18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
PLA, alman gəmilərinin Tayvan boğazında təhlükəsizlik riskləri yaratdığına inanır
Tarix: 14-09-2024 12:19 | Bölmə: Dünya

Çin iki alman gəmisinin Tayvan boğazından keçməsinə reaksiya verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun Şərq Bölgəsi Döyüş Komandanlığının rəsmi nümayəndəsi Li Xinin sözlərinə görə, almanların hərəkətləri təhlükəsizlik riskləri yaradıb.
“Alman tərəfinin davranışı təhlükəsizlik risklərini artırır və yanlış siqnallar göndərir”, – onun hərbi dairənin sosial şəbəkədəki səhifəsində dərc olunmuş bəyanatında qeyd olunub.
Li Si həmçinin əlavə edib ki, Çin donanması və hava qüvvələri bütün səyahət boyu gəmilərin keçidinə nəzarət edib.
Bir gün əvvəl məlum oldu ki, “Baden-Württemberg” freqatı və “Frankfurt am Main” təchizat gəmisi 22 ildə ilk dəfə Tayvan boğazından keçib.
Almaniyanın müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, ekipajlar Cənubi Koreyadan İndoneziyaya gedən ən birbaşa və iqlim şəraitini nəzərə alaraq təhlükəsiz marşrut olduğu üçün boğazdan keçən marşrutu seçiblər. Onun fikrincə, gəmilər neytral sularda olub və keçid beynəlxalq hüquq normalarına uyğun həyata keçirilib.


Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər