14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
Çində ilin əvvəlindən 589 min nəfər korrupsiyaya görə cəzalandırılıb
Tarix: 26-10-2024 13:24 | Bölmə: Dünya

Çində 2024-cü ilin əvvəlindən genişmiqyaslı antikorrupsiya kampaniyası çərçivəsində 589 min nəfər cəzalandırılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Çinin İntizam Təftişi üzrə Mərkəzi Komissiyasının rəsmi saytında məlumat verilib.
Cəzalandırılanlar arasında vilayət və nazirlik səviyyəsində 53 əməkdaş, 2,7 mindən çox idarə və büro əməkdaşı, o cümlədən kənd və rayon səviyyələrində 74 min vəzifəli şəxs var. 2972 iş əlavə istintaqın aparılması üçün prokurorluq orqanlarına göndərilib.
Son iki il ərzində Çində korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilib və bu, yüksək vəzifəli məmurların həbslərinin sayının artmasına səbəb olub. Bununla əlaqədar olaraq, xüsusilə maliyyə sektoruna nəzarət və nəzarət etmək üçün yeni komitə yaradılıb.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər
21-10-2024, 12:47 Fətullah Gülən öldü