02:45 / 25-11-2024
Çiolaku və Georgesku Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turuna yüksəliblər
02:40 / 25-11-2024
Fiko: "Ukraynada münaqişənin uzanması onun zəifləməsinə gətirib çıxarır"
01:33 / 25-11-2024
Aktyor Vladimir Samoylov 80 yaşında vəfat edib
01:24 / 25-11-2024
Paytaxtın ticarət mərkəzindəki yeməkxanada kütləvi dava olub
01:20 / 25-11-2024
"Azimut": Sukhoi Superjet 100 küləyin kəsilməsi səbəbindən Antalyaya kobud eniş etdi
01:16 / 25-11-2024
"Economist": Ukrayna kəşfiyyatı Rusiya Silahlı Qüvvələrinin Zaporojyeyə hücumunu gözləyir
01:10 / 25-11-2024
Müstəntiqlər Antalyada "Azimut" təyyarəsinin yanması ilə bağlı araşdırmalara başlayıb
01:07 / 25-11-2024
Zelenski: "Ukrayna və Qərb mütəxəssisləri "Oreşnik"in qalıqlarını öyrənirlər
00:49 / 25-11-2024
Amerikanın "Möcüzələr sahəsi"nin ilk aparıcısı dünyasını dəyişib
00:42 / 25-11-2024
Uolts: "Tramp xarici siyasətdə ABŞ-ın enerji resurslarından istifadə edəcək"
00:34 / 25-11-2024
Avtobusda qəbuledicinin partlaması nəticəsində sərnişin xəsarət alıb
00:29 / 25-11-2024
Tbilisi polisi müxalifətin karvanını şəhər mərkəzinə buraxmayıb
00:25 / 25-11-2024
Melnik: "Trampın andiçmə mərasimindən əvvəlki dövr Ukrayna tarixində ən çətin dövr olacaq"
22:30 / 24-11-2024
Soçi sakinləri şəhər yaxınlığında zəlzələnin baş verdiyini bildiriblər
22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
22:17 / 24-11-2024
İlham Əliyevdən COP29-un yekunları ilə bağlı - Paylaşım
22:13 / 24-11-2024
Leyla Əliyeva Altıağacda - Fotolar
22:06 / 24-11-2024
“Sumqayıt”dan əzmkar qələbə
21:52 / 24-11-2024
Ərdoğan Putinə deyib ki, Türkiyə Rusiya ilə ticarəti artırmağı hədəfləyir
21:46 / 24-11-2024
Litva silah və elektrik generatorlarını Kiyevə köçürüb
21:28 / 24-11-2024
İranın ali dini liderinin müşaviri: "Kiyevə yardım azalacaq və Rusiya qalib gələcək"
21:24 / 24-11-2024
Bir qadın Analar Günündə metro stansiyasında uşaq dünyaya gətirib
21:19 / 24-11-2024
Bir gündə 84 nəfər İsrailin Livana endirdiyi zərbələrin qurbanı olub
21:14 / 24-11-2024
"Hizbullah" İsrailin Hayfadakı hərbi dəniz bazasına zərbələr endirib
14:32 / 24-11-2024
Bakı aeroportu COP29-da - Video
14:25 / 24-11-2024
48 ton surroqat spirti müsadirə edilib
14:22 / 24-11-2024
Peskov: "ABŞ Putinin siqnallarına məhəl qoymadı və qəti addımlar atmaq lazım idi"
13:38 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
13:24 / 24-11-2024
"Sky News": ABŞ-ın Böyük Britaniyadakı hava bazaları üzərində naməlum İHA-lar aşkarlanıb
13:20 / 24-11-2024
Primorski sakini ilə zəngə cavab verməyə gələn polis arasında baş verən dava videoya çəkilib
13:16 / 24-11-2024
Yanar materialların olduğu anbar yanır
13:13 / 24-11-2024
Rep konsertindən sonra üç yeniyetmə reanimasiyaya yerləşdirilib
13:11 / 24-11-2024
Kşilərin səfərbər olması səbəbindən minə yaxın ev istiliksiz qalıb
13:04 / 24-11-2024
"Bloomberg": Malidəki silahlılar "Wagner PMC"nin altı üzvünü öldürdülər
11:21 / 24-11-2024
Bir xəstənin reanimasiyası zamanı mənzildə yanğın başlayıb
11:18 / 24-11-2024
Rudenko: "Qərb Seulu Ukraynada şərik etmək və Pxenyana təzyiq etmək istəyir"
11:13 / 24-11-2024
Merkel: "Qərb və Ukrayna Rusiya ilə dialoqa getməlidir"
Mübariz Həmidov: "Mən çalışıram ki,Sumqayıt teatrının keçmiş şöhrətini qaytaram"
Tarix: 17-08-2018 01:27 | Bölmə: Ədəbiyyat
“Bu teatr 70-80-ci illərdə olduğu kimi qaynamalıdı"
Sumqayıt Dram Teatrının yeni təyin olunmuş direktoru Mübariz Həmidovla teatrın 50 illik yubileyi ərəfəsində görüşdük. Bu sadə, səmimi, təvazökar insnala uzun illər yaradıcılıq fəaliyyəti və yeni planları barədə söhbət etdik.
-Mübariz müəllim,bu sənətə gəlməyinizi necə xatırlayırsınız?
-Bu sənətə sevgi orta məktəbin 8-9-cu sinifindən yaranıb. Mən Göyçay rayon 6 nömrəli məktəbdə təhsil almışam. Bir ixtisası şərqşünas olan Ağamirzə Vahidov adlı müəllim var idi. Amma bizə Azərbaycan dili və ədəbiyyatdan dərs deyirdi. Məndə bu məhəbbət, sevgini, istəyi o yaratdı. Yaxşı yadımdadı, 9-10-cu siniflərdə o, yeni dərs keçəndə o qədər, canlı, o qədər səmimi, inandırıcı, təsirli danışırdı ki, gözlərimdən yaş axırdı. Onun dərsləri o qədər canlı maraqlı keçirdi ki, o saatda məktəbdə boş olan müəllimlər,lobarantlar, hətta şagirdlər yığılırdılar sinif otağına. O, həmişə bizə söyləyirdi ki, ədəbiyyat müəllimi yarımaktyor olmalıdı. Yəni danışdığı mövzunu, dərsi, hekayəni, dram əsərini şagirdə inandırmalıdı. Səməd Vurğunun şeirlərini şagirdlər arasında kompazisiya,dialoq kimi bölürdü. Biz onu əzbərləyib, danışırdıq. “Vaqif” dramı, tamaşalar haqqında maraqlı məqamları danışırdı bizə. Onuncu sinifi bitirəndə hamı bilirdi ki, mən İncəsənət İnstitutuna sənədlərimi verəcəyəm. Elə də oldu. Məndə o arzu, istəyin təməli orta məktəbdən qoyulmuşdu. Bilavasitə Ağamirzə müəllimin keçdiyi dərslə... O bizə deyirdi ki, mənim keçdiyim dərsdə, yazıçının, dramaturqun həyat və yaradıcılığını bilmək bir şagird olaraq sizin borcunuzdu. Əgər yüksək qiymət almaq istəyirsinizsə tədris etdiyim Səməd Vurğun,Hüseyn Cavid, Məmməd Səid Ordubadinin əsərlərini mənim üçün oxuyub gəlməlisiniz. Mən də yüksək qiymət almaq üçün “Dumanlı Təbriz”i oxuyurdum,gəlirdim danışmağa. Saxlayırdı ortada,fəsil-fəsil sual verirdi. Görək bu romanı oxuyub, yoxsa oxumayıb? Ona bu gün də minnətdaram. Onu həmişə bütün müsahibələrimdə, televiziya çıxışlarımda xatırlayıram. Son dövrlərdə nitqi itmişdi.Allah ona şəfa versin.
-İncəsənət İnstitutunda hansı sənətkarın kursunda oxuduğunuzu bilmək maraqlı olardı.
-Orta məktəbi bitirib hamı kimi o arzuda, həvəsdə olan gənclər kimi mən də Mirzağa Əliyev adınına İncəsənət İnstitutuna sənəd verdim və qəbul oldum. Onda biz dərk eləmirdik ki, bizdən imtahan götürüən şəxslər kimdir. Bunlar kimlər idi? Ədil İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasib, Tofiq Kazımov. Onlar Azərbaycan teatr sənətinin müqtədir sənətkarları idi.Biz dərk eləmirdik ki, bunların teatr aləmində hansı dərəcədə yükü var...Bunu tam əxz eliyə bilmirdik.
Xoşbəxtlikdən mən Ədil İsgəndərovun kursuna düşdüm. Birinci kursun bir neçə ayından sonra dərk elədik ki, biz necə titanlardan dərs alırıq. Kurs tamaşalarını, parçalarını hazırlayıb biz təqdim edəndə, adını çəkdiyim o böyük sənətkarların hamısı
dərsdə otururdu. Bu minvanla iki il Ədil müəllimin kursunda dərs aldıq. Ədil müəllim dünyasını dəyişdi, bizi Elmira Şabanovaya verdilər. Ədil müəllim o iki il müddətində 24 il Akademik Dram Teatra bədii rəhbər olmasından,sonsuz sayda hazırladığı monumental tamaşalardan,o tamaşaların hazırlıq prosesindən,aktyorlardan danışırdı. Sidqi Ruhulladan çox danışırdı.Sidqi Ruhulla Səməd Vurğunun “Vaqif” dramı əsasında hazırlanmış eyniadlı tamaşada Qacar rolunu ifa edirdi. Deyirdi ki,məşqlərin birində Sidqi Ruhulla var-gəl edir. Mən də salonda məşq aparıram. Hiss edirəm ki, əsəbidir, gərgindir. Birdən məşqi saxladım.Dedim ki,Sidqi qədəş,nə olub?Elə bil ki,özünü yaxşı hiss etmirsən?Qayıtdı ki,Ədil Rzayeviç,burda Qacarın səhnəsində,ordakl taxt-tacda qırx dənə mütəkkə olmalıdır.Amma saymışam,otuz doqquz dənədir. Ona görə özümü rahat hiss eləmirəm. Ö dövrün aktyorları bu qədər zərgər dəqiqliyi ilə rolları ifa edirdilər. Təbii ki, mən məşqi saxladım. Müvafiq işçiləri çağırdım. Dedim ki,qırxıncı mütəkkəni də tapın,gətirin qoy aktyor rahat məşq eləyə bilsin.
O bizə “Vaqif” daramının yaranmasından danışırdı. Deyirdi ki, böyük şairimiz Səməd Vurğun “Vaqif”i ilkin variantda poema kimi yazmışdı. Bir gün belə qərara gəldik ki, “Vaqif”i dram halına sala,biz bunun səhnədə tamaşasını hazırlayaq. Təbii ki,müəllif,rejissor işbirliyi başlandı. Mən poemanı bir rejissor kimi oxuyurdum, müəyyən səhnələri yazıda ixtisar məqsədi ilə xətləyirdim. Ona deyirdim ki,Səməd qağa, bunları təzədən işləmək lazımdı...O boyda nəhəng şair çox rahatcasına razılaşırdı. Üç aya qədər biz o əsərin üzərində işlədik.
Biz tələbə olarkən “Vaqif”dramının 1000-ci tamaşasına baxdıq. Azərbaycanda ən uzun ömürlü tamaşalardan biri-məhz Ədil müəllimin hazırladığı “Vaqif”dramıdı.
O, Moskvada oxumağından, Lunaçarski adına teatrı bitirib gəlməyindən, Akademik Dram Teatrda oynanılan İik diplaom tamaşası-“Polad qartal”ın hazırlanmasından danışırdı...İnsan kimi əvəzi yox idi. Belə baxanda zəhimli təsir bağışlayırdı. Onunla 3-5 dəqiqə söhbət edəndə görürdün ki, kənardan adamı vahimələndirən üz cizgiləri, qəribə baxışı, hamısı yoxa çıxırdı. O qədər səmimi idi. Elə bilirdin ki, bu insanı 20-30 ildi tanıyırsan. Xüsusən, tələbələrə diqqət,qayğı ilə yanaşırdı. Çalışırdı ki, bizə aktyor, rejissor sənəti ilə bağlı hər şeyi öyrətsin.
Biz birinci kursda oxuyanda o,Tədris Teatrında Səməd Vurğunun “Xanlar” pyesini hazırlayırdı. Bizi də kütləvi səhnələrə dəvət etmişdi. Mən sinif nümayəndəsi olduğuma görə ona daha yaxın idim.Tez-tez söhbətlərimiz olurdu. Bir gün dərsdə oturanda “Xanlar”tamaşasının məşqindən söhbət getdi. Mən qayıtdım ki, Ədil müəllim, siz nəyə görə bu tamaşada bizə sözlü rollar verməmisiniz,biz sizin tələbələrinizik də? Dedi ki,qada, siz hələ birinci kursdasınız. Ona görə söz vermirəm ki, sizi istəyirəm səhnəyə alışdırım, tamaşaçının baxışını hiss eləyəsiniz. Mən özümü xoşbəxt sayıram ki, elə bir dahi sənətkardan dərs almışam. Şox əfsus ki, dünyasını tez dəyişdi. Bu gün də onun yeri görünür. Bizə çoxsaylı tövsiyyələr verirdi. Mənə deyirdi ki, qada, sən özünü televiziyadan qoru. Televiziya adamı tez şöhrətləndirir,tez tanıdır,tez də yaddan çıxa bilərsən. Sənin də gözlərin donbadı,qızlar, zadlar zəng edərlər, yolunu azarsan...
-Diplom işiniz hansı tamaşa oldu?
- Təssüflər olsun ki,Ədil müəllimlə diplom işi qoya bilmədik. O, ikinci kursda dünyasını dəyişdi. Diplam işi adətən dördüncü kursda hazırlanır. Dördüncü kursda biz iki diplom işi hazırladıq. Biri xalq artisti Elmira Şabanovanın qurluşunda ispan şair və dram yazarı. Lope de Veqanın “Sevilya ulduzu”. İkinci diplom işimi Ədalət Ziyadxanov adlı rejissor-aktyor müəlliminin quruluşunda , Anarın ssenarisi əsasında “Adamın adamı” tamaşası oldu. Çox uğurlu bir tamaşa alınmışdı. Mən orda Fənd Fərəci oynayırdım. Diplomu alandan sonra mən Gənc Tamaşaçılar Teatrına gəldim, orda fəaliyyətə başladım. Orda Elçinin eyni adlı əsəri əsasında hazırlanmış “Mahmud və Məryəm”də Sofi Lələni,”Ölüm hökmü”ndə məktəb direktoru Ələsgəri, Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanmış “Arvad olmaq istəmirəm” tamaşasında Qədiri, “Toxmaq Əhməd” tamaşasında Toxmaq Əhmədi, Əhməd Orucoğlunun eyni adlı əsəri əsasında hazırlanmış “Pul dəlisi”ndə Qulamı və bir çox uşaq tamaşalarında oynamışam.
-Aktyor sənətinə birdən-birə son qoymağınız çətin olmadı ki, sizin üçün?
-İl yarım Almaniya Demokratik Respublikasında hərbi xidmətdə oldum. Sonradan gəlib yenə teatrda fəaliyyətimi 2000-ci ilə qədər davam etdirdim. O zaman mənə Mədəniyyət Nazirliyinin incəsənət şəbəsinin teatr bölümünə dəvət gəldi. O zaman o şöbənin müdiri hazırda Musiqili Teatrın direktoru olan Əliqismət Lalayev idi. Biz tələbə yoldaşı olmuşuq. O mənə dedi ki, istəyirəm ki, sən burda çalışasan. Dedim ki, özümü burda görə bilmirəm. Teatrsız qala bilmirəm. Dedi ki, yenə teatrla əlaqəli olacaqsan...Dedim özüm tamaşada oynamaq istəyirəm. Dedi ki,20 il oynamısan,bəsindi. Mən ora gedənə qədər teatrda 20 il işləmişdim. 2000-ci ildə əməkdar artist adına layiq görülmüşdüm. Əliqismət müəllim dedi ki, vərdiş edəcəksən. O vaxt Ədalət müəllim nazir müavini idi. Onunla da söhbət etdim. O da dedi ki, səni burda görürəm. İlk bir neçə ay özümü narahat hiss edirdim. Altı ilə qədər orda çalışdım. Orda işləyəndə mən Heydər Əliyev sarayında keçirilən tədbirlərin redaktoru, ssenari müəlifi, koordinatoru olurdum. Müxtəlif xarici ölkələrə teatr truppalarını aparırdım.
-Əməkdar artist almağınızdan xeyli vaxt keçir.Xalq artisti almaq barədə heç düşündünüzmü?
-Bizdə insanıq, teatrda çalışmışıq. Xidmətimə görə bəlkə də bu yaşda mən xalq artisti adına layiq görülə bilərəm. Amma bu tərəfdən düşünürəm ki, mənim hazırdas səhnə fəaliyyətim yoxdur. Düzdür mən teatrın təşkili, inkişafı ilə məşğulam. Səhnəyə çıxmaqdan başqa hər şeylə məşğulam. Bir dənə səhnəyə çıxıb rol ifa eləmirəm. Fikirləşirəm ki, bəlkə buna görə xalq artisti adına layiq görülməyə ehtiyac yoxdu. 2014-cü ildə Məni Kalmıkiya Respublikasının “əməkdar incəsənət xadimi” fəxri adına layiq gördülər...Başqa ölkənin fəxri adını almaq teatr sahəsində ilk idi.
-Altmış iki yaşınız tamam oldu.Bu yaşda özümüz necə hiss edirsiniz?
-İlk dəfə mənimlə rastlaşanlar,söhbət edənlər mənə o yaşı vermirlər. Özümü 60-62 yaşında hiss eləmirəm. Elə hesab edirəm ki, ruhum gəncdi,cavandı. Bəlkə uzun müddət-həyatımın 33 ilini gənc tamaşaçılar teatrına bağlamışam. 20 il aktyor kimi,13 il rəhbər kimi. Bəlkə də daha çox gənclərlə Gənc Tamaşaçılar Teatrında çalışdığıma görə. Bədən quruluşumda mənə imkan verir ki, özümü o yaşda hiss eləyə bilmirəm. Fiziolji olaraq yaş üstə yaş gəlir, saç ağarır, üz qırışır. Hiss eləyirəm ki, 70-80-ci illərdə teatrda işlədiyim dövrdü. Eyni eşqdi. Eyni həvəs qalıb teatra,sənətə. Çalışıram daha maraqlı tamaşalar eliyək. Azərbaycan teatrını daha çox ölkələrdə tanıdaq, təbliğ edək. Bu böyük bir missiyadır.
-Gənc Tamaşaçılar Teatrında işlərinizi bitmiş hesab elədiniz? Yəqinki Sumqayıt teatrını qaldırmağa gəlmisiniz?
-Orda da iş bitməyib. Orda 2008-ci ildə 3 teatr birləşdi. Gənc Tamaşaçılar teatrı,Bakı Kamera Teatrı, bir də Dövlət Gənclər Teatrı.Bu birmənalı qarşılanmadı, həm kollektivdə,həm də ətrafda. Bu cənab nazirimizin çox düzgün əmri idi. Təbii ki, ölkə başçısı ilə razılaşdırılmış addım idi. O iki teatrın nə binaları var idi. Nə də maddi -texniki bazası. Bizim binada da əsaslı təmirdən sonra bütün şərait yarandı. Bu iki teatr da birləşəndən sonra tamamilə şəraiti olan gözəl teatr əldə elədilər. Truppa birləşdi, qaynadı, qarışdı. Düzdür, ilk aylar müəyyən söz-söhbət oldu. Amma mən həmişə deyirdim ki, biz hamımız eyni şineldən çıxmışıq. Burda çalışan bütün aktyorlar, digər işçilər İncəsənət İnstitutunun tələbələriyik. Bizim çoxumuzun müəllimi eyni olubdu. Eyni adamlardan dərslər almışıq. Bakı da böyük şəhər deyil, hamı da hamını tanıyır. Niyə biz burda bir-birimizi didməliyik? Bu dövlətin verdiyi qərardır, bu qərara hörmətlə yanaşmalıyıq. Yanaşdıq da. Nəticə bu oldu ki, gözəl bir truppa, gözəl bir fəaliyyət növü yarandı. İnanın,bəzən elə olurdu ki, bir ayda dörd səfərə, xarici ölkələrə gedirdik. Bir neçə xarici ölkə teatrları ilə müqavilələr imzalandı. O müqavilələr işə düşməyə başladı. Ölkə başçımızın 2009-2019-cu illər üçün Azərbaycan teatrının inkişafına dair Dövlət Proqramı var. Bu proqramın bəndlərinin birində Azərbaycan teatrının dünyaya intreqasiya olunması. Azərbaycan teatrına ayrı-ayrı teatr mütəxəssislərinin dəvət olunması var. Biz də bunun icrası ilə məşğul olmağa başladıq. Effektli də nəticələr əldə elədik. Kalmıkiya ilə beş il əməkdaşlıq elədik. İkinci ili bizi fəxri ada layiq gördülər. Əvvəl iki nəfəri,dördüncü ili daha iki nəfəri. Onlar da bura gələrkən biz də o zaman həmin şəxsləri Mədəniyyət və Trurizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif elədik. Hesab edirəm ki, bu onların əməkdar artisti statusuna bərabər nişandı.
Deməzdim ki,orda işlər yekunlaşdı. Teatr elə bir yaradıcılıq müəssisəsidir ki, orda daim axtarışda olmalısan. XXI əsrdə mütləq maraqlanmalısan ki, dünya teatr prosesində nələr baş verir. Biz düz yolnanmı gedirik, bəlkə elə öz qazanımızda qaynayırıq. Həmişə tərəfdarı olmuşam ki, hazırladığımız tamaşanı xarici həmkarlarımıza göstərməliyik. Onların tamaşalarını mütləq gətirməliyik, baxmalıyıq...Müəyyən layihələr var ki, mən onu burda reallaşdırmaq fikrindəyəm. Sumqayıt teatrının çox möhtəşəm tariixi,keçmişi olub. İlk tamaşa Müsyo Jordan və Dərviş Məstəli şah” Cənnət xanımın quruluşunda olub. 1970-ci ildə Ağakişi Kazımov Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin” tamaşasına quruluş verib. Sonrakı illərdə Mərahim Fərzəlibəyovun “Polad əridənlər” tamaşası olub burda. Daha sonrakı illərdə
Nəriman Həsənzadənin “Qoy bütün Şərq bilsin” əsəri tamaşaya qoyulub. Bizim böyük sənətkarımız Məlik Dadaşov gəlib bu tamaşada oynayıb. Bunlar hamısı Azərbaycan teatrında hadisəyə çevrilmiş tamaşalardı. Bu teatrda xalq artistləri, müqtədir sənətkarlar-Rza Əfqanlı, Barat Şəkinskaya, Əliağa Ağayev, Məlik Dadaşov, Afaq Bəşirqızı,Valeh Kərimov, Mərahim Fərzəlibəyov, Əjdər Həmidov, Sabir Məmmədov, Ramiz Novruzov, Almaz Amanova, Kazım Abdullayev və bir çoxları bu teatrda çalışıblar. Bir növ Sumqayıt teatrı şəhər teatrlarının bazası olub. Mən çalışıram ki,Sumqayıt teatrının keçmiş şöhrətini qaytaram. Yeni gənclər cəlb eləyək teatra. Bu məqsədlə biz sentyabrın 15-ə müsabiqə elan eləmişik. Sumqayıtın orta məktəblərində təhsil alan, bu sənətə marağı olan gənclər, Sumqayıtda yaşayan bizim Universitetin tələbələri, məzunlarını cəlb edək, tamaşalarda onlardan istifadə edək. Azərbaycanda dramaturqlar, səhnə əsəri yazanlar,ya azdı, ya da yox dərəcəsindədi. Olanlarda bir neçə nəfərdi.Onlarda barmaqla sayılır. Bu gün ən məsuldarşləyən Elçindi, Əli Əmirlidi, üçüncüdə mən fikirləşirəm...Nəsil gəlməlidi. Üç il bundan qabaq Akademiyanın Nizami adına Ədəbiyyat İnstitutu ilə İsa müəllim sədr olmaq şərti ilə “Anamın kitabı” pyes müsabiqəsi elan elədik. Ekspertlər Şurası təqdim olunan 100 əsərdən 10-nu seçdi. O əsəri biz münsiflərə verdilər, oxuduq. Onda mən toplantıda dedim ki, bu 10 əsərdən hansı birinci yerə çıxarsa, bu əsəri biz Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyacağıq. Elə alındı ki, gənc bir qızın Xocalı faciəsindən bəhs edən əsəri birinci yerə çıxdı. Biz də o əsəri tamaşaya qoyduq. Burda da yazarlar üçün müsabiqə élan etmişik. müsabiqə elan eləmişik...
İlkin olaraq istərdim ki, bizə daramaturqlar, yazarlar müraciət etsinlər. Bu barədə artıq Əli Əmirli ilə söhbətim olub. Sumqayıtın yaranma tarixi, Sumqayıtın adı ilə bağlı əfsanələr də var. Sumqayıtın yaranması, dünəni, bu günü haqqında mükəmməl bir səhnə əsərinin bizə təqdim olunmasını istərdim. Ya yerli müəlliflər, ya Bakıdan,ya da ölkənin digər bölgələrindən. Əli Əmirli ilə fikrirlərimi bölüşdüm. O dedi ki, mən materiallarla tanış olub, ola bilsin ki, avqust ayında bu mövzunu işlədim. Güman edirəm ki, elə bir əsər hazırlanarsa, bizə müraciət olunarsa öz yaşadıqları şəhərin tarixi, əvvəli, keçmişi, bu günü Sumqayıtlılar üçün maraqlı olar.
Sumqayıt günü-gündən abadlaşır.Hər yerdə küçələr tər-təmizdir. İstərdim ki,bax bunları biz səhnədə göstərək.
-Aktyorların maaşının qaldırılması məsələsi necə olacaq?
-Hesab edirəm ki, Sumqayıt teatrının 50 illik yubileyi çərçivəsində bu məsələyə də toxunmuşuq.Mən təklif vermişəm. Hesab edirəm ki, teatrın kateqoriyasının qaldırılmasına baxılacaq, baxılmalıdır. Çünki uzun müddətdir bu teatr 2-cikateqoriya ilə fəaliyyət göstərir. Hesab edirəm ki, ya 1-ci ya da, aparıcı statusu veriləcək. Bu o deməkdir ki, teatrda çalışanların əmək haqqları 25 faiz qalxmış olur. Fəxri adları hamıya vermək mükün deyil. Bunu onların əmək fəaliyyətinə, oyanadığı rollara, yadda qalan obrazlara görə. Verirlər. Ola bilər ki, insandı,40 il işləyir, amma bir dənə yadda qalan obrazı olmayıb. Amma adam var ki, beş ildi işləyir. Üç dənə dalbadal obrazlar oynayıb, hamının yadında qalıb, bu respublika və yaxud şəhər miqyasında bir teatr hadisəsinə çevrilib. Niyə bu qiymətləndirilməsin?
-Son illər bir neçə teatrda direktorlarla kollektiv arasında qalmaqallar yaşandı. Siz isə işinizin öhdəsindən layiqincə gəlirsiniz.Bunun sirri nədədi?
-Mən teatrda belə qalmaqalların olmasını yaxşı qarşılamıram. İstəmişəm ki, çalışdığım teatrda belə hallara yol verilməsin. Elə bir ayrıca resept yoxdur. Sadəcə insanlarla, hər kəslə öz dilində danışmaq lazımdır. Aktyorlar hamısı kövrək olur,həssas olurlar. Bu keyfiyyətlərinə görə digər peşə sahiblərindən fərqlənirlər. Ona görə də onları qırmaq lazım deyil. Onları dinləmək, başa düşmək, mütəmadi onlarla ünsiyyətdə olmaq lazımdır. Aktyor hiss edəndə ki, rəhbər onu dinləyir,onunla hesablaşır,onda daha səmimi olur. Əgər səhv bir addım atıbsa da onu ona deyəndə başa düşür, dərk eləyir. Kollektivdə sağlam abı-hava, iqlim yaratmaq üçün hər kəs öz işi ilə məşğul olmalıdır.Rəhbər hər kəsi işlə təmin eləməlidi....Bu söz-söhbət,dedi-qodu bekarçılıqdan yaranır. Əgər hər kəs öz işi ilə məşğul olarsa, söz-söhbətə, dedi-qoduya zaman qalmaz. Mən həmişə tərəfdarı olmuşam ki, aktyor televiziyada yaradıcılığı ilə bağlı müsahibə versin, dedi-qodu,intriqa ilə yox.
-Siz ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti seçilmisiniz. Bu vəzifəni nə vaxta kimi davam etdirəcəksiniz?
-2011-ci ildə Bakıda teatrlar beynəlxalq qrumlara üzv oldu. O cümlədən də Gənc Tamaşaçılar Teatrı sənədləri o beynəlxalq quruma hazırladı. göndərdi. Fransada qurultayda biz o beynəlxalq quruma həqiqi üzv seçildik. Mən Gənc Tamaşaçılar Teatrının direktoru olduğuma görə və o Milli Mərkəz bizdə yarandığına görə onlar tərəfindən bu Milli Mərkəzin prezidenti seçildim. Bizim baş prezidentimiz İvetta Hardi Cənubi Afrikada yaşayır. Bu qurumun 114 üzvü var. Biz ora üzv olanda 82-ci ölkə idik. Bu quruma üzv olanda dünya teatrında baş verən hadisələrdən hali olursan. Yəqin ki, mənim yerimə təyin olunan Naidə İsmayılzadə avtomatik bu qurumun prezidenti seçiləcək. Amma bir həmkar olaraq lazım olanda biz də onlarla əməkdaşlıq edəcəyik. O beynəlxalq qurumda məni tanıyırlar. İvetta Hardi Azərbaycanda beş dəfə mənim qonağım olub. Mən onu bütün teatrları gəzdirmişəm. Əgər o, noyabrda keçirilən beynəlxalq teatr konfransına Bakıya gələrsə, mütləq onu Sumqayıt teatrına gətirəcəm. Teatr binası və kollektivlə tanış edəcəyəm.
-Beynəlxalq teatr festivallarının iştirakçısı olmusunuz.Azərbaycan teatrı xaricdə necə qarşılanır?
-Beynəlxalq müstəviyə çıxanda mütləq apardığın tamaşanı götür-qoy eləməlisən. Müəllifindən, ifasından, rejissor işinə qədər. Nə gəldi aparmaq olmaz. Mən bu məsələdə həmişə çox ciddi olmuşam. Mən özümü yaxşı tamaşaçı hesab edirəm. Lazım olanda özümü münsiflər heyətinin də yerinə qoyuram. Sən festivala şit bir komediyanı apar, təbii o baxılmayacaq. O komediya bizdə bir qrup adamı qane edə bilər, zövqünü oxşaya bilər. Beynəlxaq arenaya çıxırsansa, sən elə bir qlobal mövzuları əhatə edən tamaşa seçməlisən ki, o ölkə tamaşaçılarına da maraqlı olsun, o mövzu onları da narahat eləsin... Biz indiyə qədər hansı tamaşa ilə beynəlxalq festivala qatılmışıqsa, hələ elə bir narazılıq görməmişəm. Elə tamaşamız olub ki,Qran-Pri alıb. Elə tamaşa olub 1-ci yer tutub.
-Müəllif çatışmamazlığından danışdıq.Bəs rejissura sahəsində vəziyyət necədir.Yeni rejissorlarla işləyəcəksinizmi?
-Dramaturjiya ilə müqayisədə katastrofik bir şey yoxdu. Bizim kifayət qədər yerli rejissorlarımız var. Mənim tanıdığım və inandığım rejissorlar var. Onlarla da işləyəcəyik. İstənilən ölkədən rejissor dəvət eləmək mümkündür və lazımdır. Bizdə uşaq tamaşaları da nəzərdə tutulub. Böyüklər üçün artıq danışılıb. Vladiqafqaz Akademik Milli Dram Teatrının bədii rəhbəri Alaniya Respublikasının xalq artisti Vladislav Kaliyevi dəvət edəcəm. Ona bir tamaşa verəcəyəm,bizim teatrda hazırlasın. Oktyabrın sonu teatrın yubileyini edəndən sonra bizim ora qastrol səfərimiz razılaşdırılıb.
Sumqayıta heç əyalət də demək olmaz.Sumqayıt o qədər dəyişib, o qədər gözəlləşib. Burda çalışıb etimadı doğrultmaq lazımdı. Düzgün iş planı qurmalıyıq. Bu teatr 70-80-ci illərdə olduğu kimi qaynamalıdı. Gecə-gündüz burda iş getməliid.Bura teatr truppaları gəlməlidi. Bu teatr başqa ölkələrə getməlidi. Hazırladığımız tamaşanı orda nümüyiş etdirməlidir. Qayda-qanun, nizam-intizam teatrda bərpa olunmalıdı. Bu teatrda hər kəs öz işi ilə nəşğul olmalıdı. Qapıçıdan tutmuş bütün işçilərin geyimləri olmalıdı.Hiss olunmalıdı ki, bura teatrdı. Qonaqlar gələndə teatr işçisi ilə tamaşaçını ayıra bilməlidirlər. Dünyanın hər yerində bu belədir.
Biz insanlara bədii əsərlər təqdim eləməklə bərabər onları mədəniyyətə səsləyirik. Bura məktəblilər gəlir.Biz onlara örnək olmalıyıq. Hərbi vətənpərvərlik,vətəni sevmək,dostluğa sədaqət, ata-anaya məhəbbət ideyalarını aşılayırıq. Bizim əsərlərin əsas mövzuzu da budu. Şit kmediyalara yol verməklə kimi, nəyi tərbiyələndiririk,əylənriririk.
-Hansı arzularla yaşayırsınız?
-Ən böyük arzum aydın səmadı.İtirilmiş torpaqlarımıızn qayıtmasıdı. Ölkəmizin coğrafiyasının genişlənməsiid.Niyə biz Ağdama, Şuşaya, Kəlbəcərə qastrola getməyək? Sumqayıt teatrı da zamanında rayonlarda olub, hansi ki, biz bu gün ora gedə bilmirik. İşğal altında olan rayonlar alınsın, abadlaşsın,onların teatr binaları yenidən qurulsun. nəinki biz, bütün teatrlar o bölgələrdə səfərdə olsunlar.
-Hobbiniz nədir?
-Mənim hobbim uşaqlıqda velosiped sürmək olub.Bir az keçəndən sonra kitab oxumaq olub. İndi mən kitab oxumaqla bərabər somavar qaynatmağı xoşlayıram. Yayda məqam gözləyirəm ki, qonaq gəlsin, samovarı qaynadım, ona özüm çay süzüm. Bir yerdə oturub özünə qapımağı xoşlamıram. İstəyirəm gəzim, nəsə bir iş görüm. Ev şəraitində bir şey qırılıbsa onu düzəldim. Passiv həyat tərzi xoşlamıram.İstəyirəm qurum,yaradım.
Orta məktəb və institut illərində Azərbaycan yazıçılarının yeni çıxan bütün əsərlərini oxumuşam. Yeni yazarlar var. Çoxusunun adını da bilmirəm. Mən Gənc Tamaşaçılar Teatrının direktoru işləyərkən Kamal Abdullanın yaradıcılıq fondunun üzvü olan
gənclər kitab təqdimatı və imza günü keçirirdilər. Mən də təmənnasız, ya teatrın qarşısında,ya da soyuq aylarda içəridə-birinci mərtəbədə-foyedə iki-üç saat onlara yer ayırırdım. Sonda uşaqlar o kitablara avtoqraf yazıb mənə də bağışlayırdılar. Son aylar bax o cür 3-4 yeni yazarın kitabını oxumuşam. Onlarin arasında “Fironun gündəliyi” romanı da olubdu.Amma xoşuma gələnlər də olubdu.
Mən bədii şuranın sədriyəm pyeslər də oxuyuram. Vaxtım,zamanım olduqca mütaliə ilə məşğul oluram.
-Hansı telekanallara baxırsınız?
-Aparıcıları nəzərdə tutub deyiriksə Azərbaycan televiziyası ilə ictimai televiziyaya üstünlük verirəm. Bir də ATV-də bir neçə xəbər aparıcılarını bəyənirəm. Digər aparıcıların nə tələffüzü,nə nitqi,nə də dünyagörüşləri istənilən səviyyədə deyil. Xəzər televiziyasının xəbərlərinə də baxıram. Digər kanallarda teatrlara o qədər diqqət yoxdu.O kanallar daha çox şouya meyillidirlər...Yəqin reytinq xatirinə.
-Hansı musiqini dinləyirsiniz?
-Dünya musiqisindən üzü bu yana, muğamlarımıza qədər dinləyirəm.Mən orta məktəbdə oxuyanda musiqi məktəbinin tar sinifini bitirmişəm. Lap gənc vaxtı, tələbəlik illərində muğama o qədrə meyilli deyildim. Amma 15-20 il olar ki, mən yaxşı muğam oxuyanları böyük məmuniyyətlə dinləyirəm. Mən muğama Alim Qasımovun ifasından vurlmuşam. Ona qulaq asandan sonra elə bil muğamı dərk eləməyə başladım. İndi muğam müsabiqələrində xeyli, yaxşı da adlar çıxır. Onlar düzgün də “Opera” teatrına istiqamətləndirilirlər. Artıq bizim səhnəmizdə yeni Leylilər,Yeni Məcnunlar var. Televiziya Muğam müsabiqəsini mən izləyirəm.
-Siyasətlə də məşğul olursunuz?
-Qoy siyasətlə siyasətçilər, politoloqlar məşğul olsun.Mən Heydər Əliyev, Zərifə Əliyeva haqqında tədbilərin hazırlanmasnda Mədəniyyət Nazirliyində işləyəndə məşğul olmuşam. Amma hal-hazırda ikinci çağırış Səbail bələdiyyəsinin üzvüyəm. Mədəniyyət,elm,gənclər və idman komissiyasının da sədriyəm. Etiraf edim ki,vaxt qıtlığı, səfərlərlə bağlı onların iclaslarında çox iştirak edə bilmirəm.
Namiq MƏMMƏDLİ
Baxış sayı: 1 752
Bölməyə aid digər xəbərlər

13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır
12-10-2024, 19:55
Azərbaycan Universitetində Mirzə Ələkbər Sabir irsi və ədəbi dilə həsr olunmuş tədbir keçirilib
12-10-2024, 10:47
Ədəbiyyat müəllimi erotik fotolara görə töhmət alıb
28-09-2024, 21:57
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
28-09-2024, 21:51
Vüqar Əhməd: "Allahımızın üzü dönüb"
2-08-2024, 14:53
Mirzə Ələkbər Sabir Fondu yeni layihənin icrasına başlayıb
1-08-2024, 13:22
“Cəfər Cabbarlı - ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihənin icrasına başlanılıb
12-06-2024, 23:33
Professor Mahirə Hüseynova Turan Elmlər Akademiyasının akademiki seçilib
9-06-2024, 15:53
"Zəfəri yaşadanlar” kitabının təqdimat mərasimindən-VİDEO+FOTOLAR
6-06-2024, 14:52
Sumqayıtda Mikayıl Müşfiqin anım mərasimi keçirilib-VİDEO+FOTOLAR
1-05-2024, 21:08
Rusiya yazıçılarının kitablarının 170-dən çox nadir nəşri Avropa kitabxanalarından yoxa çıxıb
27-04-2024, 00:42
ƏZƏL-AXIR SÖZ QALACAQ DÜNYADA
26-04-2024, 11:47
AMEA NİZAMİ GƏNCƏVİ ADINA İNSTİTUTUN 90 İLLİYİ
19-04-2024, 12:41
"SUMQAYIT! ƏBƏDİ YAŞA" LAYİHƏSİ mərhum şair Sabir Sarvana həsr olunmuşdu
17-04-2024, 21:58
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova Dünya Söz Akademiyasının fəxri akademik üzvü seçilib
28-03-2024, 23:35
ZİYALI ÖMRÜNÜN AKKORDLARI...
26-03-2024, 14:48
Şeirlər-İSMAYIL MƏRCANLI İMANZADƏ
7-03-2024, 23:27
VÜQAR,ƏHMƏD TÜRKSOY- UN QIZIL MEDALI İLƏ TƏLTİF OLUNUB
7-03-2024, 23:12
Kostomarov "Qanqster Peterburq" serialından mahnı oxudu
11-02-2024, 00:49
Sumqayıtda şair Sabir Yusifoğlunun xatirə gecəsi keçirilib-VİDEO+FOTOLAR
30-01-2024, 14:54
Dramaturq Aleksandr Gelmanı avtomobil vurub
26-12-2023, 20:56
Jurnalist və yazıçı Valeri Şamşurin vəfat edib
21-12-2023, 23:29
BACI İTİRMİŞƏM-VÜQAR ƏHMƏD
19-12-2023, 15:51
“Ərəb mənbələrində azərbaycanlı alim və ədiblər (VII-XVII əsrlər)” adlı kitab nəşr olunub
19-12-2023, 15:05
Təhlükəsizlik qüvvələri Akuninin kitablarını nəşr edən nəşriyyata gəlib
30-11-2023, 23:25
BİR ŞAİR YAŞAYIR MİNGƏÇEVİRDƏ...
28-11-2023, 16:41
Ankarada Sadiq Qurbanovun kitabının təqdimatı olub – FOTO
27-11-2023, 10:45
İrlandiyalı Pol Linç 2023-cü il üçün "Man Booke"r mükafatını qazandı
1-11-2023, 11:19
Buninin qardaşı qızı 100 yaşında dünyasını dəyişib
18-10-2023, 21:25
ŞAİRİN OXUCULAR QARŞISINDA POETİK HESABATI
16-10-2023, 14:46
Əlyazma kolleksiyaları oxuculara virtual təqdim olunur
15-10-2023, 22:09
Şair və rəssam Qavriil Lubnin vəfat edib
4-10-2023, 20:34
“Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabının təqdimatı olub
24-09-2023, 20:54
AMEA Naxçıvan Bölməsində Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş konfrans
22-09-2023, 21:09
Qərbi Azərbaycan haqqında kitabın və sosioloji-tədqiqatın nəticələri ilə bağlı hesabatın təqdimatı keçirilib
13-09-2023, 15:11
Seyfəddin Dağlının “Gəcil qapısı” pomanının təqdimatı Keçirilib
10-09-2023, 00:17
“Heydər Əliyev ideyaları və müasir dövr” respublika elmi konfransının materialları çapdan çıxıb
3-09-2023, 22:18
YAZARLAR MƏDƏNİYYƏT İŞÇİLƏRİNİ MƏFTUN ETDİLƏR
15-08-2023, 00:28
ƏBÜLFƏT HƏSƏNOĞLU-ŞEİRLƏR
8-08-2023, 18:16
Vəfat etmiş tərcüməçi və yazıçı Leonid Volodarski