Bütün xəbərlər
Kirbi: "ABŞ Zelenskinin təqdim etdiyi “qələbə planını” ətraflı şəkildə öyrənəcək"
Tarix: 27-09-2024 07:47 | Bölmə: Dünya

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, Vladimir Zelenskinin “Qələbə planı” ABŞ və Ukraynanın ətraflı öyrənməli olduğu təkliflər toplusudur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ağ Evdə ABŞ prezidenti Co Bayden və Vladimir Zelenski arasında keçirilən görüşdən sonra keçirilən mətbuat konfransında Kirbi bildirib ki, Zelenskinin planı müəyyən addımları ehtiva edir və müəyyən məqsədlər güdür.
ABŞ və Ukrayna yaxın həftələrdə Kiyevin təkliflərini öyrənəcək. Bundan sonra Bayden və Zelenski oktyabrın 12-də Almaniyada görüşəcək.


Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər