Bütün xəbərlər
Soçi futbolçuları pis hava şəraiti səbəbindən Qroznıya enə bilməyiblər
Tarix: 26-10-2025 21:03 | Bölmə: Karusel

Soçi futbolçularını və məşqçi heyətini daşıyan təyyarə Mahaçqalada təcili eniş edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qara dəniz komandasının mətbuat xidmətindən TASS-a verilən məlumata görə, "Soçi" "Axmat"la oyun üçün Qroznıya uçurdu, lakin pis hava şəraiti səbəbindən Çeçenistan Respublikasının paytaxtına enə bilməyib.
"Komanda Mahaçqalaya eniş edib. Əlverişsiz hava şəraiti səbəbindən Qroznıya eniş mümkün olmayıb", - Soçinin mətbuat xidməti bildirib.
"Axmat"la oyun 27 oktyabrda keçiriləcək. Oyunun Moskva vaxtı ilə saat 19:30-da başlaması planlaşdırılır.
Bu oyun Rusiya Premyer Liqasının 13-cü turunda sonuncu olacaq. Daha əvvəl Sankt-Peterburqun "Zenit"i evdə Moskvanın "Dinamo"sunu məğlub edərək Rusiya çempionatının turnir cədvəlində üçüncü yerə yüksəlmişdi.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər