02:45 / 25-11-2024
Çiolaku və Georgesku Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turuna yüksəliblər
02:40 / 25-11-2024
Fiko: "Ukraynada münaqişənin uzanması onun zəifləməsinə gətirib çıxarır"
01:33 / 25-11-2024
Aktyor Vladimir Samoylov 80 yaşında vəfat edib
01:24 / 25-11-2024
Paytaxtın ticarət mərkəzindəki yeməkxanada kütləvi dava olub
01:20 / 25-11-2024
"Azimut": Sukhoi Superjet 100 küləyin kəsilməsi səbəbindən Antalyaya kobud eniş etdi
01:16 / 25-11-2024
"Economist": Ukrayna kəşfiyyatı Rusiya Silahlı Qüvvələrinin Zaporojyeyə hücumunu gözləyir
01:10 / 25-11-2024
Müstəntiqlər Antalyada "Azimut" təyyarəsinin yanması ilə bağlı araşdırmalara başlayıb
01:07 / 25-11-2024
Zelenski: "Ukrayna və Qərb mütəxəssisləri "Oreşnik"in qalıqlarını öyrənirlər
00:49 / 25-11-2024
Amerikanın "Möcüzələr sahəsi"nin ilk aparıcısı dünyasını dəyişib
00:42 / 25-11-2024
Uolts: "Tramp xarici siyasətdə ABŞ-ın enerji resurslarından istifadə edəcək"
00:34 / 25-11-2024
Avtobusda qəbuledicinin partlaması nəticəsində sərnişin xəsarət alıb
00:29 / 25-11-2024
Tbilisi polisi müxalifətin karvanını şəhər mərkəzinə buraxmayıb
00:25 / 25-11-2024
Melnik: "Trampın andiçmə mərasimindən əvvəlki dövr Ukrayna tarixində ən çətin dövr olacaq"
22:30 / 24-11-2024
Soçi sakinləri şəhər yaxınlığında zəlzələnin baş verdiyini bildiriblər
22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
22:17 / 24-11-2024
İlham Əliyevdən COP29-un yekunları ilə bağlı - Paylaşım
22:13 / 24-11-2024
Leyla Əliyeva Altıağacda - Fotolar
22:06 / 24-11-2024
“Sumqayıt”dan əzmkar qələbə
21:52 / 24-11-2024
Ərdoğan Putinə deyib ki, Türkiyə Rusiya ilə ticarəti artırmağı hədəfləyir
21:46 / 24-11-2024
Litva silah və elektrik generatorlarını Kiyevə köçürüb
21:28 / 24-11-2024
İranın ali dini liderinin müşaviri: "Kiyevə yardım azalacaq və Rusiya qalib gələcək"
21:24 / 24-11-2024
Bir qadın Analar Günündə metro stansiyasında uşaq dünyaya gətirib
21:19 / 24-11-2024
Bir gündə 84 nəfər İsrailin Livana endirdiyi zərbələrin qurbanı olub
21:14 / 24-11-2024
"Hizbullah" İsrailin Hayfadakı hərbi dəniz bazasına zərbələr endirib
14:32 / 24-11-2024
Bakı aeroportu COP29-da - Video
14:25 / 24-11-2024
48 ton surroqat spirti müsadirə edilib
14:22 / 24-11-2024
Peskov: "ABŞ Putinin siqnallarına məhəl qoymadı və qəti addımlar atmaq lazım idi"
13:38 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
13:24 / 24-11-2024
"Sky News": ABŞ-ın Böyük Britaniyadakı hava bazaları üzərində naməlum İHA-lar aşkarlanıb
13:20 / 24-11-2024
Primorski sakini ilə zəngə cavab verməyə gələn polis arasında baş verən dava videoya çəkilib
13:16 / 24-11-2024
Yanar materialların olduğu anbar yanır
13:13 / 24-11-2024
Rep konsertindən sonra üç yeniyetmə reanimasiyaya yerləşdirilib
13:11 / 24-11-2024
Kşilərin səfərbər olması səbəbindən minə yaxın ev istiliksiz qalıb
13:04 / 24-11-2024
"Bloomberg": Malidəki silahlılar "Wagner PMC"nin altı üzvünü öldürdülər
11:21 / 24-11-2024
Bir xəstənin reanimasiyası zamanı mənzildə yanğın başlayıb
11:18 / 24-11-2024
Rudenko: "Qərb Seulu Ukraynada şərik etmək və Pxenyana təzyiq etmək istəyir"
11:13 / 24-11-2024
Merkel: "Qərb və Ukrayna Rusiya ilə dialoqa getməlidir"
TƏXƏYYÜL REALLIĞI -Bədii-fantastik hekayə
Tarix: 21-05-2018 01:10 | Bölmə: Ədəbiyyat
Ümümmilli Lider Heydər Əliyevin əziz xatirəsinə
Dostum Nahidlə çoxdandır ki, görüşmürdüm. Bu gün onun səhər zəngində mənə “etbarsız” deməsindən çox utandım. Telefonda xeyli dərdləşib danışdıqdan sonra onun günümüzü Bilgəhdə, çimərlikdə keçirmək təklifi isə lap ürəyimdən oldu.
Beləcə, Bayıl qəsəbəsində görüşərək, onun avtomobili ilə Neftçilər prospekti ilə sahil boyu Bilgəhə, çimərliyə yollandıq. Yol boyu dəyişən və bir-birini əvəz edən, günü-gündən müasirləşməkdə olan şəhərimizin gözəl mənzərələri – Bayraq Meydanı, Crystal Hall sarayı, yeni tikilmiş və beynəlxalq standartlara uyğun müxtəlif təyinatlı idman meydançaları, Əl Oyunları Sarayı, Xalça müzeyi, Qız qalası, Heydər Əliyev prospektindəki Heydər Əliyev Mərkəzi, yeni memarlıq üslubuna malik metro stansiyalar və s. tikililər Bakıda doğulub Bakıda yaşamağıma baxmayaraq hər dəfə də sanki onları ilk dəfə görürmüş kimi məni valeh edirdi. Mən dərindən nəfəs alaraq dostuma dedim:
-Nahid, görürsən, şəhərimiz günü-gündən necə gözəlləşir. Bakıda bu gözəlliyi yaradan yerli və xaricdən dəvət olunmuş arxitektorlar şəhərimizin milli üslubunu müasirliklə sintez etmişlər. Bilirsən ki, dünyanın bir çox şəhərlərini gəzmişəm, amma belə zövqlə tikilmiş və insanda xoş aura yaradan gözəl şəhərə hələ rast gəlməmişəm. Hətta Türkiyəli dostlarım da etiraf edirlər ki, müasir Bakı dünyanın gözəl şəhərləri sayılan İstanbul, Neapol da Dubaydan geri qalmır.
Nahid isə gözünü yoldan çəkməyərək köksünü ötürür:
-Bilirsən, dostum, iş tək tikib-qurmaqla bitmir. Əslində biz, belə bir gözəlliyi, rahat həyatı bizə bəxş edənə borclu olduğumuzu unutmamalıyıq. Özü də elə bilmə ki, təkcə Bakımızın hüsnü dəyişib. Sən hələ Azərbaycanın bölgələrini gəzsən görərsən ki, rayonlarımız necə gözəlləşib, insanların həyat səviyyəsi yaxşılaşıb. Xalqımız gözəlliyin, əmin-amanlığın içində rahat yaşayır.
Söhbətimizlə uzun yolu qısaldaraq Bilgəh qəsəbəsinə, çimərliyə çatdıq. Burada Kardeoloji sanatoriya yerləşdiyindən avtomobilləri dəniz kənarına buraxmırdılar. Ona görə də maşınımızı xüsusi dayanacaqda park etdik. Nahidin elektron poçtuna işləri ilə əlaqədar axşam vacib bir məlumat gələcəyi səbəbindən avtomobildən əşyalarımızla bərabər onun əl kompyuterini də götürüb sanatoriyanın həyəti ilə çimərliyə doğru yollandıq.
Kardeoloji sanatoriyanın binası ötən əsrin 40-50-ci illərində milli üslubda inşa edilmiş yaraşıqlı bir tikili idi. Həyətində isə sovet dönəmindən qalma çoxlu sayda ağ rənglə rənglənmiş idmançı qadın, ana və uşaq, pioner, qartal və ceyran heykəlləri vardı. Sanatoriyanın ərazisində, əsasən də çimərliyə enən pilləkənlər boyunca əncir ağacları əkilmişdi.
Sahilə çatdıq. Mən dostuma dedim:
-Nahid, deyəsən bir az tez gəlmişik. İndi saat 3 tamamdır. Hələ dənizə girməyin vaxtı deyil. Gün bizi yandıracaq. Günortadan bir qədər ötmüş, gün əyiləndən sonra suya baş vurarıq. Vaxtilə qızmarda çimərliyin “ləzzətini” dadmışam...
Nahid mənimlə razılaşıb sahil boyu quraşdırılmış toxunma qamış çətirlərdən birini gözaltıladı. Əl kompyuterini yaxınlıqdakı kafedə şarj olunmaqdan ötrü qoyandan sonra gətirdiyimiz məhrabaları qumun üstünə sərib paltarlarımızı soyunaraq uzandıq.
Hava təmiz və sakit olsa da günəg öz isti nəfəsi ilə ətrafı yandırıb-yaxırdı. Buna baxmayaraq kölgəsində uzanıb rahatlandığımız qamış çətir bizi bu istidən yaxşıca qoruyurdu. Asta əsən meh və ləpələrin xışıltısı bizə mürgü gətirirdi. Nə vaxt dərin yuxuya getdiyimizi də bilmədik. Hətta necə olubsa, əsən mehin güclənərək çətirimizi aşırmasını da bilməmişik...
Hiss etdim ki, kimsə məni silkələyir. Elə bil onun uzaqdan gələn səsini də eşitdim:
-Ay bala, ay oğul, ayılsana ! Vay, gün yazıqları birtəhər eliyib ki. Ayıl ay oğul, ayıl...
Gözlərimi ağır-ağır açanda qarşımda bizi ayıltmağa çalışan, ağsaçlı kişinin dayandığını gördüm. Yuxulu olsam da gözüm onun əynində sovet ordusu zabitinin boz-yaşıl nimdaş rəngli köynəyini və ayağında əsgər çəkmələrinə bənzər ayaqqabısını aldı. Çimərliyin səsgücləndiricilərindən isə bəstəkar Sergey Nikitinin 30-40-cı illərdə bütün Sovet İttafaqında dəb olan “Rio-Rita” fokstrotu səslənirdi.
Kişi başımızın üstündə dayanıb qayğıkeşliklə haray-həşir salmışdı:
-Heç belə qızmar günəşin altında da uzanarlar? Çətirinizi də külək aşırıb. Bişməcə oldunuz ki...
Mən cəld yerimdən qalxıb, yan-yörəmizə göz gəzdirərək Nahiddən soruşdum:
-Bəs bizim paltarlarımız hanı?
Nahid çiyinlərini çəkdi:
-Nə bilim. Çətirin qarmağından asmışdıq ki... Budey, külək paltarlarımızı da yerə sərib...
Narahatlığım birə-beş artdı:
-Bax gör telefonlarımız, maşının açarı yerindədir?
Ağsaç kişi təəccüblə bizə baxdı:
-Nə telefon, ay bala? Deyəsən gün başınıza o ki var döyüb, sizi gicəlləndirib. Bura ən yaxın telefon qəsəbədəki poçtdadır.
Məni gic bir gülmək tutdu. Necə yəni “ən yaxın telefon qəsəbədəki poçtdadır?”. Özümü boğub təəccüblə ona baxdım:
-Ay dayı, sən nədən danışırsan, mən mobil telefonlarımızı deyirəm. Poçt nəyimə lazımdır...
Bunu deyib, əlimi şalvarımın çibinə saldım və mobil telefonumu gözünün qarşısına tutdum:
-Bax, bunu deyirəm.
Ağsaç kişi diqqətlə telefonuma baxdı:
-Bu nədir balası? Radiodur? Ələ salmısan məni ? İndi deyirsən ki, sən guya telefonu cibində gəzdirirsən ? Bəs onun “şnuru”-məftili haradadır?
İkimiz də mat-məəttəl qalmışdıq.
-Dayı deyəsən bizimlə məzələnir, guya mobil telefon görməyib. Dayı, bu telefonla dünyanın harasıyla istəyirsən danış. Təki balansında pul olsun... Bir də ki, tək siz deyilsiniz. Mənim işlədiyim müəssisənin bufetində də biri var. İndiyə qədər qıyıb özünə bir mobil telefon da almayıb. Dediyinə görə onu qorxudublar ki, bunlar şüa buraxır, orqanizmə ziyandır. Onu başa sala bilmirik ki, müasir insanın həyatını indi bunsuz təssəvvür etmək olmur.
Bayaqdan danışığıma diqqətlə qulaq asan ağsaç kişinin qaşları çatıldı. Çaşqınlıq içində idi, hiss olunurdu ki, sözlərimdən heç nə anlamayıb. Mən yerimdən qalxaraq şalvarımın çibindən siqaret qutusunu çıxartdım və kişiyə də təklif edərək bir siqaret yandırdım. Kişinin gözləri bərəldi.
- Bu nə papirosdur çəkirsiniz?
Gülümsündüm.
-Dayı bu papiros deyil, siqaretdir. Özü də xarici siqaret.
O, yenə də məni başa düşmədi.
- Deyirsən yəni bunu xaricdən gətiriblər?
-Bilmirəm. Amma üstündə ingiliscə yazılıb ki, originalıdır. Xarici şirkətlərin lisenziyası ilə bizdə buraxılır.
O heyrətlə:
-A bala, necə yəni sizdə buraxılır? Siz kimsiniz, nəçisiniz və haradan gəlmisiniz?
Mən yenə gülmək tutdu. İndi buna necə cavab verim ki, məni başa düşsün?
- Biz müstəqil Azərbaycanın azad vətəndaşlarıyıq...
Bu zaman kişi o yan-bu yana boylandı. Gözü ləpədöyənə atılmış taxta parçasına sataşdı. Cəld hərəkətlə qaçıb onu götürdü və oturduğu yerdən qalxmaq istəyən Nahidi başından bərk vuraraq qışdırdı:
-Yerinizdən tərpənməyin! – Sonra arxaya çevrilərək həyəcanlı səslə qışqırdı: – Uşaqlar, bura gəlin! Tez! – deyib, kimləri isə səsləməyə başladı.
Kişinin qara-qışqırığına bir göz qırpımında 7-8 nəfər köhnə hərbi köynəkli və cüssəli adamlar tökülüşüb gələrək bizi əhatəyə aldılar. Başından gözlənilməz zərbə alan Nahid isə ağrıdan qovrula-qovrula kişinin qoparağını götürdü:
-Ay kişi, neynirsən? Dəli olmusan? Sənə nə dedik ki, üstümüzə hücum çəkib, hələ bir məni də vurursan? Bir siqaretə görə adamı belə günə salarlar?
Ağsaç kişi sakitləşmək bilmir, get-gedə daha da qızışırdı.
-Kəs səsini küçük! İndi kimin dəli, kimin ağıllı olduğu məlum olar!
Bunu deyib üzünü çağırışına gələnlərdən birinə tutaraq:
-Qaç təcili milis çağır! Mənim bunlardan gözüm su içmir... Qoy gəlib ayırd etsinlər ki, bunlar kimdilər, nəçidilər, hardan gəliblər, hansı yuvanın quşudurlar! – deyib, bizi gözdən qoymadı.
Oğlan qaça-qaça sahildən sanatoriyaya qalxan pilləkənlərə doğru getdi. Ağsaç kişi tam hövsələdən çıxmış, əsəbi halda bizi yenidən sorğu-suala tutdu:
- Bayaq ayılanda maşının açarını soruşurdun. Deyirsən maşın da sürürsünüz? Hə, maşınınız hardadır?
Əsəbimdən boğulsam da özümü ələ almağa çalışırdım. Bir qədər yalvarıcı səslə kişini yumşaltmaq istəyirdim.
-Ay dayı, qurban olum, axı nə olub, biz neynəmişik ki? Məgər burada siqaret çəkmək qadağandır? Maşınımızı da yuxarıda dayanacaqda saxlamışdıq. Bilmək istəyirsənsə, deyim ki, özü də Hondadır, yapon maşını.
Kişinin gözləri bərəldi:
-Honda ? Yapon? Hər şey aydın olur deyəsən...
Bu zaman sahilə enən pilləkənlərdən bizə doğru qaçan, lap 40-50-ci illərin kinolarındakı kimi geyinmiş 3 ağ kitel və furaşkalı, göy şalvarda, qırmızı paqonlu hərbçini gördük. Sağdan isə köhnə modeldə bir Uaz avtomobili yüksək sürətlə sahil qumunu yararaq bizə tərəf şütüyürdü.
Burda deyiblər e, yaman yerdə axşamladıq. Əməlli-başlı dilxor olmuşduq.
- Ay dayı, bu nə kinodur? Biz neyləmişik axı?
Bu zaman qaçaraq bizə yaxınaşan köhnə uniformalı hərbçilərdən biri əvvəlcə əsgər salamı verərək özünü təqdim etdi:
-Milis leytenantı İbrahimov. Nə baş verib burada? Bunlar kimdilər?
Ağsaç kişi isə taxtanı əlindən yerə qoymayaraq cəsus tutmuş kəşfiyyatçı kimi dil-dil ötdü:
-Bunların bir sənədlərini yoxlayın. Üstlərində dediklərinə görə rabitə vasitəsi və xarici siqaretləri də var. Özləri də hətərən-pətərən danışırlar...
Milis leytenantı yan cibindən çıxardığı ağ yaylığıyla boyun-boğazıın tərini sildi, üzünü bizə tutaraq sakit, amma amiranə səslə dedi:
-Vətəndaşlar, xahiş edirəm, sənədlərinizi təqdim edəsiniz...
Biz əyinimizi geyinərək köynəyimizin cibindən şəxsiyyət vəsiqələrimizi çıxarıb ona təqdim etdik. Milis leytenantı şəxsiyyət vəsiqələrinə ilk dəfə görürmüş kimi təəccüblə baxaraq yanındakı milis nəfərlərinə dedi:
-Hər şey aydınıdr... Həbs edin bunları.
Elə bu sözü demişdi ki, onunla gələn iki milis nəfəri tapançalarını çıxardaraq bizə tərəf tuşladılar, o isə gəldikləri avtomobilə sarı gedib, ordan götürdüyü iki ədəd qandalla əllərimizi qandalladı. Bu zaman çimərlikdə başımıza yığışan camaat və bayaq bizi mühasirəyə alan kişilər maraqlarından onu sorğu-suala tutdular:
-Yoldaş leytenent, bunlar kimdilər axı? Sənədlərində nə yazılıb? Haradan gəliblər? Cəsusdular?
O isə cavab vermədən əlinin işarəsilə onlara bizi avtomobilə əyləşdirməyi əmr edərək amiranə səslə dedi:
-Belələri haqqında eşitmişdim, amma görməmişdim... Heç nə deyə bilmərəm... Bölmədə hər şeyi aydınlaşdırarlar...
Beləliklə, bizi milis bölməsinə gətirdilər. İkimizi də yarıqaranlıq, barmaqlıqla bağlı aynabəndi otağa salıb, yerə bərkidilmiş stulda əyləşdirdilər. Bu zaman diqqətimi qarşımızdakı masanın üzərində “Kommunist" qəzeti cəlb elədi. Mən çiynimlə dostumu dümsükləyərək gözlərimlə ona stolun üstündəki qəzetə baxmasını işarə etdim. Bir qədər dikələrək qəzetə yaxından baxdıqda sanki şoka düşdüm. Bu necə ola bilər! Axı mən “Kommunist”i hələ uşaq vaxtı, özü də demək olar ki, hər gün evimizdə görürdüm... Əslində məni heyrətə salan həm qəzetin adı (indi bu qəzet “Xalq” qəzeti adı ilə nəşr olunur), bir də buraxılış tarixi idi: 18 avqust 1957-ci il...
Mən hələ də nə olduğunu anlamayan dostuma sarı əyilib astadan dedim:
-Nahid, deyəsən biz keçmiş zamana düşmüşük... Heç inanılası deyil, amma bu belədir, biz 1957-ci ildəyik. O ildə ki, Amerika ilə SSRİ arasında soyuq müharibə gedir. Bayaq uçmuş çətirin yanında başımızın üstünü alan, təpənə taxta parçası ilişdirən hərbi köynəkli o ağbaş kişi, bizi dövrəyə almış köhnə dəbli paltarda olan o kənd uşaqları, ikimizi də qamarlayıb buraya gətirən o milislər... Bunlar hamısı keçmişin adamlarıdır, qardaşım. Biz 1957-ci ildəyik... Üstümüzdən çıxan əşyalara, pulumuza, sənədlərimizə və hətta siqaretə görə bizi hələ ən yaxşı halda bu zamanın qanunlarına görə Sibirə sürgün gözləyir...
Başımıza gələnlərdən məndən də betər halda olan Nahid köksünü ötürdü:
-Düz deyirsən,qardaş. Oturduğumuz yerdə işə düşmək buna deyərlər...
Bu zaman otağın qapısı sürətlə açıldı, içəri ağ kitelli, qırmızı paqonlu mayor və bayaq bizi bura gətirən leytenant və beşaçılan tüfənglə silahlanmış iki sıravi milis nəfəri girdi.
Bu dəm dostum yadına nəsə düşmüş kimi sakit halda üzümə baxaraq dedi:
-Narahat olma, bunlarla dil tapımağa çalışacağam. Mənim polisdə tanışlarım çoxdur. Görərsən, onların adını verən kimi bizi azad buraxacaqlar...
Mən isə kədərlə ona baxdım.
- Ay hay, sən nə danışırsan? Unutdun? Biz 1957-ci ildəyik. Burda nə tanış, nə polis? Bunlar da ki, milislərdi...
Nahid özünü toplayıb milis mayoruna müraciət etdi:
-Hörmətli cənab rəis...
Bu sözdən sanki diksinən mayor acıqla, nifrət dolu baxışlarla onu süzüb sözünü ağzında qoydu:
-Mən cənab deyiləm, vətəndaş! Onu öz gəldiyin yerdə səni bura göndərənə deyərsən! Mən milis mayoruyam, mənə yoldaş mayor deyə müraciət et!
Nahid məsələni anlayıb səhvini “düzəltdi”:
-Yoldaş mayor, bizim heç bir günahımız yoxdur.. Axı biz nə etmişik ki? Hamı kimi çimərlikdə istirahət edirdik. Heç kimlə də işimiz olmayıb. Biz yaxşı oğlanlarıq, özümüzə görə də mərifətimiz var. Anlaşarıq, dil taparıq...
Mayor bir qədər yumşalsa da yola gəlmək, anlaşmaq istəmirdi.
-Əzizim, mən sizinlə müəyyən anlaşmaya gələ və sizi hətta əhv edib burdanca buraxardım. Məni tanıyanlar bilirlər ki, xeyirxah insanam. Amma bəs üstünüzdən tapılan əşyalar necə olsun? Yox, bu mümkün olan iş deyil. Sizi hələ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları dindirəcəklər. Onlar bölməyə gələnə qədər sizə cavabdehəm. Cəsusları “dopros” etməyə ixtiyarım yoxdur. Mən milis nəfəriyəm, asayiş gözətçisi, çekist deyiləm. Əgər dediyiniz kimi Bakıda anadan olubsunzsa, ən yaxşı halda sizi cəzanın ən ali forması gözləyir...
Nahidin narahatçılığı birə-beş artmışdı.
-Sən ölməyəsən, zibilə düşmüşük də...
Elə bu zaman dəhlizdə hay-küy, ayaq səsləri eşidildi, az keçməmiş qapı açıldı içəri dörd nəfər qəhvəyi rəngdə hərbi geyimli və göy papaqlı hərbçi daxil oldu. Onlar bizi dəvə nalbəndə baxan təki başdan-ayağa süzdülər.
-Qəhrəmanlarımız bunlardır?
Hərbçilərin qabağında farağat durmuş milis mayoru ələ keçməyimizlə bağlı ətraflı məlumat verdi:
-Bəli! Tərəfimizdən həbs olunaraq zərərsizləşdirilmiş və siz gələnə qədər nəzarət altında saxlanılmış şəxslər bunlardır. Sənədləri, pul əskinazları və üstlərindən çıxan radiotexniki qurgular da protokollaşdırılmışdır.
Onlardan biri yaxınlaşaq kinayəli baxışlarla bizi süzdü:
-Ну и вот… Попались голубчики... Прилетели… Пора вас вывести на чистую воду! Ваши ровестники на войне жизнь отдавали, а вы чем занимаетесь и вот на чем попались…
Sonra isə əli ilə həmkarlarına bizi aparmalarını işarə etdi. Tutulduğumuz andan bizi nəzarətdə saxlayan milis mayorunun əlini sıxaraq ona təşəkkür etdi:
-Обявляю благодарность за бдительную работу !
Beləcə, bizi Dövlət Təhlükəsizlik Komitəsinə, indiki Pedaqoji Universitetlə özbəüz binaya gətirdilər. Hər ikimizi kobudcasına avtomobildən düşürdərək uzun dəhliz boyu aparıb səliqəli bir otağa saldılar.
Üz-gözündən peşmançılıq və dilxorçuluq yağan Hahid mənə baxıb, köksünü ötürdü:
-İndi biz neyləyəcəyik? Düzdür, belə baxanda inanmağım gəlmir, amma deyəsən biz doğurdan da Xruşşov dövründəyik. Üstümüzdən çıxanlar onların müasir radioötürücü cihaz saydıqları mobil telefonlar, Müstəqil Azərbaycan Respublikasının gerbi olan sənədlərimiz, Azərbaycan manatı, geyimimiz, hətta siqaretimiz və alışqanımız belə xarici kəşfiyyat cəsusu olmağımıza böyük şübhə yaradır. Bizim axırımız necə olacaq? Güllələyəcəklər bizi? İndi kimə nəyi sübut edəsən? Bunlara necə izah edəsən ki, biz yazıqlar özümüzdən xəbərsiz keçmişə düşmüşük... Bizim bu dövlətə, cəmiyyətə qarşı heç bir məkrli planlarımız yoxdur... Hardasa oxumuşam ki, repressiya dövründə bu binanın zirzəmisində adamları güllələyib birbaşa dənizə atırmışlar... İndi düşdüyümüz bu dövrdə də cəsuslara qarşı münasibət çox pis, dözülməzdir. Bəs bizim aqibətimiz necə olacaq?
Mən başımı itirmişdim.
-Bilmirəm, Nahid, bilmirəm... Başımıza gələnlərə mat qalmışam. Elə bilirəm yuxudayam, kaş gördüklərim doğrudan da yuxu olaydı...
Bu zaman otağın qapısı sürətlə açıldı və içəri təmiz, səliqəli geyimdə ucaboy, gənc bir zabit daxil oldu. O, əlindəki qovluqları stolun üzərinə qoyaraq bir müddət əlləri bağlı vəziyyətdə oturan Nahidi və məni gözaltı süzdükdən sonra masanın yanındakı düyməni basıb, növbətçini çağıraraq əmr verdi:
-Açın bunların əlini...
Növbətçi zabit qolumuzdakı qandalları açdı. Bayaqdan arxaya qanrılmış əllərimizin keyidiyini hiss etdik. Qollarımızı ovuşdurmağa başladıq. O isə bizim sənəd və telefonumuz olan çantanı açıb oradakı əşyaları asta-asta stolun üstünə düzdü. Mənalı baxışlarla bir əşyalara, bir də bizə baxaraq əlini kitelinin sağ cibinə saldı və papiros qutusu, kibrit çıxardaraq bizə təklif etdi:
-Çəkirsiniz?
Bayaqdan siqaretlərimiz müsadirə olunduğundan bir neçə saat idi ki, şokda, həyəcan içindəydik. Odur ki, təklifi dərhal qəbul etdik:
-Çox sağ olun, yoldaş zabit. İcazənizlə...
Adama bir papiros yandırıb acı tüstünü ciyərimizə çəkdik. Oğurluq üstündə tutulmuş adamlar kimi peşman-peşman zabitə baxdıq. Nahid bir az əvvəl çimərlikdə taxta parçası ilə başından vurulan zərbənin ağrısından ufuldayaraq üzgün səslə dedi:
-Heyf deyildi öz zəmanəmiz... Necə istəyirsən yaşa, nə istəyirsən geyin, hansı siqareti istəyirsən çək, hansı partiyaya istəyirsən üzv ol... Hələ bəzi qədirbilməzlər bu dövrə də ağız büzüb bəyənməzlik edirlər. Elə ən rahat, azad zaman da rəhmətlik ulu öndərin bizə miras qoyub getdiyi dövrdür.
Bu zaman zabir təkəbbürlə:
-Siz hansı dövlətdən gəlmisiniz? Kimdir sizin o ulu öndər ?
Ürəyimdı dedim: Belə sual ver, mən də sənə bülbül kimi cavab verim!
-Bizim ulu öndərimiz bizə, yəni XX əsrin axırlarında Azərbaycan xalqına tarix boyu ən böyük azadlıq və demokratiya bəxş edən Heydər Əliyevdir!
Bu zaman zabit təəccüblə, bir qədər də təbəssümlə bizi süzərək ayağa qalxdı və öz-özünə deyirmiş kimi, astadan səsləndi:
-Deyəsən o mənim adaşımdır.... Hə, əvvəlcə özümü təqdim edim: Dövlət Təhlükəsizliyi Komitəsinin əks kəşfiyyat zabiti, müstəntiq Heydər Əlirza oğlu Əliyev...
Necə? Heydər Əlirza oğlu Əliyev? Əməllicə çaşmışdıq. Heyrət, təəccüb dolu nəzərlərlə ona baxırdıq. Araya sükut çökmüşdü. Bu rəsmi təqdimatın arxasında olan məlumatlar bizə gün kimi aydın idi. Yəni, real həyatda onunla belə yaxından ünsiyyətdə olmadığımıza baxmayaraq, ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolunu onun şəxsiyyətinə olan dərin sevgimiz sayəsində əzbər bilirdik.
Mən yerimdən ayağa qalxaraq soruşdum:
-Yoldaş Əliyev, Siz 1957-ci ildə, e, lap çaşdım, bu il Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirməmisiniz?
Bu dəfə O, soyuq, həm də ciddi nəzərlərlə bizə baxaraq dedi:
-Xahiş edirəm, əyləşin və mənim icazəm olmadan ayağa qalxmayın!
Mən üzr istəyərək yerimə əyləşdim və tam çaşqın halda, özü də sıxılmış, pərt olmuş vəziyyətdə onu seyr etməyə başladım. Elə bu vaxt onun sakit, məğrur səsini eşitdik:
-Bəli, mən həqiqətən də Tarix fakültəsinin tələbəsiyəm. Amma Bakı Dövlət Universitetinin yox, Azərbaycan Dövlət Universitetinin.
Sonra səsinin ahəngi dəyişmədən, əksinə, bir qədər də bizə kömək etmək istəyirmiş kimi qayğıkeşliklə sözünə davam etdi:
-Hələ ki haradan, hansı dövlətdən göndərildiyinizi bilmirəm, amma deyəsən sizin kəşfiyyat orqanlarınız bizim idarə və müstəntiqlər barədə heç də az məlumata malik deyil. Bunu elə ilk söhbətimizdən ayrıd etdim. İndi isə nə baş verib, siz kimsiniz və bura necə gəlib düşmüsünüz – hamısını özünüz olduğu kimi mənə danışacaqsınız...
Biz ikimiz də yerimizdə hərəkətə gəldik, hər şeyin aydınlaşacağına inamımız yarandı. Onu da hiss etdik ki, bu, bizim uzun söhbətlərimizdən sonra baş tutacaqdı. Amma əvvəlcə bu dolaşıqlığa aydınlıq gətirməli idik.
-Yoldaş Əliyev, nə kəşfiyyat, nə dövlət? Biz sizin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldiyiniz vaxtları yaxşı xatırlayırıq. Müstəqilliyimizin bərpasından sonra dövlətçiliyimizin möhkəmləndirilməsinin təməlini qoyaraq yeni inkişafa apardığınız azad Azərbaycan Respublikasının vətəndaşlarıyıq.
O yenə də bizim nəyisə dolaşdırdığımızı, yaxud da fantastik xülyalar aləmində azıb qaldığımızı güman etdiyindən sanki bizi özümüzə, real həyata qaytarmaq istəyirdi:
-Başa düşmədim, indi də mənə nağıl danışmaq qərarına gəlmisiniz? Nə gələcək? Düzdür, mən öz doğma vətənim Sovet Azərbaycanını çox sevirəm! Onun üçün də vətənimin təhlükəsizliyini sizin kimilərdən qorumaq, təmin etmək üçün məhz Təhlükəsizlik orqanlarında çalışmağı məsuliyyətli və şərəfli vəzifə hesab edirəm.
Bu dəfə Nahid dilləndi:
-Yoldaş Əliyev, biz yalançı deyilik. Sizə yalan danışmaq isə fikrimizdən belə keçə bilməz. Sadəcə, Sizə kim olduğumuzu dedik... Əgər icazə versəniz bura, bu zaman kəsiyinə, keçmişə necə düşdüyümüzü bilməsək də özümüz haqında geniş məlumat verərik, az bir vaxtda başımıza gələni danışarıq. – Nahid sözünün kəsiləcəyindən qorxurmuş kimi, cəld söhbətinə davam etdi. – Biz çimərlikdə istirahət etməyə gəlmişdik. Əgər bizə inanmırsınızsa, icazə verin Sizə Azərbaycanın xoşbəxt gələcəyi naminə və müstəqilliyimizin qorunması yolunda gələcəkdə sizin görəcəyiniz böyük işlər barədə qısaca məlumat verək.
O, təmkinini pozmadan, amma amiranə səslə dedi:
-Mən çox səbrli adamam. Amma bu heç də o demək deyil ki, siz bundan sui-istifadə edə bilərsiniz. Bir də ki, burada sualları mən verirəm! Lazım olan cavabları da almışam! Və unutmayın ki, insanı keçmişə və ya gələcəyə apara bilən heç bir sehrli xalata da inanmıram!
Canımı yeni bir qorxu aldı, odur ki, həyəcanla dedim:
-Yoldaş Əliyev, sizdən xahiş edirik ki, bizi dinləyəsiniz. Bizim sehirli xalatımız da yoxdur. Bu zaman kəsiyinə də özümüz bilmədən gəlib düşmüşük. Rica edirik, bizə bir neçə dəqiqə vaxt verin...
O, sakit tərzdə dedi:
-Əşyalarınıza, sənədlərinizə artıq baxmışam... Yaşadığımız indiki zəmanədə belə sənəd, avtomobil açarı, papiros, pul əskinazları, qazla işləyən çaxmaq və telefon adlandırdığınız bu radioqurğunu hazırlaya biləcək bir şəxs və müəssisə hələ ki, tanımıram. Amma...
Mən bu pauza anından istifadə edərək yalvarıcı səslə yenidən Ona üz tutum:
-Amma yoldaş Əliyev, sizə olan böyük hörmətimiz sayəsində icazə verin, izahat verək. Deyəcəklərimizə inanmağınız üçün isə gələcəkdə sizin Azərbaycanı və azərbaycanlıları tarixən olmayan bir dövlət və xalq kimi qələmə verib, parçalayıb dağıtmaq istəyən düşmənlərə verdiyiniz kəsərli cavabınızdan başlayım...
-Buyurun. Ancaq...
Nə yaxşı ki, O, bizə imkan verdi! Mən bu fürsətdən vicdanla və səmimiyyətlə yararlanmalıyam.
-Yoldaş Əliyev, Siz həmişə fəxr etmisiniz, bu gün də fəxr edirsiniz ki, Siz azərbaycanlısınız!
Bu sözlərimdən sonra o əlindəki qələmi yerə qoyaraq bizi diqqətlə süzdü, elə bil üzünə yeni bir işıq gəldi və sanki baxışları ilə sözümü davam etdirməyə icazə verdi. Özüm özümü ruhlandırdım: Buyur, ürəyində ona bəslədiyin inamı, məhbbəti həyat və fəaliyyətinə bələd olan bir Azərbaycan vətəndaşı olaraq, səmimiyyətlə etiraf et!
-Bax bu zamanlarda, yəni indi: şəxsi səadətinizə, ülvi sevginizə qovuşmaq yolunda sizə mane olmağa çalışan məkrli insanlara qarşı apardığınız mübarizə və bu mübarizədə qalibiyyətiniz isə tək sizin ailə səadətinizə deyil, gələcəkdə bütün Azərbaycan xalqının İlhamına, xoşbəxtliyinə və qürür mənbəyinə çevriləcəkdir!
O, qısa bir sükutdan sonra:
-Sizə 10 dəqiqə vaxt verirəm...
Mən və dostum növbə ilə, həm də hissə-hissə Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin 10 may 1923-cü ildən başlayan həyat tarixçəsini və siyasi fəaliyyəti haqqında özünün dediyi kimi, qısa bir vaxtda, həm də heç nəyi unutmadan, əhatəli şəkildə danışmağı qərara aldıq:
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Qəflsən başlayan İkinci dünyamüharibəsi ona təhsilini başa çatdırmağa imkan verməmişdir…
Burdan belə Heydər Əliyevin 1941-ci ildən doğma Naxçıvan şəhərindən başlayan həyat yol u, əmək fəaliyyətinin ardıcıl olaraq davam etdiyi illər, dövlət təhlükəsizliyi orqanlarına işə göndərilməsi, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil alması və 1957-ci ildə isə böyük məbədgah sayılan Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirməsi və Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışdıqdan sonra Onun 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilməsi, 1967-ci ildə isə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi aldığını ilini, gününü səhv salmadan, özü də ardıcıllıqla danışmağa başladılar...
Söhbətlərarası cavanlar görürdü ki, Heydər Əliyev onları necə diqqətlə və böyük səbrlə dinləyirdi. Bu, onlara yeni güc və həvəs verməklə, bu böyük, tarixi şəxsiyyətin, ictimai-siyasi xadimin hələ qarşıdan ölkənin və xalqın həyatına bir günəş təki saçıldığı illərini böyük şövqlə, məhəbbətlə danışmağa, təsvir etməyə ruhlandırdı. Bəli, bu müdrik şəxsiyyətin yaşadığı illər başdan-başa xalqı və dövləti üçün göstərdiyi xidmətlərlə o qədər zəngin idi ki, bütün bunları bir araya gətirərək indiki dinləmə vaxtında əhatə etmək çox çətin idi. Bir də ki, hər dəqiqəsini xalqı, vətəni üçün böyük işlər görən, onu canavar xislətli düşmənlərdən qorumağın yollarını arayan bir vətən, xalq aşiqinin vaxtına girmək böyük günah olardı. Odur ki, dostlar bu böyük ömür yolunu nağıllarda olduğu kimi yüyrək bir dillə xatırlatmağa çalışırdılar. Hiss edirdilər ki, bu böyük şəxsiyyət, müdrik insan hər şeyi doğru, düzgün və ədalətlə qiymətləndirməyi bacarandır...
Onlar bu böyük şəxsiyyətin parlaq həyatının xalqın taleyinə işıq təki saçıldığı o günü – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə bu iti zəkalı, uzağı görən siyasətçinin, dəmir əlin sahibinin gücü sayəsində idarəçiliyin möhkəmləndirilməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlərin əldə edildiyi də xatırlandı. Ardınca ömrün yüksəliş illərinin bir pilləsində – 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilməsi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi də fəxarət hissi ilə yada salındı. Bu illərdə O, bir azərbaycanlı olaraq böyük çətinliklər, həsəd və paxıllaqdan doğan maneələr içərisində öz dəyanətini, məğrurluğunu itirmədən vətəninin başının üstünü almış təhlükələri mərdliklə uzaqlaşdıra bilmişdir. Zamanı gələndə özünün istəyi ilə bu vəzifədən istefa verməyi də bacarmışdır...
Bu dahi insanın həyatı başdan-başa əziyyətlər, mərhumiyyətlərlə dolu olub. Lakin o Azərbaycanın inkişafı, müstəqil dövlət kimi qüdrətli olması yolunda cəsarətlə mübarizə aparmışdır. Bu yolda bir səməndər quşu kimi özünü odlara yaxması, yalnız vətəninə, xalqına, onun dilinə bəslədiyi böyük məhəbbəti sayəsində olmuşdur... Dostlar söhbətlərində bu böyük şəxsiyyətin nadir keyfiyyətlərini də xatırlatmaqla, özlərinin də Ona böyük inamlarını bildirirdilər.
Əlbəttə, onun ömür yolu fədakarlıqları, qurub-yaratmaqla, həyatımızın bütün sahələrində inkişafa təkan verdiyi xidmətləri ilə zəngin idi. Biz Heydər Əliyevə bütün bunları, üstəlik, xalqın ağır illərində, 1990-cı ilin qanlı 20 yanvar hadisələrində xalqının böyük oğlu kimi səsini ucaltdığını, ona siyasi qiymət verdiyini də unutmadığımızı izhar edirdik...
Vaxt ötdü, zaman keçdi. Elə bir məqam da gəldi ki, ölkə xarici və daxili düşmənlərin caynağında çabalayırdı. Azərbaycanın tikələnmək, parçalanmaq qorxusu yaranmışdı. Belə bir vaxtda xalqın içindən onun boyu göründü. Vətənin xilası yalnız bü qüdrətli, güclü, vətənpərvər oğulun gücünə, qüdrətinə möhtac idi. Odur ki, xalqın təkidli xahişlərini nəzərə alan Heydər Əliyev yenidən hakimiyyətə gəldi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ölkə dağılmış vəziyyətdə idi. Onu dirçəltmək, yenidən qurub-yaratmaq lazım idi. Heydər Əliyev bütün bunları bacardı... Mən də, dostum Nahid də hadisələrin təfərrüatına varmadan, ancaq olduqca mühüm məqamları Heydər Əliyevə danışdıqca onun gözləri hara isə uzaqlara dikilir, üzü nurlanırdı. Nəsə düşünür, xəyallara dalırdı. Amma bizi də çox diqqətlə dinləyirdi...
Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu. Bundan sonra ölkənin hərbi və iqtisadi qüdrəti dirçəlməyə, mədəni inkişafımız yüksəlməyə başladı...
Mən də, Nahid də bu dirçəliş, yüksəliş illərini ehtiva edən dövlət və xalq əhəmiyyətli hadisələri bir-birinin ardınca söyləməkdə davam edirdik. İçimizdə isə sevincimiz aşıb-daşır, üz-göümüz nurlanır, ona ali bir şəxsiyyət, dövlət xadimi olaraq bəslədiyimiz böyük ehtiramı səmimiyyətlə açıqlaya bildiyimizdən bir rahatlıq duyurduq. Onu da qeyd edirdik ki, O, özünün yenidən qurub-yaratdığı Azərbaycanın memarıdır. Əlbəttə, bu təkcə bizim deyil xalqımızın ona verdiyi dəyər idi. Çünki bu vüsətli inkişafın nəticəsi idi ki, xarici dövlətlərin ölkəmizə olan marağı artır, onlar bütün sahələrdə bizimlə əməkdaşlığa başlayırdılar. Azərbaycanda baş verən bütün tarixi hadisələr, ölkə naminə atılan iri addımlar, uğurla həyata keçirilən irimiqyaslı layihələr də məhz bu böyük İnsanın adı ilə bağlı idi. Və nə xoş ki, Heydər Əliyevin ideyaları, siyasi kursu bu gün onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən böyük səriştə və bacarıqla davam etdirilir...
Heydər Əliyevin gələcəkdə, hələ 1969-cu ildə Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi və 1993-cü ildə ümumxalq səsverməsi yolu ilə Müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndən sonra onun xalqı üçün gördüyü əvəzsiz və tarixi xidmətləri haqqında, 1957-ci ildə Dövlət Təhkükəsizlik Komitəsinin gənc əməkdaşı, əks kəşfiyyat şöbəsinin zabiti, yoldaş Heydər Əliyevə danışıb sözümüzü tamamladıqdan sonra ortaya dərin, bir qədər də uzun sürən bir sükut çökdü. Bu sükutu yalnız otaqda olan böyük və kəfkirli qara saatın səsi pozurdu.
Hələ izahatımız zaman bizi diqqətlə dinləyən və əşyalarımıza göz gəzdirən yoldaş Əliyev birdən özünəməxsus tərzdə dodaqaltı gülümsünərək dedi:
-Dediklərinizin həqiqət olub-olmadığını dəqiq bilmirəm. Amma müəyyən qədər, hələ heç bir kəsin bilmədiyi, mənim hələ ki, yalnız xəyallarımda dolaşan, qəlbimə hakim kəsilən gələcək arzularım barədə danışdınız. Bu da sizin fəhminizdir. Bəs gələcəkdən gəlmənizi daha nə ilə sübut edə bilərsiniz?
Deyəsən, üzümüzə gün doğurdu. Mən qəlbimə axan inam işığını gizlətmədən sevinclə dilləndim:
-Yoldaş Əliyev, bizim saxlanıldığımız yerin yaxınlığındakı açıq kafedə dostumun əl kompyuteri şarjdadır. Əgər ora qayıdıb və bu kompyuteri bura gətirsələr, biz Sizə danışdıqlarımızı kompyuterin yaddaşından bir film kimi də nümayiş etdirə bilərik.
O, təəccüblə, amma sakit səslə heyrətini gizlədə bilmədi:
-Əl kompyuteri? Şarj? Kompyuterdə film?
Mən cəld əlavə etdim:
-Bəli, axı biz XXI əsrin 2-ci onilliyindən gəlmişik...
O, müdrikcəsinə, səbrlə bu fikirlərin qarşılığında özünün də bu hadisəyə yanaşmasını açıqladı:
-Gəlin belə danışaq... Onsuz da mən sizi şübhəli şəxs qismində yaxalandığınız hadisə yerinə aparıb izahat almalıyam. Elə siz deyən o cihazı da oradakı kafedən götürüb, bir dəlil kimi o filmi göstərərək məni gələcəkdən gəldiyinizə inandırmalısınız. Əgər, bu inamı yarada bilməsəniz...
Bu dəfə Nahid sevincək dilləndi:
-Razıyıq, yoldaş Əliyev. Təki ora çatıb hər şeyi sizə göstərə bilək. Onda Siz bizə inanacaqsınız. Sizin inamınızı qazanmaq da bizə böyük şərəfdir.
Beləcə, növbətçi zabit tərəfindən yenidən əllərimiz qandallandı. Bizi yenidən qəhvəyi Uaz avtomobilinə mindirdilər və zabit Əliyevin rəhbərliyi və 2 nəfər də hərbi konvoyun nəzarəti altında çimərliyə gətirdilər.
Burda bizi avtomobildən düşürdülər. Nahidlə mən konvoyların müşayiəti ilə yaxınlıqdakı kafeyə, əl kompyuterinin arxasınca yollandıq. Zabit Əliyevin də bizimlə gəlib-gəlmədiyini bilmək üçün gedə-gedə arxaya boylananda Onun bizi mehriban nəzərlərlə, işıqlı simasından süzülən təbəssümlə arxamızca baxdığını gördük...
... Bu nədir? Elə bil kimsə üzümə su çiləyir... Qulağıma qarışıq səslər gəlirdi.
-Ay bala, ay oğul, ayılsanız! Gün sizi yandırdı ki!
Gözlərimi açanda özümüzü sahildə uzanmış vəziyyətdə, bir neçə nəfəri də başımızın üstündə gördüm. Onlardan yaşlısı qayğıkeşliklə xəəbər aldı:
-Ay oğul, yaxşısınız? Başınız gicəllənmir ki? Belə qaynar istidə açıqlıqda uzanıb yatmaq olar? Çətirinizi də külək aşırıb. Gör bir rənqiniz nə gündədi, bizi yaman qorxutdunuz. Vəziyyətiniz necədir? Bəlkə həkim çağıraq?
Mən bu qarışıqlıqda hələ bir şey anlamırdım. Odur ki, key vəziyyətdə xəbər aldım:
-Bir haradayıq?
Kişi halımıza yanırmış kimi vaysılandı:
-Vay, yazıq uşaqlar. Heç harda olduqlarını da bilmirlər... Ay bala, çimərlikdəsiniz, Bilgəhdə... Gün təpənizə yaman döyəcləyib...
İkimiz də yerimizdən qalxaraq küləyin aşırtdığı toxunma qamış çətiri yerinə bərpa etdik və bizə yardım edənlərə isə minnətdarlıq bildirərək hər şeyin normal olduğunu söylədik.
Bu zaman Nahid bir az yorğun, bir qədər də həyəcanla dedi:
-Yatmışdıq... Heç bilirsən yuxuda nə gördüm? Bayaq gələndə yolda söhbət edirdik eee... Danışsam inanmazsan... Amma bu realdır...
Mən də böyük bir sirr açırmış kimi dostuma tərəf astadan səsləndim:
-Nahid, mən də onu gördüm. Üzbəüz, rahatca söhbət edirdik.
Yəqin etdim ki, Nahid söhbətin kimdən getdiyini bilsə də, qəhrəmanımın adını dilimdən eşitmək istəyirdi.
-Kimi?
-Necə kimi?! Onu – ulu öndər Heydər Əliyevi!
Mən çətirin altında əyləşərək yerimi rahatlayıb ona yuxuda gördüklərimi danışmaq istəyirdim ki, birdən çimərliyin səsgücləndiricilərdən ətrafa Rəşid Behbudovun ifasında səslənən bəstəkar Cahangir Cahangirovun “Alagöz” mahnısı yayıldı. Mahnı səsləndikcə qəlbimizə sanki xoş duyğular axır, biz də bu ecazkar mahnının sədaları altında özümüzü rahat və xoşbəxt hiss edirdik...
Nicat Kamran oğlu
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
Fəlsəfə üzrə fəlsəfə doktoru
Baxış sayı: 2 127
Bölməyə aid digər xəbərlər

13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır
12-10-2024, 19:55
Azərbaycan Universitetində Mirzə Ələkbər Sabir irsi və ədəbi dilə həsr olunmuş tədbir keçirilib
12-10-2024, 10:47
Ədəbiyyat müəllimi erotik fotolara görə töhmət alıb
28-09-2024, 21:57
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
28-09-2024, 21:51
Vüqar Əhməd: "Allahımızın üzü dönüb"
2-08-2024, 14:53
Mirzə Ələkbər Sabir Fondu yeni layihənin icrasına başlayıb
1-08-2024, 13:22
“Cəfər Cabbarlı - ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihənin icrasına başlanılıb
12-06-2024, 23:33
Professor Mahirə Hüseynova Turan Elmlər Akademiyasının akademiki seçilib
9-06-2024, 15:53
"Zəfəri yaşadanlar” kitabının təqdimat mərasimindən-VİDEO+FOTOLAR
6-06-2024, 14:52
Sumqayıtda Mikayıl Müşfiqin anım mərasimi keçirilib-VİDEO+FOTOLAR
1-05-2024, 21:08
Rusiya yazıçılarının kitablarının 170-dən çox nadir nəşri Avropa kitabxanalarından yoxa çıxıb
27-04-2024, 00:42
ƏZƏL-AXIR SÖZ QALACAQ DÜNYADA
26-04-2024, 11:47
AMEA NİZAMİ GƏNCƏVİ ADINA İNSTİTUTUN 90 İLLİYİ
19-04-2024, 12:41
"SUMQAYIT! ƏBƏDİ YAŞA" LAYİHƏSİ mərhum şair Sabir Sarvana həsr olunmuşdu
17-04-2024, 21:58
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova Dünya Söz Akademiyasının fəxri akademik üzvü seçilib
28-03-2024, 23:35
ZİYALI ÖMRÜNÜN AKKORDLARI...
26-03-2024, 14:48
Şeirlər-İSMAYIL MƏRCANLI İMANZADƏ
7-03-2024, 23:27
VÜQAR,ƏHMƏD TÜRKSOY- UN QIZIL MEDALI İLƏ TƏLTİF OLUNUB
7-03-2024, 23:12
Kostomarov "Qanqster Peterburq" serialından mahnı oxudu
11-02-2024, 00:49
Sumqayıtda şair Sabir Yusifoğlunun xatirə gecəsi keçirilib-VİDEO+FOTOLAR
30-01-2024, 14:54
Dramaturq Aleksandr Gelmanı avtomobil vurub
26-12-2023, 20:56
Jurnalist və yazıçı Valeri Şamşurin vəfat edib
21-12-2023, 23:29
BACI İTİRMİŞƏM-VÜQAR ƏHMƏD
19-12-2023, 15:51
“Ərəb mənbələrində azərbaycanlı alim və ədiblər (VII-XVII əsrlər)” adlı kitab nəşr olunub
19-12-2023, 15:05
Təhlükəsizlik qüvvələri Akuninin kitablarını nəşr edən nəşriyyata gəlib
30-11-2023, 23:25
BİR ŞAİR YAŞAYIR MİNGƏÇEVİRDƏ...
28-11-2023, 16:41
Ankarada Sadiq Qurbanovun kitabının təqdimatı olub – FOTO
27-11-2023, 10:45
İrlandiyalı Pol Linç 2023-cü il üçün "Man Booke"r mükafatını qazandı
1-11-2023, 11:19
Buninin qardaşı qızı 100 yaşında dünyasını dəyişib
18-10-2023, 21:25
ŞAİRİN OXUCULAR QARŞISINDA POETİK HESABATI
16-10-2023, 14:46
Əlyazma kolleksiyaları oxuculara virtual təqdim olunur
15-10-2023, 22:09
Şair və rəssam Qavriil Lubnin vəfat edib
4-10-2023, 20:34
“Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabının təqdimatı olub
24-09-2023, 20:54
AMEA Naxçıvan Bölməsində Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş konfrans
22-09-2023, 21:09
Qərbi Azərbaycan haqqında kitabın və sosioloji-tədqiqatın nəticələri ilə bağlı hesabatın təqdimatı keçirilib
13-09-2023, 15:11
Seyfəddin Dağlının “Gəcil qapısı” pomanının təqdimatı Keçirilib
10-09-2023, 00:17
“Heydər Əliyev ideyaları və müasir dövr” respublika elmi konfransının materialları çapdan çıxıb
3-09-2023, 22:18
YAZARLAR MƏDƏNİYYƏT İŞÇİLƏRİNİ MƏFTUN ETDİLƏR
15-08-2023, 00:28
ƏBÜLFƏT HƏSƏNOĞLU-ŞEİRLƏR
8-08-2023, 18:16
Vəfat etmiş tərcüməçi və yazıçı Leonid Volodarski