Bütün xəbərlər
PTI: Hindistanda terrorda şübhəli bilinənlərin evlərində partlayış baş verib
Tarix: 25-04-2025 11:37 | Bölmə: Dünya

Hindistanın şimalındakı Cammu və Kəşmir ştatında ilkin məlumata görə, terror aktında iştirak edənlərin yaşadığı iki evdə partlayışlar baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə PTI agentliyi mənbələrə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, “Ləşkər-e-Taibə” qruplaşmasının (Rusiyada qadağan olunub) üzvü olan iki müttəhimin evində axtarış aparılıb. Lakin həmin vaxt binalarda gizlədilən partlayıcılar işə düşüb.
Hadisə nəticəsində bina dağılıb.Həlak olanlar barədə hələlik məlumat yoxdur.
Aprelin 22-də Kəşmirdə silahlı qrup turistlərə hücum edib. Hücum nəticəsində 26 nəfər ölüb, 20 nəfər yaralanıb. Hindistan mediası hücumun arxasında ən azı dördü Pakistandan olmaqla yeddi hücumçunun olduğunu bildirib.
Bunun ardınca ölkələr bir-birlərinə qarşı hava məkanını bağlamaq, vizaları ləğv etmək kimi bir sıra tədbirlər görüblər ki, bu da aralarında gərginliyin artmasına səbəb olub.
Aprelin 25-də Vladimir Jirinovskinin Hindistan və Pakistan arasında nüvə münaqişəsi ilə bağlı proqnozu açıqlanıb. LDPR-nin keçmiş lideri hələ 2002-ci ildə ölkələr arasında müharibə olacağını proqnozlaşdırmışdı.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər