Bütün xəbərlər
Stoltenberq: "Müttəfiqlər Kiyevə hərbi yardımı artırmaq niyyətlərini təsdiqləyiblər
Tarix: 28-08-2024 21:37 | Bölmə: Dünya

Kiyevə hərbi yardım artırılacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stotenberq NATO-Ukrayna Şurasının iclasından sonra bildirib.
"Bu gün müttəfiqlər Ukraynaya hərbi yardımı artırdıqlarını təsdiqləyiblər", - deyə NATO-nun baş katibi bildirib: "Biz Ukraynaya ehtiyacı olan avadanlıq və sursatla təmin etməyə davam etməliyik".
NATO-Ukrayna Şurası döyüş meydanındakı hadisələri və Kiyevin prioritet ehtiyaclarını müzakirə etmək üçün Brüsseldə toplaşıb. Ukraynanın müttəfiqləri Ukraynanı özünümüdafiə üçün lazım olan avadanlıq və sursatla tədarük etmək niyyətində olduqlarını açıqlayıb və “Rusiyanın Ukraynaya qarşı hava hücumlarının eskalasiyasını” pisləyiblər. Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu Qərb ölkələrinin heç bir etirazına səbəb olmayıb.
NATO-Ukrayna Şurasının iclası Kiyevin xahişi ilə keçirilib. Ukraynanın müdafiə naziri Rustem Umerov videobağlantı vasitəsilə iştirak edib.
2024-cü ilin iyulunda NATO sammitində Kiyevin Qərb müttəfiqləri Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri, o cümlədən Patriot zenit-raket kompleksləri göndərəcəyini vəd etmişdilər. 2025-ci ildə Kiyevə hərbi yardımın 40 milyard avronu keçəcəyi barədə Qərb hərbi alyansının sammitinin iştirakçıları razılaşıblar.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl qeyd edib ki, Qərbin Ukraynaya silah tədarükü odla oynayır. Onlar münaqişənin sülh yolu ilə həllinə mane olur və NATO ölkələrini birbaşa münaqişəyə cəlb edirlər.


Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər