Bütün xəbərlər
SANA: İsrailin Suriyanın Həma əyalətinə endirdiyi zərbə nəticəsində 14 nəfər həlak olub
Tarix: 09-09-2024 12:04 | Bölmə: Dünya

İsrail ordusunun Suriyanın Həma əyalətinin Masyaf şəhəri yaxınlığındakı hədəflərə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 14-ə çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.
Agentlik Masyafdakı Əl-Məşfa Əl-Vətani xəstəxanasının direktoru Faysal Heydərə istinadən xəbər verir ki, azı 43 nəfər yaralanıb, 14 nəfər ölüb.
Bazar ertəsi səhər Suriya Müdafiə Nazirliyindəki mənbə respublikanın hava hücumundan müdafiə sistemlərinin İsrail Hərbi Hava Qüvvələrinin hücumunu dəf etdiyini bildirib. Zərbələr Suriya ordusunun ölkənin mərkəzi hissəsindəki hədəflərə endirilib. Suriya mediası 5 ölü və 19 yaralı olduğunu bildirib.


Baxış sayı: 91


Bölməyə aid digər xəbərlər