Bütün xəbərlər
Ukraynanın keçmiş baş naziri: "Tramp Ukrayna məsələsində Avropadan təsirlənir"
Tarix: 12-03-2025 14:06 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsində Avropanın təsirinə həssasdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu fikirləri Ukraynanın keçmiş baş naziri Nikolay Azarov “Rossiya 24” telekanalının efirində bildirib.
Keçmiş baş nazirin sözlərinə görə, Böyük Britaniya, Almaniya və Fransanın yüksək vəzifəli şəxsləri “Klinton, Obama və Baydenin əvvəlki administrasiyası tərəfindən təyin edilib”.
"Onlar 20 ildir idarə edir və kadrlarını yerləşdirirlər. Onlar Trampın əleyhinədirlər. Ona görə də ilk günlərdən Trampa qarşı işləyirlər.Xüsusən də o, onların müəyyən maraqlarını pozduğuna görə", - Azarov bildirib.
O, hesab edir ki, avropalı siyasətçilər Bayden dövründə tutduqları kursu davam etdirəcəklər.
"Kurs Rusiya ilə son Ukraynaya qədər mübarizə aparmaq, onu mümkün qədər zəiflətmək və Trampı bu avantüraya cəlb etməkdir. Biz görürük ki, Tramp təsirlənir", - Azarov bildirib.
Bundan əvvəl Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bəyan etmişdi ki, amerikalılar Kiyev rejiminə nüfuz agentləri, səfirlik və telefon dinləmələri vasitəsilə nəzarət edirlər.



Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər