Bütün xəbərlər
Vens: "Tramp Şərqi Avropada nüvə silahının yayılmasına qarşı çıxdı"
Tarix: 14-03-2025 08:33 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp nüvə silahının Şərqi Avropaya daha da yayılmasının əleyhinə çıxış edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərini "Fox News"ə müsahibəsində Amerika vitse-prezidenti J.D.Vens sitat gətirib.
ABŞ hakimiyyəti Polşa prezidenti Anjey Dudanın ölkəsində nüvə başlıqları yerləşdirmək çağırışına belə cavab verib.
"Tramp nüvə silahının Şərqi Avropaya daha da yayılmasını dəstəkləsəydi, mən şoka düşərdim" -Vens deyib.
O, həmçinin xatırladıb ki, nüvə məsələsində son dərəcə diqqətli olmaq lazımdır, çünki “bu, gələcək nəsillərin həyatı ilə oyundur”.
Bundan əvvəl Tramp Rusiya və Çini nüvə silahından qurtulmağa çağırıb və bu istiqamətdə işə başlamağa hazır olduğunu bildirib. Bundan əlavə, Amerika lideri qeyd edib ki, o, Rusiya və Çin nümayəndələri ilə nüvə ehtiyatlarının azaldılmasına həsr olunmuş görüş keçirməyi planlaşdırır.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər