Bütün xəbərlər
İsrail Hərbi Hava Qüvvələrinə məxsus helikopter Qəzza zolağında qəzaya uğrayıb, iki əsgər həlak olub
Tarix: 11-09-2024 12:43 | Bölmə: Dünya

Qəzza zolağında İsrail Hərbi Hava Qüvvələrinə məxsus Yanşuf helikopterini itirib. Ən azı iki əsgər həlak olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, daha 7 əsgər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdirilib.
ID-nin məlumatına görə, helikopter Rəfah bölgəsinə eniş edərkən qəzaya uğrayıb. Araşdırma zamanı məlum olub ki, o, düşmən atəşi ilə vurulmayıb. Qəzanın səbəbi hələ açıqlanmayıb.
Bundan əvvəl Qəzzanın Səhiyyə Nazirliyi silahlı qarşıdurma nəticəsində ölən və yaralananlarla bağlı yeni məlumat yayıb. Ötən ilin oktyabrında İsrail əməliyyatı başlayandan bəri anklavda 40 mindən çox fələstinli öldürülüb.


Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər