19:13 / 10-09-2026
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
19:03 / 10-09-2026
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
18:58 / 10-09-2026
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
18:50 / 10-09-2026
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
18:47 / 10-09-2026
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
18:43 / 10-09-2026
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
18:38 / 10-09-2026
Gəmidə baş verən yanğında 25 nəfər ölüb
18:35 / 10-09-2026
Mali terrorçuları ölkənin mərkəzində hücum həyata keçiriblər
18:33 / 10-09-2026
Yanğından uşağı xilas edən bir kişi hadisənin təfərrüatlarını paylaşıb
18:30 / 10-09-2026
Pilotsuz təyyarənin uçuş videosunu mesajlaşma tətbiqində yerləşdirib və cərimə alıb
17:47 / 10-09-2026
Venesuelada Ukrayna modelini daşıyan təyyarə qəzaya uğrayıb
17:43 / 10-09-2026
Bir ovçu, insanların ayıları özləri təhrik etdiyini bildirdi
17:40 / 10-09-2026
"Spartak"la müqaviləsini ləğv etdikdən sonra "Rostov"a qoşuldu
17:37 / 10-09-2026
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
17:33 / 10-09-2026
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
11:02 / 10-09-2026
FSB Britaniya səfirliyinin təhlükəsizlik xidmətində çalışan Rusiya vətəndaşının həbsini göstərdi
10:56 / 10-09-2026
UAC Hindistana 100-dən çox "Il-114-300" təyyarəsi çatdıracaq
10:52 / 10-09-2026
ABŞ Nepal kimi bir fəlakətlə üzləşir
10:48 / 10-09-2026
Çayda cəsədi tapılan kişinin şəxsiyyəti müəyyən edilib
10:44 / 10-09-2026
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
10:33 / 10-09-2026
Rusiya ordusu Kiyevdəki logistika nəqliyyat qurğusuna zərbə endirdi
10:29 / 10-09-2026
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
15:41 / 09-09-2026
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
15:36 / 09-09-2026
Milli parkda itkin düşən turist ölü tapılıb
15:33 / 09-09-2026
Güclü yağışlar səbəbindən 2 milyon insan təxliyə olunur
15:30 / 09-09-2026
Dağlarda uçqun nəticəsində ölənlərin sayı 13-ə çatıb
15:26 / 09-09-2026
İki qadının restoranda qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb
15:23 / 09-09-2026
Xidmət avtomobilini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
15:16 / 09-09-2026
Şimali Koreya əsgərləri bir ay ərzində Cənubi Koreya ilə sərhədi 20 dəfədən çox keçiblər
15:13 / 09-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Norveç tərəfindən həbs edilən gəminin demək olar ki, bütün heyəti və sərnişinləri evə qayıdıb
15:11 / 09-09-2026
Fransa Baş naziri nazirlərin maaşlarını azaltmaq istəyir
15:08 / 09-09-2026
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
14:44 / 09-09-2026
Bədən tərbiyəsi dərsi zamanı məktəbli ölüb
14:41 / 09-09-2026
Almaniya Xarici İşlər Nazirliyi Avropanın Rusiya ilə sülh mövzusunda dialoqa hazır olduğunu açıqladı
14:33 / 09-09-2026
"Yak-130M" idarə olunan bombalar, hava-hava raketləri və toplar aldı
14:29 / 09-09-2026
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
Sonuncu dərs
Tarix: 06-10-2019 08:57 | Bölmə: Ədəbiyyat
O, bizim ilk müəllimimiz deyildi, lakin biz onun sonuncu şagirdləri olduq. Sonuncu deyəndə ki, bir gün sağollaşıb ayrıldığımız o İşıqlı adamı sabah məktəbdə tapa bilmədik.. Uşaq ağlım ilk dəfə idi belə acımasız şəkildə tanış olurdu ölümlə. İlahi, müəllim də ölə bilərmiş?.. Yox, o hamıdan güclü, hamıdan savadlı, hamıdan əziz müəllimim ölümə belə asan yenilə bilməzdi. Və inanırdım (hələ də inanıram) o İşıqlı adam biryolluq yox, sadəcə müəyyən zaman kəsiyində bizdən ayrılırdı və biz nə zamansa yenə ondan nələrisə öyrənmək üçün dərsinə tələsəcəyik.
Oxucuları və qələm dostlarının Əbülfəz İnfiloğlu kimi tanıdığı, bizimsə sadəcə Əbülfəz müəllimimiz. Tanımayanlar üçün deyim ki, Xalq şairi Məmməd Arazın kiçik qardaşı. Nədəndir bilmirəm, ancaq onu təbiətin bir parçası, bir qaya kimi görürdüm. Torpağa, kəndə bəlkə də gözəgörünməz bir hisslə bağlı, o yerdən güc alıb, orda ülviləşən bir adam. Bizə düşüncələrini deyil, düşünməyi, var olmağı, vətən daşı olmağı təlqin edən, bütün varlığı ilə xalqa bağlı 65 yaşlı qoca çinar.
Xatırlatmaq üçün deyim ki, İbrahimov Əbülfəz İnfil oğlu 1938-ci ildə Şahbuz rayonunun Nursu kəndində anadan olub.1956- ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı ixtisasına daxil olub. Elə oxucusu da təxminən bu tarixdən Əbülfəz İnfiloğlu imzasını tanımağa başlayıb. Dövrün bir sıra qəzet və jurnallarında hekayələri çap olunub. 1961-ci ildən pedaqoji fəaliyyətə başlayıb, əvvəlcə qonşu kəndlərdə, 1967-ci ildən ömrünün sonuna qədər isə doğma Nursuda Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 2 oğlan , 6 qız övladı vardı. Övladlarını təhsilli və yüksək insani keyfiyyətlərə sadiq böyüdüb.
Nursu kənd məktəbinin zəngin pedaqoji ənənələri var idi. O məktəbdə dərs demək, İbrahim müəllimlə, Aşur müəllimlə, Aydın müəllimlə çiyin-çiyinə işləmək, estafeti onların əlindən almaq hər kişinin işi deyildi. Əbülfəz müəllim bunu bacarıb. Düz 42 il pedaqoji fəaliyyətlə məşğul oldu. Təkcə Nursuda deyil qonşu kəndlərdə Keçilidə, Külüsdə, Ağbulaqda dərs dedi. Şagirdlərinin sayı yüzlərlə, minlərlədir. Nursu kəndindən boy alıb həyatın müxtəlif sahələrində özünü təsdiqləyən hamının uğurunda “bir əlçim” də onun əməyi var.
Zənnimcə, müəllim sənətinin də şərəf lövhəsi olmalıdır. İşini sevərək öyrədən və özlüyündə məktəb olan işıqlı adamların adları yazılmalı o lövhəyə. Sonradan gələnlər sələflərin yaxşı tanısın, müəllimlik sənətinin məsuliyyətini bütövlüklə dərk etsinlər deyə.
Bəzən dərs arasında xatirə kitabını varaqlayır, dizəcən yağan qarı güclə yarıb qonşu kəndlərə necə dərs demək üçün getdiyindən danışırdı. Ancaq heç bir çətinlik Əbülfəz müəllimi nə müəllim işləməkdən, nə də ki Nursudan uzaqlaşdıra bilmədi. Ata ocağının çırağını yandırmağı qaynar mühitdə yaşamaqdan, tanınmaqdan üstün tutdu. Amma şəhərdən çox-çox uzaq, ucqar dağ kəndində məktəbdə müəllim işləməklə yanaşı, yaradıcılığından da əl çəkmədi, ilhamından üz döndərmədi. Kiçik bir rayondan böyük ədəbi dünyanı heyrətləndirmək kimi ağır bir yükü çiyinlərinə aldı. Ədəbi aləmdə baş verən hadisələrə biganə qalmadı. İlk hekayələri olan “Yarımçıq ərizə” “Ulduz” , “Üzük” hekayəsi “Azərbaycan” jurnallarında çap olunub. İlk kitabı olan “İldırım bulağı” adlı hekayələr kitabı 1984-ci ildə “Yazıçı” nəşriyyatında işıq üzü görüb. Elə həmin ildə “Ulduz” jurnalında “Qəribə taleli qız” povesti çap olunub. “Didərgin”, “Ana əli” hekayələri “Zorbulağın zümzüməsi” ədəbi almanaxında oxucu qarşısına gəlib.
Etiraf edim ki, güzgünün qarşısında saatlarla dayanıb onun kimi dərs danışmağa, onun kimi şeir deməyə çalışırdım. Elə onun kimi olmaq, onda çoxunun arzusu idi.
Kəndin də, məktəbin də ən çətin günlərində uzaqgörənliyi, təsəlliedici fikirləri ilə nəinki, məktəbdəki şagirdlərinə elə-obaya da hayan olmağı bacarırdı. Və elə o çətin anlarda əllərini nəfəsi ilə isidən, ümidləri soba kimi közərən o məktəblilərə mayak oldu. Xəyal qurmağı, inanmağı ,ümid etməyi də ondan öyrəndik. Bəlkə də əsl ziyalı, müəllim olmağın əsas meyarı da elə budur: gəncləri işıqlı gələcəyə inandırmaq. Qəlbimizdəki çırağı yandırdı və inandırdı ki ,biz gələcəyin müəllimi, həkimi, jurnalisti ola bilərik. Qara buludlar səmadan nə vaxtsa çəkiləcək, biz arzusunda olduğumuz həyata qovuşacağıq. Qocaman müəllim yanılmırdı...
Həyatın hər üzünü görmüşdü- İkinci Dünya müharibəsinin iştirakçısı olub, “xalq düşməninin oğlu” olmağın çətinliyini dadmışdı. (Məmməd Arazın tərcümeyi-halını oxuyanlar yəqin ki xatırlayar). Hər qaranlıqdan əsl ziyalı səbri, təmkini, uzaqgörənliyi ilə çıxıb.
Bizə kitab oxumağı sevdirən adam. Təmənnasız, halal, saf, qürurlu və əsl vətəndaş ürəkli müəllim. Hələ də qulağıma gəlir o daşlı-kəsəkli yollardakı atının ayaq səsləri və o səslərin özünün xışıltılı gülüşünə qarışması. Ən qəmgin və fikirli vaxtlarında belə zarafatından geri qalmayan adam.
Dərsdən sonra evimizə qonşu olan bağçalarına quzu otarmaq üçün gəlirdi, heybəsində da bir dəstə kitabla. Qonşu həyətlərdən gələn uşaqlar burada da onu rahat buraxmırdı. Özü dərindən dərin bir kitab kimi idi və xışıltılı səsi ilə başlayanda söhbətə elə düşünürdüm ki, o qədim və qalın kitabın qapısı aralanır ilahi qüvvə tərəfindən açılır, səhifələnir.
Xəstə idi. Sağlamlığı ilə bağlı əməlli-başlı problemləri var idi. Dərsdə bunu şagirdlərə hiss elətdirməsə də evdə böyüklərin dilindən eşidirdim. Elə bu zəhrimara qalmış xəstəlik ucbatından tez-tez Bakıya gedirdi, hər gəlişində də bir az daha solğunlaşırdı siması. Sonuncu dərsdəki tapşırığı isə indiyə qədər verilənlərə heç oxşamırdı. “Mənə söz verin, mən sizə dərs deməsəm belə siz həmişə çox yaxşı oxuyacaqsınız”.
Biz Əbülfəz müəllimə verdiyimiz sözü tutduq, sözsüz tutmayanlar da oldu. Ancaq bütün hallarda onun ideyalarına, arzularına layiqli insan, əsl vətəndaş olmağa çalışdıq. Və deyəsən Əbülfəz müəllimin elə böyüklüyü də bunda idi ki, yoxluğunda belə bizə yol göstərir, yolumuza işıq tuturdu.
Bu gün, 5 oktyabr isə müəlimlərin, ziya sahiblərinin bayramıdır. Müəllim deyiləndə ağlıma ilk məhz onun adı gəlir. Dünən də belə idi, şübhəsiz sabah da belə olacaq. İnsan yetişdirmək missiyasını qarşısına məqsəd qoyan və bu şərəfli çətin, məsuliyyətli yolda inamla addımlayan, öyrədən, anladan, yetişdirən bütün müəllimləri təbrik edirəm. Uğurlar olsun!
Fizzə Bağırova
Nuhcixan.az

Baxış sayı: 1 547
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR