Bütün xəbərlər
Qətər İsrailin hücumunu İranın suverenliyinin pozulması adlandırır
Tarix: 26-10-2024 23:15 | Bölmə: Dünya

Qətər hökumətinin başçısı Məhəmməd bin Abdel Rəhman Əl Tani İranın xarici işlər naziri Abbas Əraqçi ilə söhbətində İsrailin İran ərazisini atəşə tutmasını Tehranın suverenliyinin pozulması kimi qiymətləndirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Qətər xəbər agentliyi məlumat yayıb.
Əl Tani bildirib ki, top atəşi birbaşa beynəlxalq hüququ pozur və münaqişənin gərginləşməsinin ağır nəticələrindən də ciddi narahatdır. O, Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməməsi üçün qarşıdurma tərəflərini təmkinli olmağa çağırıb.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri İrandakı hərbi hədəflərə raket zərbələri endirdiyini açıqlamışdı. Yəhudi dövlətinin müdafiə nazirliyi öz hərəkətlərini İranın “çoxsaylı davamlı hücumları” ilə əsaslandırıb.



Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər