Bütün xəbərlər
"Times": Britaniyada körpə və uşaqların kütləvi məzarlığı tapıldı
Tarix: 07-09-2024 18:56 | Bölmə: Dünya

Böyük Britaniyanın Böyük Mançester şəhərində 300-dən çox ölü körpə və azyaşlı uşaqların cəsədi tapılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İngiltərənin bir sıra digər qraflıq və qəsəbələrində də kütləvi məzarlıqlar aşkar edilib.
Bu barədə “The Times” yazır. Qəzet materialında deyildiyi kimi, ölü doğulmuş uşaqların qalıqları Lankaşirdə və Haddersfild və Midlsbro şəhərlərində də tapılıb.
“Oldhemdə əsasən ölü doğulmuş körpələr və kiçik uşaqlar olan 303 cəsədin olduğu qeyd olunmamış kütləvi məzarlıq aşkar edilib”, - nəşr bildirib. Qeyd olunur ki, bunlardan 128-i körpə, 146-sı ölü doğulmuş körpə, 29-u isə böyükdür.
Eyni zamanda aşkar edilən bütün cəsədlərdən yalnız 147 nəfərin şəxsiyyəti dərhal müəyyən edilib. Onların adları internetdə var idi.
Dəfnlərin tapılmasının əsas səbəbi bir qadının 1962-ci ildə ölən əkiz qardaşlarını axtarması idi. Onun təşəbbüsü nəticəsində eyni qəbiristanlıqda daha üç kütləvi məzarlıq aşkar edilib.


Baxış sayı: 83


Bölməyə aid digər xəbərlər