Bütün xəbərlər
İsrail ordusu Livanda "Hizbullah"ın 800 metrlik bunkerini aşkar edib
Tarix: 14-10-2024 20:55 | Bölmə: Dünya

İsrail əsgərləri Livanın cənubunda "Hizbullah" hərəkatının "Radvan" xüsusi təyinatlılarının qərargahının yerləşdiyi və İsrailin işğalı üçün hazırlanmış silah, sursat və motosikletlərin saxlandığı 800 metr uzunluğunda yeraltı möhkəmləndirilmiş tikili aşkar ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “ordu yeraltı obyektin içərisində raketlər, minaatan mərmiləri, motosikletlər və uzunmüddətli yaşayış yerləri aşkar edib”, - deyə, məlumatda bildirilir.
İsrail ordusunun məlumatına görə, "Hizbullah" bunkerdən “(İsrailə) işğal etmək planının bir hissəsi kimi” istifadə etməyi planlaşdırıb və xüsusi olaraq mülki ərazinin altında bir komanda mərkəzi yerləşdirib.
Daha əvvəl məlum olub ki, İDF bir gündə Livanın cənubunda 200 hərbi obyekti vurub.


Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər