10:25 / 27-02-2025
450 kv.m anqar yanırdı
Bütün xəbərlər
Çin Xarici İşlər Nazirliyi: ABŞ-ın Pekin və Moskva arasında təpki yaratmaq cəhdləri tamamilə uğursuzdur
Tarix: 27-02-2025 12:45 | Bölmə: Dünya

Amerikanın Çin və Rusiya arasında münasibətlərə zərbə vurmaq cəhdləri tamamilə uğursuzdur.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.
Diplomatın qeyd etdiyi kimi, Çin-Rusiya qarşılıqlı əlaqəsi xarici vəziyyətdəki dəyişikliklərə məruz qalmır.
"Çin-Rusiya münasibətləri beynəlxalq vəziyyətdəki böyük dəyişikliklərdən asılı olmayaraq, sakit tərəqqi nümayiş etdirəcək", - o, brifinqdə qeyd edib.
Lin Cian qərbli jurnalistin ABŞ dövlət katibi Marko Rubionun açıqlamaları ilə bağlı sualına belə cavab verib. Bundan əvvəl o, Vaşinqtonun Moskva ilə Pekin arasında əlaqələri zəiflətmək planlarını açıqlamışdı.
"Çin və Rusiyanın inkişaf strategiyaları və xarici siyasəti uzunmüddətli perspektiv üçün nəzərdə tutulub", - çinli diplomat yekunlaşdırıb.
Fevralın 24-də Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinlə söhbət edib. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Dövlət başçılarının nələri müzakirə etdiklərinin təfərrüatları açıqlanmayıb.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər