Bütün xəbərlər
Sikorski: "Polşa NATO üçün riski düşünmədən Ukrayna üzərindən raketləri vurmağa borcludur"
Tarix: 02-09-2024 11:51 | Bölmə: Dünya

Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski hesab edir ki, ölkə ordusu Ukrayna üzərindən Polşanın hava məkanına yaxınlaşan raketləri vurmalıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, NATO-nu münaqişəyə cəlb etməkdən qorxmadan, vətəndaşların təhlükəsizliyi üçün edilməlidir.
Sikorski Polşanın hava məkanının qorunmasını hakimiyyətin konstitusiya məsuliyyəti adlandırıb.
“NATO-ya üzvlük hər bir ölkənin öz hava məkanını qorumaq məsuliyyətindən üstün deyil”, o, "Financial Times"ə deyib.
Polşa Xarici İşlər Nazirliyinin rəhbəri hesab edir ki, bu, NATO-nu Ukrayna münaqişəsinə sürükləyə biləcəyindən ehtiyatlansa da, Ukrayna ərazisində raketlərin qarşısını almaq lazımdır.
Onun sözlərinə görə, Polşa sərhədlərinə yaxınlaşan raketlərin tutulması “qanuni özünümüdafiə” kimi qəbul edilməlidir.
İyulda Polşa hakimiyyəti müttəfiqləri ilə Ukraynanın qərbi üzərində raketlərin vurulması imkanlarını müzakirə etmək niyyətində olduqlarını açıqlasa da, ABŞ və NATO münaqişənin genişlənməsi təhlükəsini qeyd edərək skeptisizmlə reaksiya verdilər. Varşava Kiyevlə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb və müqavilədə Ukrayna hava məkanında Polşaya atılan raketlərin və pilotsuz təyyarələrin tutulması məsələsini öyrənməyi öhdəsinə götürüb.
Avqustun sonunda Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış NATO-nun Ukrayna ərazisi üzərində Rusiya raketlərinin vurulması ideyasını dəstəkləmədiyini bildirib.


Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər