamızı yaratmışdır.Lakin ondan sonra etnopedaqogika sahəsində tədqiqat aparanların demək olar ki, hamısı Əliheydər Həşimova istinad etmişlər.Naxçıvan Muxtar Respublikasında etnopedaqogika ilə bağlı tədqiqat aparan tədqiqatçılar da var. Məsələn İsmayıl Əliyev etnopedaqogika sahəsində bir qədər geniş tədqiqat aparsa da yalnız Ə.Həşimovun dediklərindən kənara çıxa bilməmiş və Naxçıvan etnopedaqogikası barədə söhbət açmamış, ya da deyilənləri təkrar etmişdir.
Kamal Camalov tərəfindən mollanəsrəddinçi maarifçilərin yaradıcılığındakı etnopedaqoji materialların sırf milli təlim, məktəb təhsili, ailə və övlad tərbiyəsi, xüsusilə cinsi tərbiyə ilə bağlı olan nümunələrinin toplanılaraq araşdırılması və xalqın maarifləndirilməsi naminə təhlilə cəlb edilməsi isə daha samballı elmi yeniliklər kimi dəyərləndirilməlidir.
Elmi yeniliklərlə zəngin olan bu kitabın fəsillərini nəzərdən keçirdikcə həmin yenilikləri özündə səciyyələndirən dəyərli faktlarla daha yaxından tanış olmaq mümkündür.
“Ana dilinin tədrisi uğrunda mollanəsrəddinçilərin rolu və fəaliyyəti” adlanan birinci fəsildə tədqiqatçı-alim Kamal Camalov haqlı olaraq mollanəsrəddinçilərin sevimli ana dilinin saflaşdırılması naminə ana dilinin millivəmütərəqqi ruhda tədrisi barədəki fikirlərini mədəni inqilabın ən başlıca tərkib hissəsi kimi vermişdir. Bu mədəni inqilabı mollanəsrəddinçilərin milli məfkurəsinin məhsulu kimi təqdim etməsini müəllifin ən uğurlu tapıntılarından hesab etmək olar.Çünki mollanəsrəddinçilərin pedaqoji ideyalarının və maarifçilik görüşlərinin əsas leytmotivini təlimin ana dilində aparılması, ana dilində dərsliklərin hazırlanması, milli dilə münasibət məsələsi təşkil etmişdir.Fikrimizcə, Kamal Camalov mollanəsrəddinçilərin yaradıcılığında ana dilinin gözəlliklərini, üstünlüklərini, milli səmərəli tədrisinin əhəmiyyəti haqqındakı ideyalarının əsil ruhunu tuta bilmiş, bu ideyaların bu gün də istifadə üçün aktual olduğunu elmi dəlillərlə sübut edə bilmişdir.Tədqiqatçı mollanəsrəddinçilərin təlimi ana dilində aparmaq, dərslik və dərs vəsaitləri hazırlamaq, proqramlar tərtib etmək kimi fikirlərini təqdir etmiş və Azərbaycan dili təlimi uğrunda mətbuatın yaranmasını şərtləndirən ictimai-mədəni şəraiti səciyyələndirmişdir.
Maraqlı cəhət odur ki, mollanəsrəddinçilərin təlim, tərbiyə, təhsil və məktəblə bağlı ideyaları dövrün pedaqoji hərəkatından ayrılıqda deyil, onunla vəhdətdə verilir, dövrün ictimai-siyasi hadisələri fonunda səciyyələndirilir.Mollanəsrəddinçilərin fikirləri sadəcə təsvir olunmur, təhlil olunur, ümumiləşdirilir.Məsələn; Kamal müəllim mollanəsrəddinçilərin müəllimlə bağlı fikirlərini konkret olaraq iyirmi müddəada şərh edir. Bunlardan bir neçəsinə nəzər salaq: müəllim məktəbdə və ümumiyyətlə, maarif sahəsində ən mühüm sima olmalıdır; müəllimin əqidəsi – uşağın əqidəsinin təşəkkül etməsinə kömək etməlidir; müəllim yüksək ümumi və ixtisas hazırlığı ilə yanaşı, həm də yüksək əxlaqi və mədəni səviyyəyə malik olmalıdır; müəllim uşaqları təbiət və cəmiyyət haqqında mümkün qədər dərin və hərtərəfli biliklərlə silahlandırmalı, onlarda doğru və tez düşünmək qabiliyyətini inkişaf etdirməlidir; müəllim xalq yolunda fədakarlıqla çalışmalıdır; müəllim yüksək elmi səviyyəyə, təşəbbüskarlığa, ciddiliyə malik olmalıdır; müəllim uşaqların fərdi xüsusiyyətlərini, qabiliyyətlərini nəzərə almalıdır; müəllim uşaqların istək və arzularnı, bacarıqlarını, maraq və meyllərini öyrənməli, təlim-tərbiyə prosesində nəzərə almalıdır; müəllim şagirdlərini sevməli, onlarla xoş ünsiyyət saxlamalıdır; müəllim şagirdlərin təlim-tərbiyəsində valideynlərə köməklik göstərməlidir; müəllimin şagirdlərə verdiyi tələb onların yaş xüsusiyyətlərinə uyğun və aydın olmalıdır; müəllim səbirli, təmkinli olmalı, mühitin etinasızlığına diqqət verməlidir; müəllim hazırlığı darülmüəllimdə, ruhani hazırlığı isə darülelmdə aparılmalıdır; müəllim yüksək mənəviyyatlı, vicdanlı, namuslu, əfəndi bir şəxs olmalıdır; müəllim təlim-tərbiyə sirlərinə, pedaqoji ustalığa yiyələnməli, öz işini ləyaqətlə yerinə yetirməyi bacarmalıdır; müəllim xalqın ümumi tərəqqisi və maariflənməsinə çalışmalı, vətən uğrunda malını, canını əsirgəməməlidir. Göründüyü kimi, bu fikirlər çox dəyərli fikirlərdir.Hansı ki, bu fikirlərin hər birini pedaqogika dərsliklərinə, dərs vəsaitlərinə pedaqoji tələblər, ümumpedaqoji prinsiplər, öyüdlər, nəsihətlər şəklində daxil edərək didaktik materiallar şəklində istifadə etmək olar.
Kamal müəllim tərəfindən mollanəsrəddinçilərin gənc nəslin əqli və əxlaqi inkişafında uşaq ədəbiyyatına olan münasibətini, həmçinin mollanəsrəddinçilərin yaradıcılığında xalq pedaqogikası nümunələrinin yeri, rolu, əhəmiyyəti məsələləri də yaxşı işıqlandırılmışdır. Bu baxımdan kitabda mollanəsrəddinçilərin nağıllar, tapmacalar, bayatılar, xalq mahnıları, mövsüm-mərasim nəğmələri, aşıq şeirləri, dastanlar, xalq tamaşaları və s.bu kimi etnopedaqoji nümunələrin yetişən nəslin nümayəndələrinə, eləcə də xalq kütlələrinə mənəvi keyfiyyətlər aşılamaq imkanları barədəki fikirlərinin təhlilə cəlb edilməsi təqdirəlayiqdir. Tədqiqatçı tərəfindən qeyd edilir ki, mollanəsrəddinçilər Azərbaycan təhsilinin Avropanın və bütövlükdə dünyanın qabaqcıl ölkələri ilə inteqrasiya olunması sahəsində uğurlu addımlar atmışlar.
“Xalqa, vətənə, ailəyə və əməyə münasibət mollanəsrəddinçilərin gözü ilə” adlı beşinci yarımfəsildə maarifçi mollanəsrəddinçilərin tərbiyə ilə bağlı fikirləri sistemləşdirilir, ümumiləşdirilir və müasir məktəb təcrübəsində istifadə imkanları üzə çıxarılır. Mollanəsrəddinçilərin tərbiyə ilə bağlı ideyalarının Rusiya və Avropanın klassik pedaqoqlarının, ilk növbədə dünya pedaqoji elminin banisi Yan Amos Komenski, İohan Henrix Pestalossi, Rusiyada elmi-pedaqoji fikrin görkəmli nümayəndəsi olan Konstantin Dimitriyeviç Uşinski kimi mütəfəkkirlərin fikirləri ilə səsləşməsi məsələsi kitab müəllifi tərəfindən yaxşı təqdir olunur. Müəllif göstərir ki, mollanəsrəddinçilərə görə, tərbiyənin məqsədi saf əxlaqa malik ağıllı, kamil və vətənpərvər insan tərbiyə etməkdən ibarətdir.
Mollanəsrəddinçilərin felyetonları, satirik şeirləri bütöv bir pedaqoji sistemdir ki, burada da tərbiyə məsələləri önəmli yer tutur.Kamal müəllim kitabda çox böyük ustalıqla mənəvi-əxlaqi kamilliyə və insani davranışa çağırış, əxlaqi keyfiyyətlərin təbliği, vətənpərvərlik, humanizm, əmək tərbiyəsi, ailə tərbiyəsi ilə bağlı fikirləri sistemləşdirir. Bu məqsədlə mollanəsrəddinçilərin “Ata nəsihəti”, “Uşaqlara”, “Həyatın gopgopuna cavab”, “Oğlum”, “Ata-oğul”, “Olmur-olmasın”, “Bəxtəvər”, “Üç arvad”, “Ziyafət”, “Arzu”, “Məsləhət”, “Zina”, “Nuxadan”, “Nənə və qızların cavabı”, “Uşaq və pul”, “Uşaqlarımız”, “Üsuli-tərbiyə”, “Artistlər”, “Doğru”, “İki alma” və sair kimi əsərləri pedaqoji aspektdən təhlilə cəlb olunur. K.Camalov qeyd edir ki, mollanəsrəddinçilər ailə tərbiyəsinin düzgün qurulmasında təhsilin, elmin, məktəbin roluna böyük qiymət vermişlər.Onların fikrincə savad həm uşağa və həm də ona tərbiyə verən valideynə, xüsusən analara lazımdır.Bu barədə jurnal çoxlu felyeton, hekayə, məqalə və yazılar vermişdir. Ailə tərbiyəsində qadınların roluna böyük yer verən “Molla Nəsrəddin” jurnalı qeyd edirdi ki, qadının savadsız qalması, onun cəmiyyətdən təcrid edilib evin dörd divarı arasında dustaq olması, xalqımızın tərəqqisinin və uşaqlarımızın düzgün tərbiyə olunmasının qarşısını alır. Ona görə də xalqımızın inkişafı və uşaqlarımızın düzgün tərbiyə edilməsi üçün qadınlarımızın məktəblərə cəlb edilib savadlı olması əsas məsələdir.Valideynlər uşaqlarına kiçik yaşlarından başa salırdılar ki, oğlanlarla qızların, kişilərlə qadınların bir yerdə oxuması, bir məclisdə oturub söhbət etməsi, qızlarla oğlanların bir yerdə oynaması və s. Allah tərəfindən qadağan edilmişdir. Kişilər qadınlardan yüksəkdə dururlar, kişilər qadınlara naməhrəmdirlər, kişinin bir payı qadının iki payına bərabərdir; “arvadın saçı uzun olar, ağlı gödək”, “arvada sirr vermə” və s. O zamanlar ailədə nəinki ata-ana uşağı tərbiyə edirdi, bundan başqa evdə olan qoca nənələr də bu məsələyə qarışır, ata-baba tərəfindən vaxtı ilə onlara öyrədilənləri onlar da kiçik qızlarına öyrədirdilər. Onlar uşağı başa salmağa çalışırdılar ki, Allahın buyurduqlarına qarşı çıxmaq, onu dəyişdirməyə təşəbbüs göstərmək, onun iradəsinə əks çıxmaq deməkdir.Bütün bunlara rəğmən mollanəsrəddinçilər cinslərarası münasibətlərin tənzimlənməsi məsələsinə ciddi cəhd göstərirdilər. Tədqiqatçı mollanəsrəddinçilərin öz yazılarında cinslərarası münasibətlərin tənzimlənməsinə cəhd göstərmələrini təhlilə cəlb edərək, haqlı olaraq qeyd edir ki, deməli bu gün akademik pedaqogikada tərbiyənin tərkib hissələri içərisində yer alan “cinsi tərbiyə” məsələləri hələ o zamanlar mollanəsrəddinçiləri dərindən düşündürmüşdür. Mollanəsrəddinçilərin ailə tərbiyəsi haqqında fikirləri tədqiqatçı tərəfindən müvəffəqiyyətlə işlənmişdir.Xüsusilə, ailə tərbiyəsinin xüsusiyyətləri, ailədə ananın müstəsna rolu barədə “Molla Nəsrəddin” jurnalını və ya mollanəsrəddinçilərin ideya görüşlərini düzgün ümumiləşdirməsi Kamal müəllimin həm mövzuya yaxından bələd olduğuna, həm öz yeni ideyaları ilə pedaqoji fikir tariximizi zənginləşdirən tədqiqatçı alim kimi yetişməsinə, həm də müasir pedaqogika elminin aparıcı simalarından birinə çevrilməsinə dəlalət edir.
Ümidvarıq ki, Azərbaycan Respublikasının əməkdar müəllimi, pedaqogika elmləri doktoru, dosent Kamal Camalovun suallar və tapşırıqlar əsasında hazırladığı “Mollanəsrəddinçilər və ailə – məktəb problemi” adlı dərs vəsaitindən magistrantlar, doktorantlar, dissertantlar, bir sözlə pedaqoji aspektdə tədqiqat aparanlar daha çox faydalanacaqlar. Eyni zamanda, məktəb rəhbərləri, fənn müəllimləri, valideynlər və tərbiyəçilər də bu dəyərli kitabdan yararlana biləcəklər. Jurnalistlərin isə bu əsərlə tanışolmaları çox vacibdir. Müasir dövrün jurnalistləri bu əsəri oxumaqla vaxtilə jurnal əməkdaşları olmuş mollanəsrəddinçilərin ən təhlükəli təqiblərə sinə gərərək xalqın maariflənməsi, tərəqqisi naminə gördükləri bənzərsiz işlərin sonralar necə səmərə verməsi ilə tanış olsalar guman edirik ki, onlar da cəmiyyətin əxlaqının saflaşması istiqamətində orijinal yazılar yazmağa rəvac verərlər.
Beləliklə, fürsətdən istifadə edib Kamal Camalovu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmiş elmlər doktorluğu diplomunu alması münasibətilə də təbrik edir və elmi-yaradıcılıq işlərində bir daha yeni-yeni uğurlar arzulayıram.
FƏRAHİM SADIQOV,
Pedaqogika elmləri doktoru, professor

Baxış sayı: 1 324
Bölməyə aid digər xəbərlər

4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!