Bütün xəbərlər
Yəmən hakimiyyəti husilərə qarşı hərbi əməliyyata başlayıb
Tarix: 04-10-2026 18:59 | Bölmə: Dünya


 Beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətinin ordusu hökumətin nəzarətindən kənarda qalan ölkənin ərazilərini geri almaq üçün hərbi əməliyyata başlayıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Yəmən Prezident Şurasının rəhbəri Rəşad əl-Əlimi məlumat verib.
"Respublikanın və onun vətəndaşlarının suverenliyini qorumaq üçün konstitusiya məsuliyyətimizə, Milli Müdafiə Şurasının qərarlarına və lazımi prosedur və tədbirlərin yerinə yetirilməsinə əsaslanaraq, bu gün Respublikanın qalan ərazilərini geri almaq üçün hərbi əməliyyatların başlandığını elan edirəm".
ƏL-ƏLİMİN YƏMƏN XALQINA MÜRACİƏTİNDƏ BU DEYİLİR.
Onun sözlərinə görə, bütün təhlükəsizlik qüvvələri hazırlıq mərhələsindən "azadlıq mərhələsinə" keçib.Şura rəhbəri bunun gərginliyin azaldılması üçün yorucu variantların nəticəsi olduğunu izah edib.
Ənsar Allah (Husi) hərəkatının hərbi sözçüsü Yəhya Səria öz növbəsində bildirib ki, husi qüvvələri hökumət qüvvələrinin Əl-Cəvf əyalətinin şərqində irəliləmək cəhdini dəf edib.O əlavə edib ki, döyüşlərdə xeyli miqdarda texnika məhv edilib və ya sıradan çıxarılıb, onlarla düşmən əsgəri öldürülüb və ya yaralanıb, qoşun cəmləşmələrinə ballistik raketlər və dronlarla hücum edilib.
Daha əvvəl Sənadakı Husi hərbi obyektləri güclü hava hücumlarına məruz qalıb. Strateji əhəmiyyətli Əl-Hafa və Ən-Nəhdəyn düşərgələri, eləcə də şəhərin cənub-qərbindəki Attan dağı ərazisindəki mövqelər hücuma məruz qalıb.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər
17-09-2026, 23:46 Təyyarə qəzaya uğrayıb